Azərbaycan atalar sözləri/Z: Redaktələr arasındakı fərq

Vikisitat saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 1: Sətir 1:
<div ><small> '''<''' [[Azərbaycan atalar sözləri]]</small></div>
<div ><small> '''<''' [[Azərbaycan atalar sözləri]]</small></div>
* Zahirdən batinə yol var.
* Zahirdən batinə yol var.
* Zahiri gözəllik müvəqqətidir.
* Zalıma allah bəla verər.
* Zalıma allah bəla verər.
* Zalıma rəhm etmək, məzluma zülm etməkdir.
* Zalıma rəhm etmək, məzluma zülm etməkdir.

17:04, 26 yanvar 2017 versiyası

  • Zahirdən batinə yol var.
  • Zahiri gözəllik müvəqqətidir.
  • Zalıma allah bəla verər.
  • Zalıma rəhm etmək, məzluma zülm etməkdir.
  • Zalımın çörəyi dizi üstə olar.
  • Zalımın qılıncından kasıbın ahı pisdir.
  • Zalımın ömrü az olar.
  • Zalımın zülmü yadında qalmaz.
  • Zaman axıb gedir, amma hər işini qurtarıb getmir.
  • Zaman bir nəhrdir axar, durmaz.
  • Zaman ilə hesablaşmaq gərək.
  • Zaman keçər, söz qalar.
  • Zaman pul deyil, onu qaytarmaq olmaz.
  • Zaman səbrlidir.
  • Zaman sənə saz olmasa, sən zamana saz ol.
  • Zaman zamana uymaz.
  • Zamana ilə düzəlişən həmişə rahatdır.
  • Zamanaya bax, arıya qaval çaldırır.
  • Zatı qırıqdır.
  • Zatına da, südünə də bələdəm.
  • Zəhmət batmaz.
  • Zəhmət çəkməyən bal yeməz.
  • Zəhmət çəkməyən rahatlığın qədrini bilməz.
  • Zəhmətdən qaçan əl açar.
  • Zəhməti bülbül çəkər, gülü qucar yenə xar.
  • Zəhməti meşşatə çəkər, ləzzəti damad aparar.
  • Zəhməti sevən işdən doymaz.
  • Zəhmətin barı, torpağın varıdır.
  • Zəhmətin ətri tərdir.
  • Zəhmətlə yeyilən acı soğan minnətlə yeyilən baldan şirindir.
  • Zəhmətsiz bal yeməzlər.
  • Zəhmətsiz rəhmət olmaz.
  • Zəncir aslan üçündür.
  • Zər deyəni zor deməz.
  • Zər ilə olan zor ilə olmaz.
  • Zər qədrini zərgər bilər.
  • Zər olan yerdə zərgər də olar.
  • Zərbə həmişə ağrıyan yerə dəyər.
  • Zərərin yarısından qayıtmaq da qazancdır.
  • Zindana səbr eləyən axırı taxta çıxar.
  • Zirək quş dimdiyindən tələyə düşər.
  • Ziyan ağudan acıdır.
  • Ziyankardan qəza əskik olmaz.
  • Zoğal dərənimiz də var, səbət hörənimiz də.
  • Zor ilə gözəllik olmaz.
  • Zor qapıdan gələndə haqq bacadan qaçar.
  • Zora dağlar dayanmaz.
  • Zorla gedən köpək qoyuna fayda verməz.
  • Zurnaçı zorun üzünə verər.
  • Zülm ilə abad olan bir gün gəlir bərbad olur.
  • Zülmət daşıdır, götürən də peşmandır, qoyan da.
  • Zülmün axırı olmaz

Mənbə

  • Atalar sözləri, Bakı,2004