Azad: Redaktələr arasındakı fərq

Vikisitat saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 65: Sətir 65:
* Yarıya bölünmüş bir ev fırtınaya davam gətirə bilməz. Düşünürəm ki, yarısı qullardan, yarısı azad insanlardan ibarət olan ölkənin hökuməti də möhkəm ola bilməz. [[Avraam Linkoln]]
* Yarıya bölünmüş bir ev fırtınaya davam gətirə bilməz. Düşünürəm ki, yarısı qullardan, yarısı azad insanlardan ibarət olan ölkənin hökuməti də möhkəm ola bilməz. [[Avraam Linkoln]]
* Yoxsulluq ayıb deyil, ayıb olan zəhmət hesabına yoxsulluqdan azad olmağa səy göstərməməkdir. [[Fukidid]]
* Yoxsulluq ayıb deyil, ayıb olan zəhmət hesabına yoxsulluqdan azad olmağa səy göstərməməkdir. [[Fukidid]]
== İstinadlar ==
[[Kateqoriya:Mövzular]]
[[Kateqoriya:Mövzular]]

17:05, 22 mart 2022 versiyası



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A

  • Allah hamını azad yaradıb, təbiət heç kimi qul yaratmayıb. Alkimdamant
  • Arzularına sərhəd qoymayan insan azad ola bilməz. Epiktet
  • Azad insan bütün başqa şeylərdən ən az ölüm haqqında düşünür. Onun müdrikliyi ölüm haqqında yox, həyat haqqında düşünməsindən ibarətdir. Benedikt Spinoza
  • Azad insan cəsarətlə, ruh yüksəkliyi ilə döyüşü seçdiyi kimi, qaçmağı da eyni keyfiyyətlərlə seçir. Benedikt Spinoza
  • Azad insan hər cür qorxu və kədərdən azaddır. Konfutsi
  • Azad insanın ölümdən daha az düşündüyü bir şey yoxdur. Benedikt Spinoza
  • Azad olacaq şəxs özü özünü azad etməlidi. Azadlıq insanın qucağına düşən sehrli hədiyyə deyil. Azadlıq nədir? Azadlıq birinin özünə qarşı məsuliyyət ixtiyarıdır. Maks Ştirner
  • Azad olmadığı halda özünü azad sananlar qədər kölə yoxdur. Yohann Volfqanq Göte
  • Azad olmaq – özün kimi olmaq deməkdir. Jan Pol Sartr
  • Azad olmuş yox, azad edilmiş qul nə edəcəyini bilməz - ya keçmiş qulluğunun həsrətin çəkər, ya da yeni ağa axtarar. Əbülfəz Elçibəy
  • Azad ruha yox, hansısa başqa şeyə səbəb olan sevgi çox asanlıqla nifrətə çevrilir. Benedikt Spinoza
  • Azadlıq ali dəyərdir; o olmadan şəxsiyyət mümkün deyildir. Həyat və bilik bu gün o qədər mürəkkəbdir ki, biz öz yolumuzu yalnız azad diskussiya vasitəsilə seçə, səhvlər və xurafatlar içərisindən keçərək həqiqət perspektivinə nail ola bilərik. Qoy insanlar, hətta müəllimlər belə fərqli rəy söyləsinlər və müzakirələr aparsınlar; belə müxtəlif fikirlər inamın nisbi olduğunu üzə çıxaracaq, belə halda silaha əl atmaq o qədər də vacib olmayacaqdır; nifrət və müharibə kənardan güclə boynuna qoyulan ideyalardan və doqmatik inamdan irəli gəlir. Təfəkkür və nitq azadlığı "müasir" ruhun nadanlığını və xurafatını yuyub təmizləyəcəkdir. Biz düşündüyümüz qədər təhsilli deyilik; biz ümumi təhsilin böyük eksperimentinin başlanğıcındayıq və onun elə bir vaxtı olmayıb ki, bizim təfəkkür üslubumuza və ictimai həyatımıza təsir göstərə bilsin. Biz müəyyən təchizat yaradırıq, amma bu metodlarda və texniki qaydalarda çox primitivik; biz təhsil haqqında belə düşünürük ki, bu, müəyyən biliklərin ötürülməsidir, əslində isə o, zəkanın elmi vərdişlərinin inkişafı olmalıdır. Nadan insanın fərqli əlaməti ondadır ki, onun fikirləri tələsikdir və şərtsizdir. Bertran Rassel
  • Azadlıq mədəniyyətin insana bir hədiyyəsi deyil. Heç mədəniyyət yox ikən insanoğlu çox daha azad idi. Ziqmund Freyd

B

  • Başqalarının azadlığını əlindən alanların özlərinin azad olmağa haqqı yoxdur. Avraam Linkoln
  • Bəziləri Allahdan bir şey ümid edərək ibadət edərlər; bu tacirlərin ibadətidir. Bəziləri də qorxaraq ibadət edərlər; bu da kölələrin ibadətidir. Bəziləri isə Allaha şükr olaraq ibadət edərlər; bu da azad insanların ibadətidir; bax ən fəzilətli ibadət də məhz budur. İmam Hüseyn
  • Birləşmənin elə bir ümumi formasını tapmaq lazımdır ki, bu forma özünün ümumi gücü ilə hər bir üzvünün şəxsiyyətini və əmlakını müdafiə edə bilsin və qorusun və onun vasitəsi ilə hamı ilə birləşən şəxs əvvəlki kimi azad olsun və yalnız özünə itaət etsin. Jan Jak Russo
  • Bu mübarizədə mənim ən yüksək məqsədim ittifaqın qorunması, köləliyin qorunmaması və ya məhv edilməsidir. Əgər mən hər hansı bir qulu azad etmədən ittifaqı xilas edə bilsəydim, mən bunu edərdim və əgər mən bütün qulları azad edib onu xilas edə bilsəydim, bunu edərdim, əgər mən bəzi qulları azad edib, bəzilərini isə azad edə bilməyib onu xilas edə bilsəydim, bunu edərdim. Köləlik məsələsində və rəngli irq üçün etdiyim hər şeyi ona görə edirəm ki, bunun ittifaqı qorumağa kömək edəcəyinə əminəm... Avraam Linkoln

D

  • Dünyada heç bir nemət həyatın əvəzi ola bilməz və onu hər cüzi şey üstündə və ədalət pərdəsi altında azad insanlardan almaq olmaz. Mirzə Fətəli Axundov
  • Dünyada insan düşüncəsi qədər azad olan heç nə yoxdur. Devid Yum
  • Dünyanı tərpətmək üçün Arximedin tələb etdiyi dayaq nöqtəsi - azad əməkdir. Maksim Qorki

E

  • Ehtiras: bütün azad ürəklər üçün günahsız və sərbəst, yerin xoşbəxtlik bağı, bayram bolluğu və gələcəyin hədiyyəsidir.Fridrix Nitsşe

Ə

  • Əgər bir millət azad olacaqsa: qürura, iradə gücünə, meydan oxumağa, nifrətə, nifrətə və yenə də nifrətə ehtiyac duyacaq. Adolf Hitler
  • Ən çətin əldə olunan azadlıq insanın öz keçmişindən azad olmasıdır. Əbu Turxan

H

  • Heç bir şey insanın təxəyyülü qədər azad deyil. Devid Yum
  • Heç kimi sevməmək səni məğlubedilməz edən böyük bir vergidir, heç kimi sevməməklə sən ən qorxulu ağrıdan azad olursan. Adolf Hitler
  • Həqiqi azad adam həmişə ölməyə hazır olan adamdır. Sinoplu Diogen

İ

  • İngilis xalqı çox səhv düşünərək özünü azad bir xalq hesab edir. O yalnız Parlament üzvlərinə seçkilər zamanı azaddır. Üzvlər seçildikdən sonra xalq kölə, heç nədir. Jan Jak Russo
  • İnsan azad doğulur, amma hər yerdə buxovdadır. Jan Jak Russo
  • İnsan hürr olaraq doğulmuşdur, ancaq hər yerdə zəncirlənmişdir. Jan Jak Russo
  • İnsan insan kimi, insan olaraq azad olmağı bacarmırsa, onda qurd kimi, quş kimi azad sanar özünü. Əziz Nesin
  • İşlərin asan olar, olsan tamahdan azad,

Qənaətə başladın, ev-eşik oldu abad! Qabusnamə

L

  • Layiqli insanlar üçün dürüstlük, savadlı insanların alimliyindən daha dəyərlidir.

N

  • Nail ola bilməyəcəyin şeyi arzulama. Sənin ən böyük sərvətin azadlığındır.Azadlığın səni gözəl, zəngin, hörmətli, güclü və xoşbəxt yox, yalnız azad edə bilər. O, səni şeylərin yox, sənin özünün ağası edir. Rene Dekart
  • Nə qədər ki, hamı azad deyil, heç kəs özünü tam azad saya bilməz. Nə qədər ki, hamı xoşbəxt deyil, heç kəs özünü tam xoşbəxt saya bilməz. Nə qədər ki, hamı əxlaqlı deyil, heç kəs özünü tam əxlaqlı saya bilməz. Henrix Mann

O

  • Oxumaq təkcə işıq deyil, o, həm də azadlığın rəmzidir. Bilik kimi insanı azad edən amil yoxdur. İvan Turgenev

Ö

  • Öz əsrinin, ölkəsinin və cəmiyyətinin baxışlarına tabe olmağa can atan insanlar hər zaman olacaq. Bu gün biri özünü azad düşüncəli və filosof hesab edir. Məhz bu səbəbdən o, mütləq Liqa dövründə fanatik ola bilərdi. Jan Jak Russo

S

  • Saxta pullardan azad olmaq istəyirsən? Onları nəzir qutusuna tulla. Corc Karlin

Y

  • Ya azad bir millət olaraq yaşayaq, ya da ölək. Avraam Linkoln
  • Yalnız böyük hadisələr böyük insanlar yaradır.
  • Yalnız şüurlu və azad əmək insanı xoşbəxt edə bilər. Konstantin Uşinski
  • Yarıya bölünmüş bir ev fırtınaya davam gətirə bilməz. Düşünürəm ki, yarısı qullardan, yarısı azad insanlardan ibarət olan ölkənin hökuməti də möhkəm ola bilməz. Avraam Linkoln
  • Yoxsulluq ayıb deyil, ayıb olan zəhmət hesabına yoxsulluqdan azad olmağa səy göstərməməkdir. Fukidid

İstinadlar