Azərbaycan atalar sözləri/Y: Redaktələr arasındakı fərq
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur |
Redaktənin izahı yoxdur |
||
Sətir 7: | Sətir 7: | ||
* Ya unçu ölər, ya dəyirmançı. |
* Ya unçu ölər, ya dəyirmançı. |
||
* Ya zatdan, ya süddən. |
* Ya zatdan, ya süddən. |
||
* Yabılarda qotur yabı mərd olar, yorulanda yiyəsinə dərd olar. |
|||
* Yaxşı at özünə qamçı vurdurmaz. |
* Yaxşı at özünə qamçı vurdurmaz. |
||
* Yaxşı dost qardaşdan əzəldir. |
* Yaxşı dost qardaşdan əzəldir. |
16:09, 6 yanvar 2017 tarixindəki versiya
- Ya bu dəvəni güdməli, ya da bu diyardan getməli.
- Ya dağ ətəyində, ya bəy ətəyində.
- Ya dəvə ölər, ya dəvəçi, ya da üstündəki hacı.
- Ya qarnımda, ya könlümdə.
- Ya lələ şələni basar, ya şələ - lələni.
- Ya unçu ölər, ya dəyirmançı.
- Ya zatdan, ya süddən.
- Yabılarda qotur yabı mərd olar, yorulanda yiyəsinə dərd olar.
- Yaxşı at özünə qamçı vurdurmaz.
- Yaxşı dost qardaşdan əzəldir.
- Yaxşılığa yaxşılıq hər kişinin işidir,
- Yamanlığa yaxşılıq nər kişinin işidir.
- Yalan ayaq tutar, ancaq yeriməz
- Yalanla dünyanı dolanmaq olar, amma geri dönmək olmaz.
- Yalançının evi yandı, heç kəs ona inanmadı.
- Yalançının ipi ilə quyuya düşən quyuda qalar.
- Yanan yerdən tüstü çıxar.
- Yatan öküzün yemini duran öküz yeyər.
- Yayda kölgə xoş, qışda çuval boş.
- Yazda çalan qışda oynar.
- Yeddi arxın suyunu bir arxa calayır.
- Yeddi ayda bir qarış, bir ayda yeddi qarış.
- Yeməyə kömək, işləməyə də kömək.
- Yeməyənin payını yeyərlər.
- Yeməyin qulu, işləməyin xəstəsi.
- Yeməyini yalqız yeyən yükü özü qaldırar.
- Yetim əlində qoğal əcaib.
- Yoxsul oduna da yoxsul, suya da yoxsul?!
- Yoxsul öz vilayətində qəribdir.
- Yoxsulluq varlılıqdan yaxşıdır.
- Yoxsulun evində dəmir tapılmaz, itinin adını gümüş qoyqr.
- Yola çıxan yolda qalmaz.
- Yoldaşı yolda tanı
- Yorğanına bax, ayağını uzat.
- Yumru qaya, yumru daş, keçəl baş.
- Yumurta gətirmir, qayğanaq istəyir.
- Yumurta toyuğun cəriməsidir.
- Yumurtada tük bitməz.
- Yumurtadan yun qırxır.
- Yumurtana görə qaqqılda.
- Yumurtanı halqadan keçirdir.
- Yumurtlamadı, falını da yedi?!
- Yumurtası tərs düşüb.
- Yumşaq döşək salan, axırda quru yerdə yatar.
- Yun darayaram, kələf olar, qız doğaram xələf olar.
- Yunu var, ünü yox.
- Yurddan çıxsan da, eldən çıxma.
- Yuvanı erkək quş tikər.
- Yüz sənəti pis bilməkdənsə, bir sənəti yaxşı bilmək yaxşıdır.