Əbülfəz Elçibəy: Redaktələr arasındakı fərq

Vikisitat saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 7: Sətir 7:
* Siyasi xadim olmaq yox, vətəndaş olmaq gərəkdir. Mənim üçün ən böyük and xalq qarşısında dediyim sözdür.
* Siyasi xadim olmaq yox, vətəndaş olmaq gərəkdir. Mənim üçün ən böyük and xalq qarşısında dediyim sözdür.
* Azad olmuş yox, azad edilmiş qul nə edəcəyini bilməz - ya keçmiş qulluğunun həsrətin çəkər, ya da yeni ağa axtarar.
* Azad olmuş yox, azad edilmiş qul nə edəcəyini bilməz - ya keçmiş qulluğunun həsrətin çəkər, ya da yeni ağa axtarar.
* Bizim milli dəyərlərimizin kökünü qazıblar,dağıdıblar. Biz milli süura dayanaraq onları öz kökünə qaytarmalı, o kökün üstündə də demokratik cəmiyyət uğrunda mübarizə aparmalıyıq. Özü də, bunu eyni zamanda etməliyik − milli yolu gedı-gedə, milli müqəddəratı həll edə-edə demokratik dəyərlərə də sayğı göstərməliyik.
* Bizim milli dəyərlərimizin kökünü qazıblar,dağıdıblar. Biz milli şüura dayanaraq onları öz kökünə qaytarmalı, o kökün üstündə də demokratik cəmiyyət uğrunda mübarizə aparmalıyıq. Özü də, bunu eyni zamanda etməliyik − milli yolu gedı-gedə, milli müqəddəratı həll edə-edə demokratik dəyərlərə də sayğı göstərməliyik.
* Tehran rejiminə mən niyə düşmənəm? Ona görə ki, 35 milyon Azərbaycan Türkünü əzab-işgəncə içində saxlayır. Mən onunla necə dost ola bilərəm?
* Tehran rejiminə mən niyə düşmənəm? Ona görə ki, 35 milyon Azərbaycan Türkünü əzab-işgəncə içində saxlayır. Mən onunla necə dost ola bilərəm?
* Haqsız bir məsələdə zirvə olmaqdansa, haqlı bir məsələdə zərrə olmağı üstün tuturam.
* Haqsız bir məsələdə zirvə olmaqdansa, haqlı bir məsələdə zərrə olmağı üstün tuturam.

04:26, 30 iyun 2016 versiyası

  • Hər bir problemin zamana ehtiyacı var.
  • Bütöv Azərbaycan uğrunda mübarizə həyatımın mənasıdır.
  • Vətən sevgisi torpağa deyil, onun üstündəki insanlara qarşı duyulan sevgidir.
  • Bütöv Azərbaycanın yolu Təbrizdən keçir.
  • Bizə heç kim azadlıq verməyib, biz azadlığımızı şəhidlərimizin qanı ilə almışıq.
  • Xalqın seçdiyi prezident öz xalqına ipək ürəyini, onun düşmənlərinə isə dəmir əlini göstərməyi bacarmalıdır.
  • Siyasi xadim olmaq yox, vətəndaş olmaq gərəkdir. Mənim üçün ən böyük and xalq qarşısında dediyim sözdür.
  • Azad olmuş yox, azad edilmiş qul nə edəcəyini bilməz - ya keçmiş qulluğunun həsrətin çəkər, ya da yeni ağa axtarar.
  • Bizim milli dəyərlərimizin kökünü qazıblar,dağıdıblar. Biz milli şüura dayanaraq onları öz kökünə qaytarmalı, o kökün üstündə də demokratik cəmiyyət uğrunda mübarizə aparmalıyıq. Özü də, bunu eyni zamanda etməliyik − milli yolu gedı-gedə, milli müqəddəratı həll edə-edə demokratik dəyərlərə də sayğı göstərməliyik.
  • Tehran rejiminə mən niyə düşmənəm? Ona görə ki, 35 milyon Azərbaycan Türkünü əzab-işgəncə içində saxlayır. Mən onunla necə dost ola bilərəm?
  • Haqsız bir məsələdə zirvə olmaqdansa, haqlı bir məsələdə zərrə olmağı üstün tuturam.
  • Bir qardaş üçün yalnız onun anası və bacısı həqiqətən içdən yanaraq ağlar. Gerisi boşdur. Onu bil ki, sənin üçün onlardan başqa heç kim yanmaz. Mənim üçün bir siqaretim yanmışdı, onu da pulla alırdım. Həyat budur.
  • Tank qabağında duran oğlanlar, pul qabağında sındılar.
  • Son vaxtlar, iki aydır, üç aydır bir fikir beynimdə fırlanır. Bir söz, bir səda gəzir - Ey, Manaqua, mən dəniz qurduyam, məni duyarmısan? Deyirlər məhkəmə olacaq, filan olacaq... Və elə birdən beynimə gəlir, Ey Manaqua, mən dəniz qurduyam, məni duyarmısan?[1]

Əbülfəz Elçibəy haqda sitatlar

  • Elçibəy böyük vətənpərvər bir adam idi. Böyük türkçü idi, Elçibəyi sevirik. - Süleyman Dəmirəl[2]
  • O, ziyalı adam idi, özü də Şərq ziyalısı. Əbülfəz ədəbiyyatı bilirdi, türkpərəst idi. - Vəfa Quluzadə[3]

İstinadlar

Vikianbarda Əbülfəz Elçibəy ilə əlaqəli mediafayllar var.

Vikipediyada Əbülfəz Elçibəy haqqında məqalə var.