Məhəmmədhüseyn Şəhriyar: Redaktələr arasındakı fərq

Vikisitat saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Teq: Geri qaytarıldı
Sətir 74: Sətir 74:


== N ==
== N ==
* Nadan - canlı ölüdür.
* Nadan - canlı ölüdür


== S ==
== S ==

05:57, 21 aprel 2022 versiyası

Məhəmmədhüseyn Şəhriyar
Tam adı Seyid Məhəmmədhüseyn Behcət Təbrizi
Doğum tarixi 31 iyul 1906
Doğum yeri Təbriz, Qacar İranı
Vəfat tarixi 18 sentyabr 1988 (82 yaşında)
Vəfat yeri Tehran, İran
Dəfn yeri Şüəra məqbərəsi
Vikipediya məqaləsi

Vikianbarda Məhəmmədhüseyn Şəhriyar ilə əlaqəli mediafayllar var.

Seyid Məhəmmədhüseyn Behcət Təbrizi (Məhəmmədhüseyn Şəhriyar) — daha çox Şəhriyar təxəllüsü ilə tanınan azərbaycanlı şair.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A

  • Aləm qurban olsun sənə, Ya Əli!
  • Alma gec dərilsə, çürümüş olar.[1]
  • Ana oynaşını qeyrət gözü görsə kor olur,
    Mən nə saya görəyim Vətən oynaşlarını.
  • Aşiqin şöhrəti və izzəti rüsvaylıqdır.

B

  • Başqasının namusuna göz tikmə! Gördüyün hər bir gəlin bir evin çırağıdır.
  • Bəxtin dura, baxarsan yadlar qohum qardaşdı, amma bəxtin yatanda, qohum qardaş yad olur.
  • "Bilmirəm" deməkdən utanmaz adam.
  • Bilikdən güc alıb yaşamayanlar başsız külək kimi avara gəzərlər.
  • Bir kəndli kimi qəmlə keçən ruzigarım var.
  • Bizdən qabaqdadır avropalılar, İşi iş bilənə tapşırır onlar.

D

Ə

G

  • Gecə nələr görmüş, Yarəb, dünyadan.
  • Gözəldir Dənizin ağı, qarası.

H

  • Hafiz göyləri göstərən ayna, dünyada yeni bir dünyadır.
  • Həyatda yaxşılıq bacarmayanlar ana məhəbbətindən məhrum olanlardır.

K

  • Kim ədəb gözləsə hər əməlində,
    Qalmaz ədəbsizin çirkin əlində.
  • Kimi aldı, kimi satdı, satan dünya, alan dünya!?.[2]
  • Kimin güclüdürsə şeri-sənəti, onun əbədidir mədəniyyəti!

Q

  • Qəlbi yanmayana Şair deyilməz!.

M

  • Məkan məkansızdır, zaman zamansız.
  • Mən də Fərhad kimi mərdanələrin vurğunuyam.
  • Mən Qafqaza (Bakıya) gedəndə məni "qardaş" deyə çağırırlar, lakin, Tehrana gedəndə gözüm qan-yaş olur.
  • Mən onun sayəsində boya-başa çatmışam,
    Anam məni yaratmış, mən aləm yaratmışam.

N

  • Nadan - canlı ölüdür

S

  • Sahibi ağıllı olan ev tez abad olar.

Ş

  • Şeir - azadlığım, şeir - həyatım, ömrüm, səadətim, müqəddəratım! [3]
  • Şair ən zərif, ən lətif kəlam, ürəkdə qaynayan ilhamdır.
  • Şair xalqın səsi,əsrin səsidir,
    Vətənin ağsaçlı sərkərdəsidir,
    Hökmüylə ordular ayağa qalxır,
    Şerinin nəhrində daşlar da axır.
  • Şəhidlər duracaq, yurd azad olacaq! [4]
  • Şirniyyatçı tutisən, mətahındır qənnadı.

V

  • Vətəndən ayrı düşən övladım, qayıt Vətənə!
  • Volter və Didron Fransanın əzəmətidir.
  • Volterin əlindən qələmi alıb, yerinə kamança versən, bəlkə də, o, kamançanı çalardı, lakin, bəşəriyyət onsuz qalardı. [5]

Z

  • Zəhmətin qızıl əlləri dünyada ən gözəl şah əsərləri yaratdı. [6]

Mənbə

  • Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014
  • Məhəmmədhüseyn Şəhriyar. Seçilmiş əsərləri. Bakı, Kitab Klubu, 2014.


Xarici keçidlər

Vikianbarda Məhəmmədhüseyn Şəhriyar ilə əlaqəli mediafayllar var.

İstinadlar

  1. Məhəmmədhüseyn Şəhriyar. Seçilmiş əsərləri. Bakı, Kitab Klubu, 2014.
  2. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.204
  3. Məhəmmədhüseyn Şəhriyar. Seçilmiş əsərləri. Bakı, Kitab Klubu, 2014.
  4. Məhəmmədhüseyn Şəhriyar. Seçilmiş əsərləri. Bakı, Kitab Klubu, 2014.
  5. Məhəmmədhüseyn Şəhriyar. Seçilmiş əsərləri. Bakı, Kitab Klubu, 2014. "Şeir və hikmət" şeiri.
  6. Məhəmmədhüseyn Şəhriyar. Seçilmiş əsərləri. Bakı, Kitab Klubu, 2014.