Rus atalar sözləri: Redaktələr arasındakı fərq

Vikisitat saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 199: Sətir 199:
* Işsiz qalanda soba da soyuq olar.
* Işsiz qalanda soba da soyuq olar.
* İt cəsarətliyə hürər, qorxağı qapar.
* İt cəsarətliyə hürər, qorxağı qapar.
* İt qadından ağıllıdır: sahibinə hürməz
* İt qadından ağıllıdır: sahibinə hürməz.
* İtə it ölümü.
* İynə hara, sap da ora.
* İynə hara, sap da ora.



19:33, 29 yanvar 2017 versiyası



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

A

  • Axmaq adam özündən başqasını sevməz.
  • Axmaq cavan arvadı ilə fəxr edər, ağıllı doğma anası ilə.
  • Axmaq düzü damcı-damcı udar, yalanı - qaşıq-qaşıq.
  • Axmaq sözlər yoxdur, axmaq fikirlər var.
  • Axmaqla bir şey tapa bilərsən amma bölüşə bilməzsən.
  • Axmağın şirin qiymətindən, ağıllının acı töhməti yaxşıdır.
  • Ailə kifirsiz olmaz.
  • Ailə yekdirsə, xəzinə nə lazım.
  • Ağıl bir dağdır ki, oradan uzaqlar görünür.
  • Ağıl saqqalda deyil, başdadır.
  • Ağıllı deməz, dəli dərk eləməz.
  • Ağıllı ilə itirmək, dəli ilə tapmaqdan yaxşıdır.
  • Ağıllının söhbəti, ağılsızın höcəti.
  • Alçağın həyasını itlər yeyib.
  • Allah üç şər-xəta yaratdı: keşiş, şeytan və keçi.
  • Allaha dua qılır, şeytanla oturub-durur.
  • Ana o deyil ki - doğub, ana odur ki - böyüdüb
  • Ancaq xərçənglər dal-dala gedərlər.
  • Arifə - işarə, qanmaza - dürtmə.
  • Arı uçur uzağa bir damcı üçün.
  • Arvad nə qədər ağıllı olsa, ailə o qədər güclü olar.
  • Arvadı qulaqla da, gözlə də seç.
  • At olsun, yüyən taparıq.
  • At özgəsinin, boyunduruq özgəsinin, dayanma, hayla!
  • Ata-ana qızı toya qədər qoruyur, ər - axıra qədər.
  • Atalar sözü ilə həqiqətə məhkəmə yoxdur.
  • Atı qırmancla da yedirtmək olar, ancaq əvvəl yulaf ver.
  • Az bilərsən - daha asan yatarsan..

B

  • Balaca iş böyük işsizlikdən yaxşıdır.
  • Balacaları xortdanla, böyükləri - əziyyətlə qorxudurlar.
  • Balıq balığı yeyib tox olar.
  • Balıq dərin yer gəzər, insan - yaxşı yer.
  • Balıq yemək üçün suya girmək gərək.
  • Balığı dənizlə qorxutma.
  • Barmağın hansını kəssən ağrıyar.
  • Barmağını ver, əlini dişləsin.
  • Baş düşünməsəydi ayaq getməzdi.
  • Başıaşağı olmaq qızların yaraşığıdır.
  • Başını sərin, mədəni yüngül, ayağını isti saxla.
  • Başlaya bildin, qurtara da bil.
  • Bekar olanda gecə gec düşər.
  • Beyin fikirləşəndə dil istirahət edər.
  • Bədənə öz köynəyindən yaxını yoxdur.
  • Bəxtli adamın xoruzu da yumurtlar.
  • Bəla əzab da verir, bəla - öyrədir də.
  • Bəla ki gəlir, ağıl ağıl dalınca gəlir.
  • Bilik xəzinədən irəlidir.
  • Bilik xoş gündə bəzəkdir - yaman gündə təskinlik.
  • Biliyin kökü acıdır, meyvəsi - şirin.
  • Bir ağıllı baş yüz başı saxlar.
  • Bir ananın yeddi uşağa çəkdiyi qayğı, yeddi uşağın bir anaya çəkdiyi qayğıdan çox olur.
  • Bir gün tez əkərsən - bir həftə tez biçərsən.
  • Bir köhnə dost, iki təzə dostdan irəlidir.
  • Bir qaranquşla bahar olmaz.
  • Bir qaşıq qətran bir çəllək balı korlar.
  • Bir yerdə qalsa daş da mamır bitirər.
  • Birinin acından gözü tutular, birinin qızıldan.
  • Bizim də küçədə bayram olar.
  • Bıçaqdan yox, dildən qorx.
  • Bu dərdi çörəklə yemək olar.
  • Buğanın nə yunu var, nə südü.

C

  • Camaat belləyir, bu da əlini yelləyir.
  • Canavar köpəkdən qorxmaz, amma hürməyini də xoşlamaz.
  • Cibi qalın - ağlı yalın.

Ç

  • Çağrılmamış qonağa yer olmaz.
  • Çay nə qədər dərin olsa, o qədər sakit axar.
  • Çaydan su içənlər əyilsin gərək.
  • Çox bilərsən - tez qocalarsan.
  • Çörək və su - kəndçinin ruzisi.
  • Çörəyə - çəki, sözə - inam, pula - hesab.

D

  • Danışmağı da, susmağı da bacar.
  • Daşda qığılcım gizlənir, insanda - ağıl.
  • Dardan asılmışın evində kəndirdən danışmazlar.
  • Deyilmiş söz gümüşdür, deyilməmiş - qızıl.
  • Dələyə qozu, dişsiz qalanda verdilər.
  • Dəli baş ayağa dinclik verməz.
  • Dəliyə qanun yazılmayıb.
  • Dəmiri istiykən döy.
  • Dərdə göz yaşı kömək etməz.
  • Dərdin var - dərd eləmə, işin var - gör.
  • Dil balacadır, dağları oynadır.
  • Dil ülgüc kimidir.
  • Dil üyüdür, başın xəbəri yox.
  • Dilbir sürüyə qurd da qorxulu deyil.
  • Dilə güc vermə.
  • Dilini dişinlə tut.
  • Doğruluq özündə yoxsa, özgədə axtarma.
  • Doğul, xaç suyuna çəkil, evlən, öl - hamısında da keşişə pul ver.
  • Donuzu oturt mizin arxasında - qoysun ayağını mizin üstünə.
  • Dost əlindən su içdim - baldan şirin idi.
  • Dostlar olan yerdə bəla elə də qorxulu deyil.
  • Dostlar yaman gündə tanınar.
  • Dostluq dostluq yerində, qulluq qulluq yerində.
  • Dostluq ki var şüşədir - sındırarsan yamanmaz.
  • Dövlətlidən istəmə, səxavətlidən istə.
  • Duz-çörək borcdur.
  • Dünən aldadana sabah da inanmazlar.
  • Dünya həqiqət üstündə durur.
  • Dünya yaxşılardan xali deyil.
  • Düz adam həqiqətdən qorxmaz.

E

  • Ehtiyac hamını öyrədir.
  • Ehtiyatlı olanın səadəti olar.
  • Elm uca olan yerdə, insan da uca olar.
  • Evi arvadın gözəli saxlamır, ağıllısı saxlayır.

Ə

  • "Əgər"in üstünə qoysaq "əgər", başımız göylərə dəyər.
  • Əkdiyini toplayacaqsan.
  • Əl uzun, ağıl qısa.
  • Ən ciddi hakim - uşaqlarımızdır.
  • Əvvəl yoxla, sonra inan.
  • Əyri yolda irəli görünməz.

F

  • Firavan dəfndən, kasıb toy yaxşıdır.

G

  • Gecikən nahaq yerə tələsir.
  • Göz uzağı görür, ağıl ondan da uzağı.
  • Güc də ağla təslim olur.
  • Güc yiyəsi haqlı deyil, düz yiyəsi haqlıdır.
  • Gülməklə qarın doymaz

H

  • Harada şeytan müvəffəqiyyətsizliyə uğrasa oraya qadın göndərərlər.
  • Heç olmamaqdan, gec olmaq yaxşıdır.
  • Həqiqət günəşdən işıqlıdır.
  • Həqiqət suda batmaz, odda yanmaz.
  • Həqiqəti hamı tərifləyir, amma hamı demir.
  • Hər parıldayan qızıl deyil.
  • Hər şey keçib gedər, həqiqət qalar.
  • Hərə özünə cavabdehdir.
  • Həvəs olsun, iş tapılar.
  • Həyalı qadın - kişiyə şöhrət, həyasız - yersiz söz-söhbət.
  • Həyasızın gözü it gözünə oxşar.
  • Həyət alma, qonşu al.
  • Hürkmüş qarğa koldan qorxar.

X

  • Xəsis varlı, dilənçidən də kasıbdır.

İ

  • İki dovşan dalınca qaçsan, heç birini də tuta bilməzsən.
  • İki nəfər deyəndə ki, sən sərxoşsan - yıxıl yat.
  • İlanın dərisi təzəsə də, ürəyi həminkidir.
  • İnanma özgə sözünə, inan öz gözünə.
  • İndi ki, oldun naxırçı - bizim inəyi də otar.
  • İnək olsun, sərnic tapılar.
  • İnsanı tanımaq üçün onunla bir pud duz yemək lazımdır.
  • İş - ustasından qorxar.
  • Işsiz qalanda soba da soyuq olar.
  • İt cəsarətliyə hürər, qorxağı qapar.
  • İt qadından ağıllıdır: sahibinə hürməz.
  • İtə it ölümü.
  • İynə hara, sap da ora.

K

  • Kara mahnı oxuma, eşitməyəcək.
  • Kasıblıq ayıb deyil.
  • Keçi kimidir - ondan nə süd almaq olar, nə yun.
  • Keçinin qabağından, atın arxasından, pis adamın hər tərəfindən qorun.
  • Keşiş diridən də dartar, ölüdən də.
  • Keşiş ölü gözləyir, məhkəmə - quldur.
  • Keşiş üçün şadlıqdır: istər toy olsun, istər dəfn.
  • Kəndçinin istəyi geniş torpaqdır.
  • Kənddə axtarma, özündə axtar.
  • Kişi dedi: "Baş mənəm". Arvad dedi: "Mən də boyunam, başçığazı hara istəsəm döndərərəm".
  • Korlar içində çəp də hörmətli olar.
  • Köksüz ot göyərməz.
  • Kölgəndən qaça bilməzsən.

Q

  • Qabağa qaç, dala da bax.
  • Qalmaqallı məhəbbət yanğından betərdir.
  • Qardaş məhəbbəti, daş divardan möhkəmdir.
  • Qarğa qarğanın gözünü oymaz.
  • Qarsız qış çörəksiz yaydır.
  • Qələmlə yazılanı, baltayla pozmaq olmaz.
  • Qəm harada, sevinc orada.
  • Qəpiyi qorumayan, özü manata dəyməz.
  • Qəzəbdən qorxma, nəvazişə uyma.
  • Qızıl üzə çıxanda doğru batar.
  • Qızıl bağışlama, nəvaziş bağışla.
  • Qoca qurd xeyrini bilər.
  • Qocalana kimi öyrənmə, ölənə kimi öyrən.
  • Qonaq az qalar, çox görər.
  • Qonağı tanı, sonra salamlaş.
  • Qoyunun biri hara, sürü də ora.
  • Qozbeli qəbir düzəldər.
  • Ququ quşunun oxuduğu budur: yuvam yoxdur.
  • Qurd kimi həris, dovşan kimi qorxaqdır.
  • Qurd ovlayar, qurdu da ovlayarlar.
  • Qurd sayılmış qoyunları da yeyir.
  • Qurda nə verirsən ver, gözü yenə meşədə olacaq.
  • Qurddan qorxan - meşəyə getməz.
  • Qurdlarla dost ol, amma əlindən baltanı yerə qoyma. [1]
  • Qurdu ona görə döymürlər ki, bozdur, ona görə döyürlər ki, qoyunu yeyib.
  • Qurdun gödəni yeddi qoyun dərisindən tikilib.
  • Qurdun yanında həmişə qoyun günahkardır.
  • Quş da fikirləşməmiş uçmur.
  • Quş lələyi ilə gözəldir, insan ağlıyla.
  • Quşlar nə əkir, nə biçir - tox da dolanır.
  • Quşu uçuşundan tanıyarlar.
  • Qürbət qəbir kimidir.

L

M

  • Mahnıdan söz qoparmaq olmaz.
  • May soyuq olsa, ac olmazsan.
  • Məhəbbəti, atəşi və öskürəyi camaatdan gizlətmək olmaz.
  • Məhkəmədən çıxmış - nohurdan çıxmış, quru çıxa biməzsən.
  • Məhsulu şeh yox, tər verir.
  • Mən ögey əlində böyüməmişəm, əllərim uzundur.
  • Mənim qardaşımsan, amma öz çörəyini ye.
  • Minnətli tikə şirin də olsa, boğazdan keçməz.

N

  • Nəyi gəzərsən, onu da taparsan.

O

  • O adam xoşbəxtdir ki, vicdanı rahatdır.
  • Od harada, tüstü orada.
  • Odla, su ilə, yağışla dostluq eləmə, torpaqla dostluq elə.

Ö

  • Ölümə baxmaq, günəşə baxmaq kimidir, açıq gözlə baxa bilməzsən.
  • Özgə ağrısı heç kəsi ağrıtmaz.
  • Özgə çörəyi ilə, özgə ağlıyla çox yaşamaq olmaz.
  • Özgə dərdinə sevinmə.
  • Özgə qanadı altında yuva qurma.
  • Özgə oğrudan qorunarsan, özününkündən qurtarmazsan.
  • Özgə ürəyi zülmət meşə kimidir.
  • Özü oxuyur, özü dinləyir, özü də tərifləyir.
  • Özümüzünküdür - düzəlişərik.
  • Özündən yaxşı dost axtar.
  • Özünə rəva bilmədiyini, özgəyə də bilmə.
  • Özünü öymə, yalan, həqiqət eşidir, səni də udar indi.
  • Özünü öymək ot biçmək deyil ki, beli ağrıda.

P

  • Paxıl göz hər şeyi yemək istəyər.
  • Paltara görə qarşılayır, ağla görə ötürürlər.
  • Pas dəmiri, dərd ürəyi yeyər.
  • Pul məni qazanmayıb, mən pulu qazanmışam.
  • Pul pulda deyil, işdədir.
  • Pula keşiş də oynar.

R

S

  • Savaşa gedərkən bir, dənizə çıxarkən iki, evlənərkən üç dəfə düşünün.
  • Sağlam və pullu olmaq, xəstə və kasıb olmaqdan daha yaxşıdır.
  • Səadət günəşdir, gülümsər və gizlənər.
  • Səda necə, əks-səda da elə.
  • Səhv edə-edə öyrənərlər.
  • Sən məni yazda yedirt, payızda özüm tox olaram.
  • Sərçəyə topdan atəş açmazlar.
  • Sınar, əyilməz.
  • Söz - ox deyil, amma ürək yaralar.
  • Söz vermirsən - özünü tut, Verirsən - sözünü tut.
  • Sözə inanma, işə inan.
  • Su daşı da dələr.
  • Suya inanmaq olmaz, odla oynamaq.

Ş

  • Şər qalmır, xeyir ölmür.

T

  • Tapdanmış yerdə ot bitməz.
  • Tapdın - sevinmə, itirdin - qəm yemə.
  • Təkrar - biliyin anasıdır.
  • Tələsərsən - adamları güldürərsən.
  • Tələsmə, amma tez elə.
  • Tənbəllik bütün eyiblərin anasıdır.
  • Tərifli söz kifli olar.
  • Tox adam işini fikirləşər, ac - çörəyini.
  • Tox acın halını qanmır, kasıb varlıya inanmır.
  • Torpaq hamını yedirəndir, amma o özü də yemək istəyir.
  • Torpağa atmasan, götürə də bilməzsən.
  • Tülkü bilir toyuğu harada axtarmaq lazımdı.
  • Tülkü qurddan tox yaşayır.
  • Tülkü yuxuda da toyuq sayar.
  • Tülkünü hiyləsi dolandırır, dovşanı - cəldliyi.

U

  • Uşağı ağlatmayan özü ağlar.

Ü

  • Üzülmüş başın saçı üçün ağlamazlar.

V

  • Vaxt qızıldan ibarətdir.
  • Var - dövlət məhv edər, ağıl - xilas.
  • Varlı pənqu döşək üstə də yata bilməz, amma kasıb saman üstə də yuxlayar.
  • Vay o halına o kəsin ki, heç kimə yaxşılıq eləmir.
  • Vəfalı dost yüz nökərdən irəlidir.
  • Vətəni olmayan insan nəğmə oxuya bilməyən bülbül kimidir.
  • Vurağan inəyə allah buynuz verməz.

Y

  • Yaxşı adam it qabağında da ar eləyir.
  • Yaxşı arvad dərdi bölər.
  • Yaxşı arvadın dəli əri də ağıllı kimi tanınar.
  • Yaxşı ev yiyəsi bir gözüylə yatar.
  • Yaxşı xəbər yerdə qalmaz.
  • Yaxşı mal özü özünü təriflər.
  • Yaxşılığa - yaxşılıq.
  • Yaxşıya baxmaq yaxşıdır, ağıllıyla - yaşamaq.
  • Yağ su ilə qarışmaz.
  • Yalan xəbərlə dünyanın o başına gedərsən, amma qayıda bilməzsən.
  • Yalanı necə istəsən dolandır, doğrunun yolu birdir.
  • Yalanın ayağı saxsıdan olur.
  • Yaman dildən qaça bilməzsən.
  • Yarımçıq bilmək bilməməkdən pisdir.
  • Yazda əldən çıxardığın bir günü bir ilə qaytara bilməzsən.
  • Yeddi dəfə ölç, bir dəfə kəs
  • Yerində gülmək günah deyil; yersiz dua etmək - heş nəyə dəyməz.
  • Yolda çörək ağırlıq etməz.
  • Yüz manatın olmasın, yüz dostun olsun.

Z

  • Zarafat eləməyi də bacar, zarafata salmağı da.
  • Zərb-məsəl - çiçək, atalar sözü - meyvədir.
  • Zorən əziz olmazsan.

Mənbə

  • Dünya xalqlarının atalar sözləri. Bakı,2015.

İstinadlar

  1. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014