Jan de Labrüyer: Redaktələr arasındakı fərq

Vikisitat saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 34: Sətir 34:
* Xalq təlatümə gələndə heç kəs deyə bilməz ki, əmin-amanlığı necə bərpa etmək olar; xalq dinc olanda, heç kəs bilmir ki, onun bu dincliyini nə poza bilər.<ref>Xəzinə.Bakı,1997. səh.150</ref>
* Xalq təlatümə gələndə heç kəs deyə bilməz ki, əmin-amanlığı necə bərpa etmək olar; xalq dinc olanda, heç kəs bilmir ki, onun bu dincliyini nə poza bilər.<ref>Xəzinə.Bakı,1997. səh.150</ref>
== İ ==
== İ ==
* İfratlar zərərlidir və insanlardan qaynaqlanır; hər balans ədalətlidir və Allahdan qaynaqlanır.
* İnsan öz-özündən həya edə bilsəydi, təkcə gizli qalmış yox, hətta hər kəsin içində açıq şəkildə törədilmiş nə qədər cinayət törədilməmiş olardı.
* İnsan öz-özündən həya edə bilsəydi, təkcə gizli qalmış yox, hətta hər kəsin içində açıq şəkildə törədilmiş nə qədər cinayət törədilməmiş olardı.
* İnsan yalnız iki yolla varlana bilər- ya öz diribaşlığı ilə, ya da başqasının maymaqlığı sayəsində.
* İnsan yalnız iki yolla varlana bilər- ya öz diribaşlığı ilə, ya da başqasının maymaqlığı sayəsində.
Sətir 42: Sətir 43:
* İstər dostla, istərsə də düşmənlə münasibətdə ehtiyatlı ol.
* İstər dostla, istərsə də düşmənlə münasibətdə ehtiyatlı ol.
* İşgüzar qadın tənbəlləşdikdə bu, onun sevməyinə işarədir.
* İşgüzar qadın tənbəlləşdikdə bu, onun sevməyinə işarədir.

== K ==
== K ==
* [[Kişi]] özgəsinin sirrini öz sirrindən yaxşı saxlayır, qadın isə yalnız öz sirrini saxlaya bilir.
* [[Kişi]] özgəsinin sirrini öz sirrindən yaxşı saxlayır, qadın isə yalnız öz sirrini saxlaya bilir.

07:47, 4 sentyabr 2022 versiyası

Jan de Labrüyer - (Fransız dilində: Jean de La Bruyère); 16 avqust 1645, Paris, Fransa — 10 may 1696, Versal, Fransa) - Fransız yazıçısı və filosofu



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A

  • Ağıllı adamlara gülmək axmaqlara xas olan imtiyazdır. Kral sarayında bu cür imtiyaza təlxəklər malik idi.
  • Ancaq o adamlar həqiqi dost ola bilərlər ki, kiçik çatışmazlıqları bağışlaya bilsinlər.

B

  • Bəzi adamlarda əzəməti təkəbbür, möhkəmliyi zalımlıq, ağlı isə hiyləgərlik əvəz edir.
  • Bir adamı unutmağa çalışmaq daima onu xatırlamaq deməkdir.
  • Bir müddət siyasi intiriqa ilə məşğul olan şəxs daha onsuz yaşaya bilmir: qalan bütün şeylər onun üçün maraqsız görünür.
  • Biri ölüb biri ölməsəydi, ölmək çox acı olardı.
  • Biz sevginin nə vaxt başladığını və nə vaxt azaldığını birlikdə tək qaldığımız zaman xəcalətlə anlayırıq.

C

  • Can sıxıntısı dünyaya tənbəlliklə birllikdə gəlmişdir.
  • Cəzalandırılmış cinayətkar bütün canilər üçün ibrət dərsidir, günahsız məhkum edilmiş şəxs isə bütün namuslu adamlar üçün vicdan tənəsidir.
  • Comərdlik çox verməkdən savayı, yerində və zamanında verməkdir.

D

  • Despotun subyektlərinin vətəni yoxdur. Bu barədə düşüncə, özünəinam hissi, məğrurluq, köləlik.
  • Dostlar bir-birinin nöqsanlarına göz yummasalar, dostluqları uzun sürməz.
  • Dostluğun birinci şərti etibardır.[1]
  • Dünyada gözəl sifətdən gözəl mənzərə və sevilən səsdən gözəl musiqi yoxdur.

E

  • Elm həyatı öyrənməyə kömək edir, amma yaxşı yaşaya bilmək ayrı hikmətdir.

Ə

  • Əgər qadın tənbəldirsə, onun bu mərəzini yalnız sevgi sağalda bilər.

H

  • Həya hissini ititrmiş qorxaq adam istənilən rəzilliyi etməyə qadirdir.
  • Həyat duyğularla yaşayanlar üçün faciə, düşünənlər üçün isə məzhəkədir.
  • Həyat əvvəldən axıradək öyrənməkdir.
  • Həyatda uğur qazanmaq üçün ya ağıllı olmalısan, ya da başqalarının axmaqlığından bəhrələnməyi bacarmalısan.
  • Hökmdarın cavanlığı bir çoxları üçün varlanmaq mənbəyidir.

X

  • Xalq təlatümə gələndə heç kəs deyə bilməz ki, əmin-amanlığı necə bərpa etmək olar; xalq dinc olanda, heç kəs bilmir ki, onun bu dincliyini nə poza bilər.[2]

İ

  • İfratlar zərərlidir və insanlardan qaynaqlanır; hər balans ədalətlidir və Allahdan qaynaqlanır.
  • İnsan öz-özündən həya edə bilsəydi, təkcə gizli qalmış yox, hətta hər kəsin içində açıq şəkildə törədilmiş nə qədər cinayət törədilməmiş olardı.
  • İnsan yalnız iki yolla varlana bilər- ya öz diribaşlığı ilə, ya da başqasının maymaqlığı sayəsində.
  • İnsan yaranışdan gözəldir, sevəndə isə daha da gözəlləşir.
  • İnsanın həyatında cəmi üç böyük hadisə var: doğulmaq, yaşamaq və ölmək. O necə doğulduğunu hiss etmir, insan kimi yaşamağı yadından çıxarır və əzablar içində ölür.
  • İnsanın kimdənsə tam razı qalması necə də çətindir.
  • İnsanlar özləri ilə elə məşğuldurlar ki, ətrafdakılara diqqətlə nəzər yetirib, onları ədalətlə qiymətləndirməyə macal tapmırlar. Elə buna görə də ədalətli və təmkinli adamlar çox vaxt kölgədə qalır.
  • İstər dostla, istərsə də düşmənlə münasibətdə ehtiyatlı ol.
  • İşgüzar qadın tənbəlləşdikdə bu, onun sevməyinə işarədir.

K

  • Kişi özgəsinin sirrini öz sirrindən yaxşı saxlayır, qadın isə yalnız öz sirrini saxlaya bilir.
  • Kişilər əmindilər ki, qadınlar zəif cinsdilər, ancaq nədənsə, özləri həmişə qadınlar qarşısında zəif vəziyyətdə qalmış olurlar.[3]
  • Kişilər özgələrinin sirrini daha yaxşı saxlayırlar, nəinki öz sirrlərini. Qadınlar öz sirrlərini daha yaxşı saxlayırlar, nəinki özgə sirrlərini.
  • Kömək edəcəyin adama heç nə demədən yardım göstər.
  • Kübar və zəngin qadınlar üçün bağban yalnız bağban, bənna isə yalnız bənnadır. Nisbətən yoxsul və sadə yaşayan qadınlar üçün isə bağban da, bənna da əsl kişilərdilər.

Q

  • Qadın ürəyi elə bir uçurumdur ki, onun dərinliyini ölçmək qeyri-mümkündür.
  • Qadınlar kişilərin əksəriyyətindən güclü sevirlər, amma kişilərdə həqiqi dostluq daha möhkəmdir. Qadınlar bir-birlərini sevmirlər və bunun səbəbi kişilərdir.
  • Qadınlar öz hisslərindən danışanda asanlıqla yalan deyirlər, kişilər isə daha asanlıqla sözün düzünü deyirlər.
  • Qadınlarda orta hədd yoxdur: ya kişilərdən qat-qat pisdirlər, ya da qat-qat yaxşıdırlar.
  • Qadınların çoxu ürəyin səsinə tabe olur və hər şeydə davranışları sevdiyi kişilərdən asılıdır.
  • Qadınların əksəriyyətində prinsipiallıq yoxdur-onlar ağlın deyil, qəlbin səsinə qulaq asırlar və onların davranışı, özünü aparmağı bütün hallarda sevdikləri kişilərdən asılıdır.
  • Qarınqululuq ömrün qorunması üçün nəzərdə tutulmuş qidanı zəhərə çevirir.
  • Qaynata öz kürəkənini istəmir, lakin gəlinini çox istəyir: qaynana öz kürəkənini çox istəyir, lakin gəlinini istəmir, dünyada hər şey tənzimlənir.
  • Qəhrəmanların həyatı tarixi zənginləşdirdi, tarix isə qəhrəmanların şücaətlərini bəzədi.

L

  • Lüzumsuz təvazökarlıq lovğalığın bir növüdür.

N

  • Nəfsinin müəllimi, vicdanının şagirdi ol.

Ö

  • Ölüm bir dəfə gəlir, amma biz onu ömrü boyu gözləyirik: ölüm qorxusu ölümün özündən də əzablıdır.
  • Özünə qarşı səhlənkarlıq və güzəşt , başqalarına qarşı amansızlıq və günahın ayrı-ayrı tərəfləridi.

P

  • Pis adamlar səninlə xeyir işlərdə deyil, şər işlərdə ünsiyyətə girirlər.
  • Pis adamlarla oturub-durmayın, onlar sizi peşman etməsələr də, xoşbəxt də edə bilməzlər.[4]

S

  • Sevdiyin adamın həsrətini çəkmək nifrət etdiyin adamla yaşamaqdan qat-qat asandır.
  • Səmimiyyətlə deyilən söz ürəklərə tez yol tapar.
  • Səni əyyaşlığa və hoqqabazlığa sövq edən və çalışmaq əzmi səninkindən az olan adamla ünsiyyət saxlama.

T

  • Tarixi yaratmaqda bütün insanlar iştirak edir, deməli bizim hər birimiz lap cüzi miqdarda olsa datarixin gözəlliyinə kömək etməyə, onun eybəcərləşdirilməsinə imkan verməməyə borcluyuq.
  • Tərəzinin bir gözünə anamı, digər gözünə dünyanı qoysalar da, anamın olduğu tərəf ağır gələr.

U

  • Uğur qazanmaq üçün ya ağıllı olmalısan, ya da başqalarının axmaqlığından bəhrələnməyi bacarmalısan.
  • Uğur qazanmağın ən qısa və ən yaxşı yolu - insanlara başa düşməyə şərait yaratmaqdır ki, sizin irəliləyişinizə kömək etmək elə onların özlərinin maraqlarına uyğundur.[5]

Ü

  • Üç adama həqiqətən də yazıq demək olar: nadanın əlinə düşmüş bilikli adama, miskinə möhtac olmuş güclü adama, xəsislə dostluq etməyə məhkum olmuş səxavətli adama.

V

  • Vaxtdan istifadə edə bilməyən adam həmişə onun yel kimi uçmasından gileylənir.

Y

  • Yaxşı iş gördüyün zaman mükafat gözləmə, Etdiyin yaxşılıq sənin üçün elə ən böyük mükafatdır.
  • Yalançı yalançıdan ehtiyatlanar.
  • Yaltaq nə özü, nə də özgələri haqqında yüksək fikirdə olmadığı üçün yaltaqlıq edir.
  • Yoxsul ola-ola paxıl olmayan şəxslər şərəfli insanlardır.
  • Yüksək əxlaq yüksək nəcabət göstərir.
  • Yüksək yerlər yüksək insanları daha da yüksək, alçaq insanları isə daha da alçaq edir.
  • Yüksəlmək istəyən insan üçün hər hansı bir şöhrət heç tanınmamaqdan yaxşıdır.

Z

  • Zaman dostluğu möhkəmlədir, amma, sevgini zəiflədir.
  • Zəka düşüncənin mikroskopudur.

Mənbə

  • Aforizmlər və hikmətli sözlər. Bakı,2005
  • Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014

İstinadlar

  1. Aforizmlər və hikmətli sözlər. Bakı, 2005, səh.79
  2. Xəzinə.Bakı,1997. səh.150
  3. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014
  4. Buludxan Xəlilov. Dil-söz çələngi. Bakı, “Elm-təhsil” nəşriyyatı, 2012,
  5. Robert Qrin. Hakimiyyətin 48 qanunu.Bakı,2014. səh.79