Nazim Hikmət: Redaktələr arasındakı fərq

Vikisitat saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
k r2.7.2+) (Bot redaktəsi dəyişdirilir: tr:Nâzım Hikmet
Sətir 56: Sətir 56:


* Eşq, bəzən getməklə qalmaq arasında verdiyin ən böyük döyüşdür. Sevməyənin ağılı, həqiqətən sevənin ürəyi qazanır bu döyüşü.
* Eşq, bəzən getməklə qalmaq arasında verdiyin ən böyük döyüşdür. Sevməyənin ağılı, həqiqətən sevənin ürəyi qazanır bu döyüşü.
* Ev doğulmaq və ölmək üçündür, həyat yollardadır.


== Ə ==
== Ə ==

13:35, 13 iyun 2012 versiyası



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

B

  • Bəli.. Bəlkə ümidim qalmadı gələcəyimdən; Amma əsla peşman deyiləm keçmişimdən.
  • Bilərsənmi nə pisdir insanın bildiyini izah edə bilməməsi, sözlərin həmişə yarım qalması. "Mən" deyib susması, "Sən" deyib ağlaması...
  • Bilməzdən gəlişim, axmağı oynamam itirmə qorxumdan deyil; Qarşımdakıların yalan danışma potensiallarına olan marağımdandır.

C

  • Cibimdə yoxuydu! Ürəyimdən verdim.

D

  • Darıxdın, içtin, ağladın, güldün, mahnılar söylədin, şeirlər yazdın. Yaxşı o nə etdi?
  • Dost uğrunda ölmək asandır, lakin uğrunda ölünəcək dostu tapmaq çətindir.
  • Dostluq ağaca bənzəyər, qurudumu bir daha yaşıllaşmaz.
  • Düşmənin acığına bir gün daha çox yaşayacaqsan.

E

  • Eşq, bəzən getməklə qalmaq arasında verdiyin ən böyük döyüşdür. Sevməyənin ağılı, həqiqətən sevənin ürəyi qazanır bu döyüşü.
  • Ev doğulmaq və ölmək üçündür, həyat yollardadır.

Ə

  • Ən çox bir il davam edir iyirminci əsrlərdə ölüm ağrısı.

G

  • Gerçək həyatdan qaçan və onunla əlaqəsiz mövzuları işləyən kimsə, saman kimi mənasızca yanmağa məhkumdur.
  • Gerçək şair öz eşqi, öz xoşbəxtliyi və ağrısıyla məşğul olmaz. Şeirlərində xalqının nəbzini tutmalıdır.

H

  • Hər gələn sevməz və heç bir sevən getməz unutma. Bil ki, gedən dönürsə sevdiyindən deyil, itirdiyindəndir əslində!
  • Həqiqi şair öz eşqi, öz xoşbəxtliyi və acısıyla məşğul olmaz. Şeirlərində xalqının nəbzi vurmalıdır.

İ

  • İçimdə ikinci bir insan kimidir səni sevmək səadəti.
  • İki şey var ancaq ölümlə unudular, anamızın üzüylə şəhərimizin üzü.
  • İnsan kimnənsə qocalmalıdır, kiməsə görə yox!
  • İnsanların qanadları yoxdur,çünki insanların qanadları ürəklərindədir.

K

  • Keçdim putların meşəsindən baltalayaraq, nə də asan yıxılırdılar.
  • Kəpənək misalıdır eşq; anlamayana ömürü günlük, anlayana bir ömürlük!
  • Kim Bilİr.. Nağılınızın qəhrəmanı, başqa bir hekayənin fiquranı olmağa getmişdir bəlkə də.

Q

  • Qorxumuz yox! Enmədi bir gün belə gözlərimizə, bir qış axşamı kimi qaranlığı qorxunun.

M

  • Mən türk dillinin şairiyəm. Həyatımı buna həsr etdim.
  • Məncə sən də indi hər kəs kimisən.
  • Mənim könülüm bir qartaldır.
  • Mənim söz xəzinəm çox genişdir, deyərdim. Sənin bir sözünə çata bilmədim; "Get" nə deməkiydi sevgilim?
  • Məsələ əsir düşməkdə deyil, təslim olmamaqdır bütün məsələ.

N

  • Nə acıdır insanın bildiyini izah edə bilməməsi. 'Mən' deyib susması, 'Sən' deyib ağlamaqlı qalması.
  • Nə mən sənə hirslənərəm, nə də şəxsin zəhmət edib mənə küssün. Artıq səninlə biz, düşmən belə deyilik.
  • Nə pisdir insanın ağılıyla ürəyi arasında çarəsiz qalmağı. Nə pisdir ona an qədər yaxın, bir əsr qədər uzaq olmağı.
  • Nəbzini boşluqda sayan bir gecə.

Ö

  • Ölüm özündən əvvəl mənə təkliyini göndərdi.

P

  • Peşman deyiləm! Yalnız dön bax arxana; Nə üçün, nələrdən imtina etdin? Nələr varkən, sən nəyi seçdin.

S

  • Sədaqət, məhəbbət qalib gələn yerdə hər şey məğlub olur.
  • Səmanı başımın üstündə görmək mənə qadağandır.
  • Sən mənim sərxoşluğumsan, nə ayıldım, nə ayıla bilərəm, nə ayılmaq istəyirəm!
  • Sən yanmasan, mən yanmasam, biz yanmasaq necə çıxar qaranlıqlar işıqlığa?
  • Sərçə kimisən qardaşım.

Ş

  • Şair müvəffəqiyyətli olmaq üçün, əsərlərində maddi həyatı işıqlandırmaq məcburiyyətindədir.

T

  • Tahir olmaq da ayıb deyil Zöhrə olmaq da, hətta sevda üzündən ölmək də ayıb deyil.

Ü

  • Ürəyə bir bıçaq kimi girən xatirələrin, dilsiz olduqlarını anlayıram.
  • Ürəyin qadını kişisi yoxdur. Bir mərd olanı var, bir də namərd olanı!

Y

  • Ya ölü ulduzlara aparacağıq həyatı, ya da ölüm enəcək yer üzünə.
  • Yaşamaq bir ağac kimi tək və azad və bir meşə kimi qardaşcasına.
  • Yeni meydanlar açılmış uzaqdakı şəhərimdə.

Vikianbarda Nazim Hikmət ilə əlaqəli mediafayllar var.

Vikipediyada Nazim Hikmət haqqında məqalə var.