Paxıllıq: Redaktələr arasındakı fərq
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 2: | Sətir 2: | ||
* Ağıllının paxıllığını çəkən çox olar. [[Adıgey atalar sözləri]] |
* Ağıllının paxıllığını çəkən çox olar. [[Adıgey atalar sözləri]] |
||
== B == |
== B == |
||
* Bədbəxtliyin çoxu aclıqdan və qəzəbdən, paxıllıqdan və qərəzkarlıqdan olur. |
* Bədbəxtliyin çoxu aclıqdan və qəzəbdən, paxıllıqdan və qərəzkarlıqdan olur. [[Məhəmməd Tağı Sidqi]] |
||
== C == |
== C == |
04:47, 9 iyul 2016 versiyası
A
- Ağıllının paxıllığını çəkən çox olar. Adıgey atalar sözləri
B
- Bədbəxtliyin çoxu aclıqdan və qəzəbdən, paxıllıqdan və qərəzkarlıqdan olur. Məhəmməd Tağı Sidqi
C
- Comərdliyə güvənsən də, sadiq sanma sirdaşları,
Paxıllıqdan gör nə etdi, gör Yusifin qardaşları. Məhəmməd Füzuli
D
- Danışan və bağıran paxıllıq, adətən, ziyansız olur; qınına çəkilmiş dilsiz paxıllıqdan qorxmaq lazımdır. Antuan Rivarol: Fransız yazıçısı
- Dazlıq ilə paxıllığın dərmanı yoxdur. Malayal atalar sözləri
- Düşmənçilik fəzl, paxıllıq passiv aralıqdır. Buna görə də paxıllığın tezliklə nifrətə çevrilməsinə təəccüblənmək lazım deyil. İ.V.Höte
H
- Həmişə könlünün xoş olmasını istəyirsənsə, paxıl olma. Qabusnamə
N
- Nifrət fəal, paxıllıq isə passiv narazılıq hissidir. Buna görə də təəccüblü deyil ki, paxıllıq hissi tez bir zamanda nifrətə çevrilir. İohann Höte
Q
- Qısqanc adamlar bağışlayır, paxıllar isə yox. Molyer
P
- Paxıl adam elə bilər ki, qonşusunun ayağı sınsa, o daha yaxşı yeriyər. Danimarka atalar sözü
- Paxıl adam ölülərə dirilərə acıq vermək üçün hörmət edər. Klod Adrian Helvetsi: Fransız filosofu
- Paxıl insan üçün ən kədərli şey heç kəsin ona paxıllıq etməməsidir. Frensis Bret Hart: Amerika yazıçısı
- Paxıl ölürsə də, paxıllığ heç vaxt ölmür. J.B.Molyer.
- Paxıl rahat olmaz, başqalarını gözü götürməz, özünə isə layiq olmadığı hər şeyi istər. Ə.Cami
- Paxıllar zəkalıların düşməni, riyakarlar ecazkarların qənimidir. Ə.Xaqani
- Paxıllıq dirəyini nadanlıq küləyi sındırar. Hümam Təbrizi
- Paxıllıq xoşbəxt adamların düşmənidir. Epiktet
- Paxıllıq insanın qəlb rahatlığını pozan can odudur. A.Bakıxanov
- Paxıllıq qabiliyyətin yoxsulluğundan doğar, Hünərsiz adam arta bilmədiyini görüb başqalarının da hünərsiz olmasını və geriləməsini arzular ki, özü ilə müvaziləşsin. A.Bakıxanov
- Paxıllıq nifrətdən də barışmazdır. Fransua de Laroşfuko
- Paxıllıq nifrətin ən fəal ünsürlərindən biridir. Onore de Balzak
- Paxıllıq odundan yandırıcı od hələ görünməmişdir. A.Bakıxanov
- Paxıllıq və qorxu elə yeganə hisslərdir ki, insana zövq vermir. C.A.Kollinz.
- Pas dəmiri yeyən kimi, paxıllıq da insanın qəlbini yeyir.