İnsan: Redaktələr arasındakı fərq

Vikisitat saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 69: Sətir 69:


Insan omur boyu en chox 3 menbeyden xoshagelmez melumat alir:mektebden, dogum evinden ve hekimden. (Babayev Azad)
Insan omur boyu en chox 3 menbeyden xoshagelmez melumat alir:mektebden, dogum evinden ve hekimden. (Babayev Azad)


Bir işiçi hansini böyük insan kütlesi bacarir senet sayilmaz. (Babayev Azad)


== K ==
== K ==

06:43, 11 noyabr 2016 versiyası

A

  • Alim olmaq asandır, insan olmaq – çətin. Atalar sözü
  • Ancaq insan öz mənasını varlıqda tapır, varlıq da öz bütövlüyünü və mənasını insanda tapır. Haydegger

B

  • Bağışlamağı bacarmayan insanların ən pisidir. Qlenda Cekson
  • Bir insanın həyatının ikinci yarısı birinci yarısında qazandəğı alışqanlıqları təkrarlamaqdan ibarətdir. Fyodor Dostoyevski
  • Biz elə bir məxluqlarıq ki, bəzən mələklər insan olmadıqlarına görə üzülür, bəzən də şeytanlar insan olmadıqlarına görə şükür edirlər. Mövlana Cəlaləddin Rumi

D

  • Dünyanın həqiqətləri elm dilində, insanın həqiqəti isə fəlsəfə dilində yazılmışdır. Əbu Turxan

Ə

  • Əgər insan hansı sahilə yan alacağını bilmirsə, onda küləyin hansı istiqmətdən əsməsinin onun üçün heç bir faydası olmur. Seneka
  • Əmək bölgüsü insanın tamlığını əlindən alır və onun özünün də bölünməsinə gətirib çıxarır. Tur Xander
  • Ən böyük qələbə insanın öz üzərindəki qələbəsidir. Məhəmməd peyğəmbər
  • Əsas o deyil ki, insan necə ölür, əsas odur ki, insan necə yaşayır. Samuel Conson
  • Əsla görünüşə aldanma, görünüşdə hər kəs insandır. Lui Araqon

X

  • Xarakter insanın öz üzərində, istedad isə – başqaları üzərində hakim olmasıdır. Vasili Klyuçevski

H

  • Heç bir linza özünə baxıb həzz alan insanın gözləri qədər böyütmür. Aleksandr Pop
  • Heç kimi sevməyəni sevməzlər. Demokrit
  • Hər bir insan öz sevgisi qədərdir. Əbu Turxan
  • Hər insan bir ulduzu, bəşəriyyət – kəhkəşanı xatırladır. Əbu Turxan
  • Hər kəsin dəyəri nəyə can atmasındadır. Mark Avreli
  • Hər şeyin meyarı insandır. Protaqor

G

  • Günümüzün insanı köklərindən qopmuş bir ağacdır. Həm özünə yad olubdu, həm təbiətə. Cəmil Meriç

İ

  • İnsan Allaha inanmayanda heç bir şeyə inanmadığını göstərmir, hər şeyə inandığını göstərir. Umberto Eko
  • İnsan, əgər insan qalacaqsa, tərəf tutmaq məcburiyyətindədir. Qrem Qrin
  • İnsan fikirləşmədən öz içində yaşayanları aşkar edə bilməz. Georq Vilhelm Fridrix Hegel
  • İnsan kərpic kimidir; yanaraq bərkiyir. B.Şou
  • İnsan nəzərləri aləmə tuşlanaraq onu ancaq öz baxış bucağında işıqlandırır. Həmin anda insanın özü də məhz öz baxış bucağına bərabər olur. Əbu Turxan
  • İnsan öz fərdiliyini nə qədər çox biruzə verirsə, o qədər də bütün mövcudatla birləşməyə can atır. R.Taqo
  • İnsan var dərya kimidir, baş vurdunsa, çıxmaq çətindir; insan var ki, divar kimidir, qarşında durur və heç nə görə bilmirsən; insan var ki, şüşə kimidir – dünyanı sənə göstərməyə çalışır; insan var ki, ayna kimidir, səni özünə göstərməyə çalışır. Əbu Turxan
  • İnsan yan almaq üçün hansı limana getdiyini bilməyəndə heç bir külək onun üçün sərfəli olmayacaqdır. Seneka
  • İnsan yaratdıqca ucalır, ucaldıqca daha yaxşı yaradır. Əbu Turxan
  • İnsan yarımçıqdır; onun digər yarısı bütün yerdə qalan dünyadır. Əbu Turxan
  • İnsana danışmağı öyrənmək üçün iki il, dilini dinc qoymağı öyrənmək üçün isə altmış il lazım gəlir. Feyxtvanqer
  • İnsana şux geyinməkdən daha çox ağlın zənginliyi vacibdir. Onore de Balzak
  • İnsandan insana fərq var: bir dəmirdən həm nal, həm də qılınc düzəldirlər. Nizami Gəncəvi
  • İnsanlar daim pis oyuncaqların dalınca qaçan uşaq kimidir. Cəmil Meriç
  • İnsanlar təcrübələri nisbətində deyil, təcrübələrindən aldıqları dərslər nisbətində yetkindir. B.Şou
  • İnsanı məhv etmək üçün çox az şey tələb olunur: onu sadəcə inandırmaq lazımdır ki, onun məşğul olduğu iş heç kəsə gərək deyil. F.M. Dostoyevski
  • İnsanı tanımaq üçün onu sevmək lazımdır. Feyerbax
  • İnsanı yaxşı tanıtmaq istəsən, heç kəsi inandıra bilməzsən, yox, əgər pisləsən, hər kəsi inandırarsan. C.Dreper
  • İnsanın gözü nəyi görürsə, dəyəri də o qədərdir. Mövlana
  • İnsanın mahiyyəti onun arzularında təzahür edir. Spinoza
  • İnsanın meymun mənşəyini Qərbdə, İnsanın Tanrı mənşəyini Şərqdə kəşf ediblər. Yaşar Qarayev
  • İnsanın ləyaqəti onun məqsədə çatıb-çatmaması ilə yox, hansı məqsədə və hansı yolla getməsi ilə müəyyən olunur. Abay
  • İnsanın ölçüsü onun imkanlarının sərhəddi ilə müəyyən olunur. Əbu Turxan
  • İstədiyin insan olmaq üçün heç zaman gec deyil. Corc Eliot

İnsan dediyi söze göre yox, etdiyi emellere göre cavab vermelidir. ( Babayev Azad)ç

İnsanla eşşək arasinda mecazi ferg onlarin gulaglarinin uzun ve ya gisa olmasinda yox,sadecə davranişlari dadir. (Babayev Azad)

Bir ishiki hansini boyuk insan kutlesi bacarir senet sayilmaz. (Babayev Azad)

Bir insanlarçin duz-çörek kesmek mənəvi servət eldə etməkdir, diger insanlarçinsa ancaģ servət eldə etməkdir. (Babayev Azad)

Insan omur boyu en chox 3 menbeyden xoshagelmez melumat alir:mektebden, dogum evinden ve hekimden. (Babayev Azad)


Bir işiçi hansini böyük insan kütlesi bacarir senet sayilmaz. (Babayev Azad)

K

  • Kainatın mərkəzi kəşf edildiyində bir çox insan özlərinin mərkəz olmadığını anlayıb kədərlənəcək. Bernard Beyli
  • Kamil insan gözəl söz söyləyə bilən insan deyil, söylədiyini edən və edə bildiyini söyləyən insandır. Konfutsi
  • Kədər insanı kamillik zirvəsindən endirir. Benedikt Spinoza

O

  • Oxunacaq ən böyük kitab insandır. Hacı Bəktaş Vəli

S

  • Sıfıra bənzər insanlar vardır. Onlar hər zaman qarşılarında bir rəqəmə ehtiyac duyurlar. Balzak

T

  • Təbiətin öz dünyası var və vaxtilə insan da onun bir hissəsi olmuşdur. Amma indi o, təbiəti özünün bir hissəsi etməyə çalışır. Tur Xander
  • Təbiətinə görə insanlar bir-birinə yaxın, vərdişlərinə görə isə bir-birindən uzaqdırlar. Konfutsi
  • Təhlükənin də öz gözəlliyi var, o, insanda mübarizlik ruhunu, ona qarşı getmək istəyini oyadır. Höte