Əfqan atalar sözləri: Redaktələr arasındakı fərq
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 184: | Sətir 184: | ||
== Ü == |
== Ü == |
||
* Ürək ağrıyanda kor gözdən də yaş axar. |
* Ürək ağrıyanda kor gözdən də yaş axar. |
||
* Ürək hara çəksə, ayaq da ora gedər. |
|||
== V == |
== V == |
04:31, 14 yanvar 2017 tarixindəki versiya
A
- Adamlar da cürbəcürdür: kimisi yaqut, kimisi adi daşdır.
- Axan su arxa dönməz.
- Axmağın hər şeyini itirməyi, başqası ilə bölüşməyindən yaxşıdır.
- Ağıl olan yerdə şərəf də olar.
- Ağıl təbiətin vergisi deyil, təcrübənin nəticəsidir.
- Ağıllı əfqan qabağa gedər, arxaya baxar.
- Ağıllı quşu tutmaq üçün iki cələ tutmaq lazımdır.
- Allahdan gizləmədiyini camaatdan da gizləyə bilməzsən.
- Anaya baxıb qızı, ataya baxıb oğulu tanıyarlar.
- Ata evində anan yoxsa, getmə.
- Atı igid altında tanıyarlar.
- Ay birinci günündən bilinər.
- Ayağının altına baxma, qabağa bax.
- Aza - az, çoxa - çox.
B
- Baha aldığın şeyi ucuz satma.
- Baş olsun, papaq tapılar.
- Başında ağlı az olanın, evində qəmi çox olar.
- Bir işi eləmək asandır, başlamaq çətin.
- Bir şillədən çoxlarının üzü yanar.
- Bir talanmış karvanın dalınca yüz bədbəxt gələr.
- Bir topa quşu dağıtmaq üçün bir daş bəsdir.
- Biri ağlar, biri gülər.
- Boş əldən böyük düşmən çoxdur.
- Böyük kəslər günahı özündə görər, xirdalar - bütün dünyada.
- Buzov da ayağına görə tullanar.
- Bütün daşlar bədbəxt yetimin başına yağar.
- Bütün yer üzünə arpa əkilsə, ulağa yenə də bir ovucdan artıq catmayacaq.
Ç
- Çağırılmış yüz qonağa yer tapılar, çağırılmamış bir qonağa bəlkə də yox.
D
- Daş mum olmaz, düşmən - dost.
- Dəliyə dedilər: "Çiynində ağac bitib"; cavab verdi ki, "Lap yaxşı, kölgəsində oturaram".
- Dəyirman atanın da olsa növbəni gözlə.
- Dil həm silahındır, həm də başının bəlası.
- Divarın da qulağı var.
- Doğmalar ağır gündə gərəkdir.
- Doğru gəlir, yalan ölür.
- Dost tərbiyə, düşmən cəza verməyə çalışar.
- Dostla təmiz ürəkli ol.
- Dostluğumuz dostluqdur, amma mənim kamanım pulsuz atmır.
- Dostun köhnəsi yəhərlənmiş köhlən kimidir.
E
- Elə bir yer yoxdur ki, zəif orda gizlənsin.
Ə
- Əcinnə də öz balasını öldürməz.
- Əsməri kürəyindən də tanıyarsan.
- Əyri ağacı od düzəldər.
G
- Göz yaşıyla dirilən olsaydı, ölü olmazdı.
- Gözdən uzaqda şahı da söyərlər.* Kim ki, yerində oturub qalxmır, axır bir tapır.
- Gözəl səs qulağa dərmandır.
- Güclə çəkib sürümək olar, güclə yedirtmək olmaz.
- Güclü göy gurultusundan sonra güclü yağış olmur.
- Gül yaxşıdır, öz kolunda.
H
- Haqqı öldürə bilməzsən.
- Heç kəsin ağzına barmağını qoyma - əlini dişləyərlər.
- Həqiqəti ya güclü deyər, ya da axmaq.
- Həya gözlərdə yaşar.
- Həyanı qoru həyalılar üçün.
X
- Xalis qızıl oddan qorxmaz.
İ
- İgidlə çəkiş, səadətlə - yox.
- İki lüt bir-birindən utanmaz.
- İnad müvəffəqiyyətin dostudur.
- İnsan daş kimi bərk, çiçək kimi zərifdir.
- İraqdan tiryək gözləyincə, ilan vuran ölər.
- İstirahət zəhmət üçün mükafatdır.
- İş əbədidir, güc - yox.
- İşsizlikdənsə, ağır iş yaxşıdır.
- İt çaydan su içməklə su murdar olmaz.
K
- Karvanı bağlamaq olar, dili yox.
- Kəklik qaqqıldayıb özünü ələ verdi.
- Kəndli yağış üçün dua edir, bənna - yağışsız hava üçün.
- Kərtənkələ ilanın dalınca dartındı və partladı.
- Kərtənkələni də öldür - əgər başı ilan başısa.
- Kim ki, yerində oturub qalxmır, axır bir tapır.
- Kor da öz evini yaxşı tanıyır.
- "Kor" yoldansa, kor göz yaxşıdır.
- Korun qabağında ağlama: sənin göz yaşını görə bilməz.
- Köpək xəstə olanda çaqqallar damda oynaşar.
- Köpəkdən soruşdular: "Kimin əlindən yaşaya bilmirsən?" - cavab verdi ki, "öz qohum - əqrabamın.
Q
- Qalaya ümid ol, düşmənini də yaddan çıxarma.
- Qamışın ayağı suda olsa da, ayağı qurudur.
- Qanı qanla yumazlar.
- Qarışqa üçün bir qarış su da ümmandır.
- Qızıl - dağlar içindən də yol salar.
- Qocaya tapşırma - öləcək; cavana ümid olma - unudacaq.
- Qonaq bilməlidir ki, nəyi yemək, nəyi saxlamaq lazımdır.
- Qonaq heç zaman razı qalmaz.
- Qonaqların olması yaxşıdır, ancaq hamısı bir evdə yox.
- Qorxudan çaqqal da pələngin üstünə atılar.
- Qurmaq qırmaqdan yüz dəfə çətindir.
- Qüvvət ağla da qalib gələ bilər.
L
- Layiqli qardaş bacıya çadradır.
- Lütün yuxusuna köynək girər.
M
- Mahnıyla qarın doymaz.
- Məsləhət vaxtında deyiləndə qiymətli olur.
N
- Namus adamı qəbirdən də qaldırar.
- Namusu üçün əfqan oda da atılar.
- Nə qədər ki, soruşan yoxdur, dinmə.
O
- O adamdan qaç ki, əvvəlcə "hə", sonra "yox" deyir.
- O dünyada da qardaşın hesabını səndən çəkəcəklər.
- O qədər acı olma ki, səni atmaq istəsinlər.
- Od tutanda quru da yanar, yaş da.
- Oğlu qızdan üstün tutma.
- Oğluna baxıb atanı təsəvvür edərlər.
- Oğru həmişə yoldaş gəzər.
- Oğru oğrunu tanıyar.
Ö
- Ördəyin dimdiyi həmişə çirkli olar.
- Öz kəndini də unutsan, öz adətini unutma.
- Özgə evdə yüz qonaq da qorxulu deyil.
- Özgənin əlində balaca tikə də böyük görünər.
- Özgənin odu isitməz.
- Özünü bilməyən kəs adam deyil.
P
- Pələng qəfəsdə də pələngdir.
- Pələngi nəvazişlə öyrədərlər, ağacla yox.
- Pis arvad dar ayaqqabı kimidir.
- Pis arvad əyri qabırğa kimidir: sındırarsan, amma düzəldə bilməzsən.
- Pis günə düşmək istəmirsənsə, axmaq adamla dostluq eləmə.
- Pis oğlun ucundan atanı söyərlər.
- Pul olsaydı, minnət olmazdı.
R
- Rişxənd davaya gətirib çıxarar.
- Rupi xırdadır, amma böyük işlər görür. (Rupi pul vahididir).
S
- Səadət olmayanda ata evi də yad görünər.
- Sədəqə vermək üçün var - dövlət yox, yumşaq ürək gərəkdir.
- Sən əgər təmizsənsə, şahdan da qorxun olmaz.
- Sən mənə yaxşılıq arzula, mən də sənə xeyir diləyim.
- Sən sevinəndə sevinmir, amma sən yaman günə düşəndə qəmlənir.
- Sənin işin həmişə səninlədir.
- Sənin tərini özgəsi qurutmayacaq.
- Səyahət insanı tərbiyə edir.
- Siçan gərək pişikdə düzlük axtarmaya.
- Sifət ürəyin aynasıdır.
- Su bütün yer üzünü tutsa da, ördək batmaz.
- Su yuxarı başdan çirklənər.
- Subayın evində dava olmaz.
- Suyun axmazı tez xarab olar.
- Suyun sakit axanından qorx, iti axanından yox.
- Sürüdən qalan qoyunu canavar yeyər.
T
- Taxılı xalvarla udur, amma bircə sözü uda bilmir.
- Tək getsən ya dərd taparsan, ya da səadət.
- Tələsmə ki, sonra ağlamayasan.
- Tox qarnını qaşıyanda acın sümükləri sızıldar.
- Torpaq qoynuna aldıqlarını vermir.
- Tülkü - dərisi ucbatından bədbəxt olar.
U
- Uduzan oyundan çıxar.
- Uşaqlıqda öyrəndiyini qocalıqda da unutmursan.
Ü
- Ürək ağrıyanda kor gözdən də yaş axar.
- Ürək hara çəksə, ayaq da ora gedər.
V
- Var - dövlət nə qədər çox olsa da, yenə axırı olur.
- Var sənindir, oğul xalqın.
- Varlının eybini var örtər.
- Vətəni qürbətdə daha çox istərlər.
Y
- Yaxşı iş adamı şaha bərabər elər.
- Yaxşı qız yaxşı da ana olar.
- Yaxşı söz də yaxşıdır - bir dəfə.
- Yaxşı yaxşıya uğrar.
- Yaxşıya tələs, yamana tələsmə.
- Yalançını dinlə, amma yoxla.
- Yalançının yaddaşı olmaz.
- Yamanlıq yüz il yaddan çıxmır.
- Yay kasıbların paltarıdır.
- Yaz yaxşısa, il də yaxşı olacaq.
- Yediyi qarğıdalı kökəsidir, plov yeyən adamlar kimi gəyirir.
- Yeməyə görə özgə iti də adama öyrəşir.
- Yeriməkdən çox, oturmaqdan ölürlər.
- Yerinə yetirməyə qəti inanmasan, söz vermə.
- Yetim ağlamağa adət edib.
- Yoxuş nədir, eniş nədir - hamısı bir zəhrimardır.
Z
- Zalımın qolu nə qədər güclü olsa, o qədər də tez divan tutar.
- Zəfər gələndə bütün çaqqallar dönüb şir olur.