Qırğız atalar sözləri: Redaktələr arasındakı fərq
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 78: | Sətir 78: | ||
== X == |
== X == |
||
* Xəsisin özü tox olur, gözü - ac. |
|||
* Xəsisin yarasından qan da axmaz. |
* Xəsisin yarasından qan da axmaz. |
||
17:51, 10 mart 2017 tarixindəki versiya
A
- Aciz tülkü acından ölər.
- Adama zahirinə görə yox, işinə görə qiymət ver.
- Adil hakimin qohumu yoxdur, qohumu çox olan hakimin insafı.
- Axmaq adam istəyəndə ki, işini danışsın - sirrini açar.
- Axmağın min sözü, ağıllının bir sözünə dəyməz.
- Ağıl geyimdir - köhnəlməyən, bilik mədəndir - tükənməyən.
- Ağıl qızıldır, fikir - gümüş.
- Alçaqlıq qırx ildən sonra da aşkar olar.
- Allaha arxayın olan piyada qalar.
- Anasına bax - qızını al, qapısına bax - keç yuxarı başa.
- Araq içən toydan toya sərxoş olar, ağılsız - hər gün.
- Arqamakı ox öldürər, cavanı kasıblıq. (Arqamak - Türkmənistanda at cinsi.)
- Arvad qohumu yuxarı başda, kişi qohumu - qapı yanında.
- Aslan qeyzlə cumar, yavaş yapışar.
- At yorulandan sonra fikrini de, igid qocalandan sonra.
- Atını vermək istəməyən - yəhərə baxar, tərlanını vermək istəməyən - yerə.
- Aulun itləri tez-tez didişər, amma qurd görəndə birləşər.
- Avara it gündüz hürər.
- Ayrana gələn qabını gizləməz.
B
- Bahadırı ötmək olar, xalqı - yox.
- Bahadırlar döyüşməmiş dostlaşmazlar.
- Bayın dostu çox olar, biyin qulağı. ( Bay - varlı, biy - adi hüquq məsələləri ezrə hakim).
- Berkut qocalanda başlayır siçan ovlamağa. (Berkut - yırtıcı quş).
- Biabırçılıq - ölümdən betərdi.
- Bilən minini özünə qoşar, bilməyən mininə qoşular.
- Biləyin edə bilmədiyini bilik eləyər.
- Bir dəfə yalan desən - sözünə inanan olmayacaq.
- Bir gün duz yediyin yerə min gün salam göndər.
- Bir inəyin buynuzu sınanda, min inəyin buynuzu əsər.
- Biri gülür, biri ölür.
C
- Cavanlıq ötür aşılmaz aşırım kimi; qocalıq gəlir - qazılmamış qəbir kimi.
Ç
- Çıxdığın dağ uca olsa, atdığın daş uzaq gedər.
- Çomaq - əti əzər, söz - sümüyü də dələr.
- Çox qırmızı tez solar, çox isti tez soyuyar.
D
- Dağ döşünü keçəndən sonra dəvəyə çımxırma.
- Dağın ucalığını görmək istəyirsənsə, zirvəsinə çıxma.
- Danışa bilməyən yumruqla hədələr.
- Dəmirin hər iki başı isti olar.
- Dil qılıncdan itidir.
- Dildən bal da damar, zəhər də.
- Diş çıxarmış uşağa çeynənmiş yemək gərək deyil.
- Doğma ev-eşik - qızıl beşik.
- Dost arxada təriflər, düşmən - üzdə.
- Dostu düşünməyən düşmənə dönər.
- Dovşan dərisindən tikilən çarıq bir il bəs elər.
- Düşünməmiş danışmaq - naxoşlamamış ölmək kimidir.
E
- Eldən ayrı düşəni qurd yeyər.
- Eşitməzlər deyib böhtan demə; bilməzlər deyib əyrilik eləmə.
Ə
- Əcəli çatan buğa baltadan qorxmaz.
- Əlinlə götürürsən, başınla cavab verirsən.
F
- Fəthin, zəfərin, qələbənin, xoşbəxtliyin, səadətin açarı ehtiyatlı olmaqdır. Ehtiyatlılığın birinci şərti isə məşvərətdir.
- Fikir sözün mənbəyidir.
- Fikrin dibi yoxdur, sözün - həddi.
G
- Gün batar, amma yenə də çıxar.
H
- Hamı qılınc bağlayır, amma döyüşə əsl igid atılır.
- Hara ağrıyırsa, ürək də oradır.
- Heç bir sübut olmadan, yalnız ehtimala əsasən yaxşı adamları məhv etmək, öz kökünə vurmaq kimi bir şeydir.
- Heyvanı qulağından tanıyarlar, insanı sözündən.
X
- Xəsisin özü tox olur, gözü - ac.
- Xəsisin yarasından qan da axmaz.
İ
- İgidin kunu yüz ata bərabərdir, ad-sanı - yüz min ata. (Kun - köhnə adətə görə qan bahasıdır).
- İgidin yaraşığı saqqaldır, sözün yaraşığı - atalar sözü.
- İki dəvə döyüşəndə arada qara milçək ölər.
- İki yaxşı adam düşmən, iki pis adam dost ola bilməz.
- İnsan acından ölməz, abrından ölər.
- İnsan zəhərli ağac əkdiyini o zaman bilir ki, onun meyvəsini özünə yedirirlər.
- İnsana kumıs qandır, süd - candır.
- İti yedirirsən - hürür, adamı yedizdirirsən - gülür.
- İtlər bir yerdə olanda pələngə də hürər.
- İynə ulduzundan sınar, insan sözdən ölər.
K
- Keçən gün uçan quş, çağırarsan dönməz geri.
- Kimin altı övladı var - altı yerdə sərvəti var.
- Kişi qocalar, fikri - yox.
- Külək otu qurudar, qayğı - insanı.
Q
- Qabaqdakının səhvini arxadakı görər.
- Qaçağan atın təri qurumaz, ərköyünün - göz yaşı.
- Qadının yüngülbeyinliyini gözlərindən, ağıllısını sözlərindən bilmək olar.
- Qarışqa balaca da olsa, gücüylə dağ çevirir.
- Qarşılıqı mehribançılıq nə qədər çox olsa, o qədər məhəbbət artar.
- Qismətə yox, zəhmətə ümid ol.
- Qızıl pas atmaz, ağıl çürüməz.
- Qızılı görüb peyğəmbər də yoldan çıxıb.
- Qonaq - deməmiş gələr, ölüm - soruşmamış.
- Qonağı yedirirsən, atını da yedirt.
- Qorxağın ayağının altında yer də əsər.
- Quldurun başı yolda qalar.
- Qulun bərk kişnəyəndə - ilxısına bax, igid çox özündən deyəndə - alaçığına.
- Qurbağasız göl olmaz, nöqsansız adam.
- Qurd qocalıb əldən düşsə də, bir qoyuna gücü çatar.
- Qurdun qarğışı qoyunu tutmaz.
M
- Məhəbbət ölümdən güclüdür.
N
- Nə qədər dostun varsa, o qədər də düşmənin var.
- Nər yükdən qaçmaz.
O
- O qapını ki, yenə açacaqsan, bərk çırpma.
Ö
- Ölsən də düşmənə sirrini açma.
- Ördək olmayanda cüllüt biy olar. (Biy - burada tayfa başçısı)
- Öz gücünü bilməyən bəlaya düşər.
- Özgəyə də işləsən, biliyin özünə qalır.
- Özü yıxılıb, özgə büdrəyəndə gülür.
- Özünü qəhrəman bilsən, özgəni aslan bil.
S
- Sağsağanı ehtiyac öldürmür, tamah öldürür.
- Söz yanığı köz yanığından bərk olur.
- Su itin üzünə qalxanda, o da başlayır üzməyə.
T
- Tələsən paysız qalar.
- Tülkünü tutan iti sınamaq lazım deyil.
U
- Uşaq oynamaqdan yorulmaz, tənbəl - yatmaqdan.
V
- Var - nə dedirtməz, yox - nə yedirtməz.
- Var vaxtı coşma, yox vaxtı çaşma.
Y
- Yaxşı arvad səfeh kişini ər eylər, səfeh arvad yaxşı kişini zəlil.
- Yaxşını söz öldürər, yamanı - çomaq.
- Yalan söz ürəyin düşmənidir.
- Yatdığın yerdə ölməkdənsə, atdığın yerdə öl.
- Yazda çay yatağında qalma, qışda - düzdə.
- Yersiz söz dostu düşmən elər.
- Yıxılırsan - dəvənin böyüyündən yıxıl.
- Yorğan-döşəkdə ölmək - töhmət; döyüşdə ölmək - şöhrət.
- Yumşaq ağacı qurd yeyər.
Z
- Zorla boyuna qoyulan vəzifə layiqincə yerinə yetirilə bilməz.
- Zülm örtüyü xeyirli işi dərk etməyə mane olduğu kimi, cəhalət pərdəsi də xoşbəxtliyi görməyə əngəl törədir.
Mənbə
- Dünya xalqlarının atalar sözləri. Bakı, 2015.