Azərbaycan atalar sözləri/Y: Redaktələr arasındakı fərq

Vikisitat saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 16: Sətir 16:
* Yaxşı at özünə qamçı vurdurmaz.
* Yaxşı at özünə qamçı vurdurmaz.
* Yaxşı at yemin artırar, pis at qamçısın.
* Yaxşı at yemin artırar, pis at qamçısın.
* Yaxşı ata bir qamçı, yaman ata min qamşı.
* Yaxşı dost qardaşdan əzəldir.
* Yaxşı dost qardaşdan əzəldir.
* Yaxşılığa yaxşılıq hər kişinin işidir,
* Yaxşılığa yaxşılıq hər kişinin işidir,
Sətir 42: Sətir 43:
* Yoxsul öz vilayətində qəribdir.
* Yoxsul öz vilayətində qəribdir.
* Yoxsulluq varlılıqdan yaxşıdır.
* Yoxsulluq varlılıqdan yaxşıdır.
* Yoxsulun evində dəmir tapılmaz, itinin adını gümüş qoyqr.
* Yoxsulun evində dəmir tapılmaz, itinin adını gümüş qoyar.
* Yola çıxan yolda qalmaz.
* Yola çıxan yolda qalmaz.
* Yoldaşı yolda tanı
* Yoldaşı yolda tanı

16:24, 6 yanvar 2017 versiyası

  • Ya bu dəvəni güdməli, ya da bu diyardan getməli.
  • Ya dağ ətəyində, ya bəy ətəyində.
  • Ya dəvə ölər, ya dəvəçi, ya da üstündəki hacı.
  • Ya qarnımda, ya könlümdə.
  • Ya lələ şələni basar, ya şələ - lələni.
  • Ya unçu ölər, ya dəyirmançı.
  • Ya zatdan, ya süddən.
  • Yabılarda qotur yabı mərd olar, yorulanda yiyəsinə dərd olar.
  • Yabıya tumar eləsən şıllaq atar.
  • Yad gəlib aşna olunca, aşna - yar əldən gedər.
  • Yad itin quyriuğu qısılı olar.
  • Yada arxa verən tək qalar.
  • Yaddan yoldaş olunca, qardaş əlindən gedər.
  • Yaxşı at köhnə çulun altda da bilinər.
  • Yaxşı at özünə qamçı vurdurmaz.
  • Yaxşı at yemin artırar, pis at qamçısın.
  • Yaxşı ata bir qamçı, yaman ata min qamşı.
  • Yaxşı dost qardaşdan əzəldir.
  • Yaxşılığa yaxşılıq hər kişinin işidir,
  • Yağ yağ üstə gedər, yarma yavan qalar.
  • Yağ yeyən it tükündən məlum olar.
  • Yağıdan qalanı yağmur apardı.
  • Yağışdan çıxdıq, yağmura düşdük.
  • Yağlı əlin var sürt öz başına.
  • Yamanlığa yaxşılıq nər kişinin işidir.
  • Yalan ayaq tutar, ancaq yeriməz
  • Yalanla dünyanı dolanmaq olar, amma geri dönmək olmaz.
  • Yalançının evi yandı, heç kəs ona inanmadı.
  • Yalançının ipi ilə quyuya düşən quyuda qalar.
  • Yanan yerdən tüstü çıxar.
  • Yatan öküzün yemini duran öküz yeyər.
  • Yayda kölgə xoş, qışda çuval boş.
  • Yazda çalan qışda oynar.
  • Yeddi arxın suyunu bir arxa calayır.
  • Yeddi ayda bir qarış, bir ayda yeddi qarış.
  • Yeməyə kömək, işləməyə də kömək.
  • Yeməyənin payını yeyərlər.
  • Yeməyin qulu, işləməyin xəstəsi.
  • Yeməyini yalqız yeyən yükü özü qaldırar.
  • Yetim əlində qoğal əcaib.
  • Yoxsul oduna da yoxsul, suya da yoxsul?!
  • Yoxsul öz vilayətində qəribdir.
  • Yoxsulluq varlılıqdan yaxşıdır.
  • Yoxsulun evində dəmir tapılmaz, itinin adını gümüş qoyar.
  • Yola çıxan yolda qalmaz.
  • Yoldaşı yolda tanı
  • Yorğanına bax, ayağını uzat.
  • Yumru qaya, yumru daş, keçəl baş.
  • Yumurta gətirmir, qayğanaq istəyir.
  • Yumurta toyuğun cəriməsidir.
  • Yumurtada tük bitməz.
  • Yumurtadan yun qırxır.
  • Yumurtana görə qaqqılda.
  • Yumurtanı halqadan keçirdir.
  • Yumurtlamadı, falını da yedi?!
  • Yumurtası tərs düşüb.
  • Yumşaq döşək salan, axırda quru yerdə yatar.
  • Yun darayaram, kələf olar, qız doğaram xələf olar.
  • Yunu var, ünü yox.
  • Yurddan çıxsan da, eldən çıxma.
  • Yuvanı erkək quş tikər.
  • Yüz sənəti pis bilməkdənsə, bir sənəti yaxşı bilmək yaxşıdır.