Ailə: Redaktələr arasındakı fərq

Vikisitat saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 33: Sətir 33:
== H ==
== H ==
* Hər bir ailə bir tarixdir. Hətta oxuya bilənlər üçün bir dastandır. [[Alfons de Lamartin]]
* Hər bir ailə bir tarixdir. Hətta oxuya bilənlər üçün bir dastandır. [[Alfons de Lamartin]]
== İ ==
* İnsanlar nə üçün adi-gündəlik həyatda daha çox həqiqəti söyləyirlər? Ona görə yox ki, kimsə Allah deyilən bir qüvvə yalanı qadağan edir. Ona görə ki, əvvəlan bu daha asandır, ikincisi ona görə ki, yalan demək fantaziya, yaradıcılıq və yaddaş tələb edir. Bir də ona görə ki, adi münasibətlərdə sözün düzünü demək, birbaşa demək daha sərfəlidir: mən bunu istəyirəm mən bunu etmişəm və bu kimi; deməli, açıq istək və məqsəd, iradə yolu hiylə yoluna nisbətən daha etibarlı olur. Əgər bir uşaq ailədə başqa cür tərbiyə görürsə, o yalana alışır və istər-istəməz öz xeyrinə olanı deyir. Həqiqət duyğusu, yalana qarşı müqavimət onun üçün tamamilə yabançı və əlçatmaz bir şeyə çevrilir və o, günahsızcasına yalan danışmaqla ömür sürür. [[Fridrix Nitsşe]]


==M==
==M==

18:56, 10 avqust 2022 tarixindəki versiya

Wikipedia logo
Wikipedia logo
Ailə haqqında Vikipediyada məqalə var.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A

  • Adətən, bizə bənzəyən hər şeyə nifrət edərik, öz qüsurlarımızı başqasında görəndə qəzəb bürüyür içimizi. Hələ qüsurlarını saflıqla deyildiyi yaşı ötmüş və məsələn ən kritik anlarda belə buz kimi bir sifət almağa vərdiş etmiş biri, özündən daha gənc və daha saf, daha axmaq biri eyni qüsurları sərgiləyəndə əməlli-başlı lənətləyər onu. Bəzi həssas adamların gizlədib axıtmadıqları göz yaşlarını bir başqasında görməyə səbrləri çatmaz. Ailələrdə, məhəbbətin olmasına baxmayaraq bəzən məhəbbət nə qədər çoxdursa, bir o qədər artan anlaşılmazlıqların səbəbi də bu aşırı bənzərlikdir. Marsel Prust
  • Ailə bağları o qədər ağırdır ki, daşımaq üçün iki adam lazımdır; hətta üç. Aleksandr Düma
  • Ailə həyatı bir şəhvət ticarəti deyil, can ortalığıdır. Belə olmasa, ailə də olmaz. Con Milton:İngilis şairi və publisisti)
  • Ailə, həyatımızın özü, dinclik və səadətimizin qaynağıdır. Əhməd Şahin
  • Ailə həyatının gözəlliyi kimi heç bir şey yoxdur. Oskar Uayld
  • Ailə xüsusi, mürəkkəb insan münasibətləri aləmidir. Burada böyük nəzakət, həssaslıq, şəxsiyyətin ləyaqətinə, ailənin mənafeyinə hörmət və ehtiram lazımdır. Heydər Əliyev
  • Ailə insanlıq tarixinin ilk müəssisəsidir. Nəsillər oradan boy atır, orada böyüyür. Xalqlar da gücünü, bütövlüyünü ailələrə bağlayır ("Füyuzat" jurnalından)
  • Ailə kisi ucun bir malikanə, qadin ucun isə bir istehkamdir. Lev Tolstoy
  • Ailə, kralların belə girə bilmədiyi bir qaladır. Ralf Uold Emerson
  • Ailə quruluşunda qadın, binanın təməl daşıdır. Kamal Çingiz
  • Ailəsinə bağlı olan, vətəninə də bağlı olar. Lüdviq van Bethoven
  • Araşdırma edildiyi zaman ancaq məlumat artırıla bilər; məlumat artırıldığında ancaq istək səmimi ola bilər; istək səmimi olduğunda ancaq ağıl islah edilə bilər; ağıl islah edildiyində ancaq xüsusi həyat yaxşılaşdırıla bilər; xüsusi həyat yaxşılaşdırıldığında ancaq ailə quruluşu düzəldilə bilər. Ailə quruluşu düzəldildiyində ancaq dövlət nizam içində idarə oluna bilər. Konfutsi

B

  • Başqalarının tövsiyəsi ilə kor-koranə evlənmək cəhənnəm əzablarına razılaşmağa oxşayır. Artur Şopenhauer
  • Bütün xoşbəxt ailələr bir-birlərinə bənzəyirlər, hər bədbəxt ailənin isə özünə xas bir bədbəxtliyi vardır. Lev Tolstoy

D

E

  • Evlənmək çətin deyil, evli olmaq çətindir. Miqel de Unamuno.
  • Evlənməkdən qorxmayın. Yaxşı arvada rast gəlsəniz, xoşbəxtliyə çatarsınız,pis arvada rast gəlsəniz filosof olarsınız. Sokrat:Qədim Yunan filosofu)
  • Evlilik zənciri o qədər ağırdır ki,onu ikilikdə daşımaq lazım gəlir. Aleksandr Düma: Fransız yazıçısı

Ə

  • Əgər ailə quran təşkilatçı istedadlıdırsa, belə ailədə məhəbbət möhkəm olacaqdır. Anton Makarenko
  • Ər-arvad arasındakı əsl münasibət mübahisə vaxtı ortaya çıxır. Bernard Şou

H

  • Hər bir ailə bir tarixdir. Hətta oxuya bilənlər üçün bir dastandır. Alfons de Lamartin

İ

  • İnsanlar nə üçün adi-gündəlik həyatda daha çox həqiqəti söyləyirlər? Ona görə yox ki, kimsə Allah deyilən bir qüvvə yalanı qadağan edir. Ona görə ki, əvvəlan bu daha asandır, ikincisi ona görə ki, yalan demək fantaziya, yaradıcılıq və yaddaş tələb edir. Bir də ona görə ki, adi münasibətlərdə sözün düzünü demək, birbaşa demək daha sərfəlidir: mən bunu istəyirəm mən bunu etmişəm və bu kimi; deməli, açıq istək və məqsəd, iradə yolu hiylə yoluna nisbətən daha etibarlı olur. Əgər bir uşaq ailədə başqa cür tərbiyə görürsə, o yalana alışır və istər-istəməz öz xeyrinə olanı deyir. Həqiqət duyğusu, yalana qarşı müqavimət onun üçün tamamilə yabançı və əlçatmaz bir şeyə çevrilir və o, günahsızcasına yalan danışmaqla ömür sürür. Fridrix Nitsşe

M

N

  • Nikah zaman keçdikcə möhkəmlənə bilən yeganə əlaqə formasıdır (Emil Alen:Fransız tənqidçisi)

Ö

  • Öz subaylarınızı evləndirin.Bu əməllə Allah-təala onların əxlaqını gözəlləşdirər, ruzilərini artırar və mərdliklərini çoxaldar. Məhəmməd peyğəmbər

S

  • Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir (Qurani-Kərim)

U

  • Uğurlu evlilik sevgini rədd edir,onu dostluqla əvəz etməyə çalışır. Mişel de Monten

V

  • Var-dövlətə görə evlənən öz azadlığına əlvida deyir. Corc Herbert

Y

  • Yaxşı bir qadınla ailə qurmaq fırtınada sakit bir liman, pis bir qadınla ailə qurmaq isə sakit bir limanda fırtınadır (Jan Peti San:İsveçrə Moralisti)
  • Yaxşı dostlarla yaxşı bir ailə süfrəsində əsla yaşlanmazsınız. İtalyan atalar sözləri
  • Yaxşı həyat yoldaşı Allahın bizə xüsusi bir hədiyyəsidir. Aleksandr Pop