Dhammapada: Redaktələr arasındakı fərq
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 23: | Sətir 23: | ||
== O == |
== O == |
||
* «O məni təhqir elədi, o məni vurdu, o mənə qalib gəldi, o məni soyub-taladı». İçində belə fikirlər gizlədənin nifrəti sönməz. |
* «O məni təhqir elədi, o məni vurdu, o mənə qalib gəldi, o məni soyub-taladı». İçində belə fikirlər gizlədənin nifrəti sönməz. |
||
== P == |
|||
* Peşmançılığa, göz yaşlarına başa gələn işə xeyir iş demək olmaz. |
|||
== Ş == |
== Ş == |
||
* Şirə çəkən arı çiçəklərə, güllərin rənginə, qoxusuna heç bir zərər vurmadan necə uçub gedirsə, müdrik adam da öz yurduna eləcə gəlib-getsin. |
* Şirə çəkən arı çiçəklərə, güllərin rənginə, qoxusuna heç bir zərər vurmadan necə uçub gedirsə, müdrik adam da öz yurduna eləcə gəlib-getsin. |
14:49, 6 iyul 2017 versiyası
A
- Axmaq bütün ömrünü müdriklərin arasında keçirsə belə, yenə də müdrikliyin nə olduğunu qaşıq xörəyin dadını bildiyindən artıq bilməz.
Ç
- Çoxlarının xəbəri yoxdu ki, burda həlak olmaq bizim alnımıza yazılıb. Bunu bilənlərsə elə həmin andaca hər söz-söhbətə son qoyurlar.
D
- Damı yaxşı döşənməmiş evə yağış necə damırsa, yaxşı işləməyən ağıla da tamah eləcə damır.
Ə
- Əgər birisi Müqəddəs Kitabı gecə-gündüz oxuyur, ancaq əməl eləmirsə, beləsi özgəsinin inəyini sayan naxırçıya bənzər. Müqəddəslər cərgəsində ona yer yoxdu.
G
- Gəzərki adam, əgər özündən yaxşısına, ya da heç olmasa özün kimisinə rast gəlmədinsə, çəkil öz tənhalığına: axmaqlarla səninki tutmaz.
H
- Havalı, yüngül, harda gəldi büdrəyən, ilişən fikrin cilovlanması xoşbəxtlikdi. Xoşbəxtliyin yolu susdurulmuş fikirdən keçir.
X
- Xeyirdən-şərdən üz döndərən namuslu fikrin, bir də ayıq-sayıqların qorxusu olmaz.
M
- «Mənim övladlarım, mənim var-dövlətim» – axmaq adam özünü belə şeylərlə üzür. O heç özü-özünə də yiyəlik edə bilməz. O ki qala övlad olsun, var-dövlət olsun.
N
- Nifrətin qarşısı nifrətlə alınmaz, yalnız nifrətsizliklə nifrəti söndürmək olar. Bu, əbədi qanundur.
O
- «O məni təhqir elədi, o məni vurdu, o mənə qalib gəldi, o məni soyub-taladı». İçində belə fikirlər gizlədənin nifrəti sönməz.
P
- Peşmançılığa, göz yaşlarına başa gələn işə xeyir iş demək olmaz.
Ş
- Şirə çəkən arı çiçəklərə, güllərin rənginə, qoxusuna heç bir zərər vurmadan necə uçub gedirsə, müdrik adam da öz yurduna eləcə gəlib-getsin.
Y
- Yaxşı sözlər danışıb əməl eləməyən adam ətri olmayan gözəl çiçəklərə bənzər. Çiçəklərin ətri küləyin axınına qarşı yayılmaz. Xeyirxah adamların ətri isə küləyin gəldiyi yerlərə də yayılır.
- Yazıqlar olsun! Kötük kimi duyğusuz, faydasız, atılıb-qalmış bu bədən yer üzündə çox yaşamayacaq.