Dhammapada: Redaktələr arasındakı fərq
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 32: | Sətir 32: | ||
== N == |
== N == |
||
* Nə göydə, nə dənizlərin dibində, nə dərələrin dərinliyində elə bir yer tapılmaz ki, diriləri ölüm haxlamasın. |
|||
* Nə özündən ötrü, nə başqalarından ötrü övlad, var-dövlət, taxt-tac istəməz o. Qanunsuzluq üstündə uğur qazanmağa onun ehtiyacı yoxdu. Qoy onun müdrikliyi və ədaləti əbədi olsun! |
* Nə özündən ötrü, nə başqalarından ötrü övlad, var-dövlət, taxt-tac istəməz o. Qanunsuzluq üstündə uğur qazanmağa onun ehtiyacı yoxdu. Qoy onun müdrikliyi və ədaləti əbədi olsun! |
||
* Nifrətin qarşısı nifrətlə alınmaz, yalnız nifrətsizliklə nifrəti söndürmək olar. Bu, əbədi qanundur. |
* Nifrətin qarşısı nifrətlə alınmaz, yalnız nifrətsizliklə nifrəti söndürmək olar. Bu, əbədi qanundur. |
14:53, 6 iyul 2017 tarixindəki versiya
A
- Axmaq adam bilik qazanarsa, öz bədbəxtliyini birə-beş artırar.
- Axmaq bütün ömrünü müdriklərin arasında keçirsə belə, yenə də müdrikliyin nə olduğunu qaşıq xörəyin dadını bildiyindən artıq bilməz.
- Arx çəkən suya güc gəlməlidi, yay çəkən oxa güc gəlməlidi, dülgər olan ağaca güc gəlməlidi, müdrik olan özünə güc gəlməlidi.
Ç
- Çoxlarının xəbəri yoxdu ki, burda həlak olmaq bizim alnımıza yazılıb. Bunu bilənlərsə elə həmin andaca hər söz-söhbətə son qoyurlar.
D
- Damı yaxşı döşənməmiş evə yağış necə damırsa, yaxşı işləməyən ağıla da tamah eləcə damır.
- Dünya başdan-başa yanmaqda ikən bu nə gülüş, nə sevincdi? Gecəyə gömülənlər, siz niyə işıq axtarmırsınız?
Ə
- Əgər birisi Müqəddəs Kitabı gecə-gündüz oxuyur, ancaq əməl eləmirsə, beləsi özgəsinin inəyini sayan naxırçıya bənzər. Müqəddəslər cərgəsində ona yer yoxdu.
- Əlin yara deyilsə, zəhəri ovcunda gəzdirə bilərsən. Yarası olmayana zəhər əsər eləməz. Şər işlər törətməyənə şərin dişi batmaz.
G
- Gəzərki adam, əgər özündən yaxşısına, ya da heç olmasa özün kimisinə rast gəlmədinsə, çəkil öz tənhalığına: axmaqlarla səninki tutmaz.
H
- Havalı, yüngül, harda gəldi büdrəyən, ilişən fikrin cilovlanması xoşbəxtlikdi. Xoşbəxtliyin yolu susdurulmuş fikirdən keçir.
X
- Xeyirdən-şərdən üz döndərən namuslu fikrin, bir də ayıq-sayıqların qorxusu olmaz.
K
- Kimisi ana bətninə qayıdır, günahkarlar cəhənnəmə vasil olur, möminlər göyə çəkilir, arzulardan üz döndərənlər isə nirvanaya (ilahi sakitliyə) çatırlar.
Q
- Qoy o, xeyir işlər görməyə tələssin; şərdən fikrini yayındırsın. Çünki xeyirlə uğraşmayan kimsənin ağlı öz sevincini şərdə tapır.
M
- «Mənim övladlarım, mənim var-dövlətim» – axmaq adam özünü belə şeylərlə üzür. O heç özü-özünə də yiyəlik edə bilməz. O ki qala övlad olsun, var-dövlət olsun.
N
- Nə göydə, nə dənizlərin dibində, nə dərələrin dərinliyində elə bir yer tapılmaz ki, diriləri ölüm haxlamasın.
- Nə özündən ötrü, nə başqalarından ötrü övlad, var-dövlət, taxt-tac istəməz o. Qanunsuzluq üstündə uğur qazanmağa onun ehtiyacı yoxdu. Qoy onun müdrikliyi və ədaləti əbədi olsun!
- Nifrətin qarşısı nifrətlə alınmaz, yalnız nifrətsizliklə nifrəti söndürmək olar. Bu, əbədi qanundur.
O
- «O məni təhqir elədi, o məni vurdu, o mənə qalib gəldi, o məni soyub-taladı». İçində belə fikirlər gizlədənin nifrəti sönməz.
P
- Peşmançılığa, göz yaşlarına başa gələn işə xeyir iş demək olmaz.
Ş
- Şirə çəkən arı çiçəklərə, güllərin rənginə, qoxusuna heç bir zərər vurmadan necə uçub gedirsə, müdrik adam da öz yurduna eləcə gəlib-getsin.
Y
- Yaxşı sözlər danışıb əməl eləməyən adam ətri olmayan gözəl çiçəklərə bənzər. Çiçəklərin ətri küləyin axınına qarşı yayılmaz. Xeyirxah adamların ətri isə küləyin gəldiyi yerlərə də yayılır.
- Yazıqlar olsun! Kötük kimi duyğusuz, faydasız, atılıb-qalmış bu bədən yer üzündə çox yaşamayacaq.
- Yel qayadan, tərif və töhmət isə müdrik adamdan heç nə apara bilməz.