Məhəmməd Tağı Sidqi: Redaktələr arasındakı fərq

Vikisitat saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 18: Sətir 18:
== İ ==
== İ ==
* İnsan cəmiyyətdə yalnız hər kəsə yaxşılıq etmək, abadlıq işi görmək, xalqla yaxşı rəftar etməklə yüksəlir.
* İnsan cəmiyyətdə yalnız hər kəsə yaxşılıq etmək, abadlıq işi görmək, xalqla yaxşı rəftar etməklə yüksəlir.
* İnsan əvvəl cəhalətinin və bilməməzliyinin dərəcəsini bilsə, ondan sonra bildiyini təkmil edib, bilmədiyinin təhsilinə çalışıb, çox şey öyrənər.
* İnsanın bildiyi və öyrəndiyi şeylər bilmədiyinin müqabilində heç dərəcəsindədir.
* İnsanın bildiyi və öyrəndiyi şeylər bilmədiyinin müqabilində heç dərəcəsindədir.
* İnsanların ən qüvvətlisi qeyzli vaxtında özünü saxlayandır.
* İnsanların ən qüvvətlisi qeyzli vaxtında özünü saxlayandır.

10:05, 7 avqust 2017 versiyası

Məhəmməd Tağı Sidqi (1853-1903) - Azərbaycan maarif xadimi.

A

  • Adamın yaxşı dostları olsa, ömrü zindanda da xoş keçər.
  • Ağıllı idarə olunan insan həyatı - ən xoşbəxt, ən yüksək əxlaqlı həyatdır. [1]

B

  • Bədbəxtliyin çoxu aclıqdan və qəzəbdən, paxıllıqdan və qərəzkarlıqdan olur.
  • Bir adama yaxşılıq edib əvəzini gözləmək, bu gün əkdiyin ağacı sabah çıxarıb atmaq kimidir.

D

  • Dünyada əziz vaxtını bihudə keçirmək müsibətdir.

F

  • Fəlakət bekarçılıqda isə, şəfqət səy və qeyrətdədir.
  • Fəzilət, elm və mərifətdən məhrum olanlar üçün ölüm deməkdir.

X

  • Xəyanət heç zaman gizlin qala bilməz, çünki o bir qəlp puldur, tanımayanların arasında xərclənər.

İ

  • İnsan cəmiyyətdə yalnız hər kəsə yaxşılıq etmək, abadlıq işi görmək, xalqla yaxşı rəftar etməklə yüksəlir.
  • İnsan əvvəl cəhalətinin və bilməməzliyinin dərəcəsini bilsə, ondan sonra bildiyini təkmil edib, bilmədiyinin təhsilinə çalışıb, çox şey öyrənər.
  • İnsanın bildiyi və öyrəndiyi şeylər bilmədiyinin müqabilində heç dərəcəsindədir.
  • İnsanların ən qüvvətlisi qeyzli vaxtında özünü saxlayandır.
  • İşlək adama ən böyük cəza bekar qalmaqdır.

S

  • Sirr insanda əmanət olduqdan can kimi gizlətmək lazımdır. Bir sirrə iki adamdan artıq xəbərdar olsa, tamam aləmə faş olmuş kimidir.[2]

V

  • Vədəsinə vəfa eləməyən adamın dostları da ona düşmən olur.

İstinadlar

  1. Aforizmlər və hikmətli sözlər, Bakı,2005
  2. Azərbaycan uşaq ədəbiyyatı müntəxəbatı (XIX-XX əsrlər). Üç cilddə. II cild. Bakı: Nasir, 2002. - səh. 522.