Məhəmməd Tağı Sidqi: Redaktələr arasındakı fərq
Silinən məzmun Əlavə edilmiş məzmun
k →F |
|||
Sətir 12: | Sətir 12: | ||
== F == |
== F == |
||
* Fəlakət bekarçılıqda isə, şəfqət səy və qeyrətdədir. |
* Fəlakət bekarçılıqda isə, şəfqət səy və qeyrətdədir. |
||
* Fəzilət, elm və mərifətdən məhrum olanlar üçün ölüm |
* Fəzilət, elm və mərifətdən məhrum olanlar üçün ölüm nemətdir. |
||
== X == |
== X == |
||
* Xəyanət heç zaman gizlin qala bilməz, çünki o bir qəlp puldur, tanımayanların arasında xərclənər. |
* Xəyanət heç zaman gizlin qala bilməz, çünki o bir qəlp puldur, tanımayanların arasında xərclənər. |
10:10, 7 avqust 2017 tarixindəki versiya
Məhəmməd Tağı Sidqi (1853-1903) - Azərbaycan maarif xadimi.
A
- Adamın yaxşı dostları olsa, ömrü zindanda da xoş keçər.
- Ağıllı idarə olunan insan həyatı - ən xoşbəxt, ən yüksək əxlaqlı həyatdır. [1]
B
- Bədbəxtliyin çoxu aclıqdan və qəzəbdən, paxıllıqdan və qərəzkarlıqdan olur.
- Bir adama yaxşılıq edib əvəzini gözləmək, bu gün əkdiyin ağacı sabah çıxarıb atmaq kimidir.
D
- Dünyada əziz vaxtını bihudə keçirmək müsibətdir.
F
- Fəlakət bekarçılıqda isə, şəfqət səy və qeyrətdədir.
- Fəzilət, elm və mərifətdən məhrum olanlar üçün ölüm nemətdir.
X
- Xəyanət heç zaman gizlin qala bilməz, çünki o bir qəlp puldur, tanımayanların arasında xərclənər.
İ
- İnsan cəmiyyətdə yalnız hər kəsə yaxşılıq etmək, abadlıq işi görmək, xalqla yaxşı rəftar etməklə yüksəlir.
- İnsan əvvəl cəhalətinin və bilməməzliyinin dərəcəsini bilsə, ondan sonra bildiyini təkmil edib, bilmədiyinin təhsilinə çalışıb, çox şey öyrənər.
- İnsanın bildiyi və öyrəndiyi şeylər bilmədiyinin müqabilində heç dərəcəsindədir.
- İnsanların ən qüvvətlisi qeyzli vaxtında özünü saxlayandır.
- İşlək adama ən böyük cəza bekar qalmaqdır.
M
- Meyvəli ağaca daş atan çox olduğu kimi, elm və mərifət sahibinə də zəhmət və əziyyət verən çox olur.
S
- Sirr insanda əmanət olduqdan can kimi gizlətmək lazımdır. Bir sirrə iki adamdan artıq xəbərdar olsa, tamam aləmə faş olmuş kimidir.[2]
V
- Vədəsinə vəfa eləməyən adamın dostları da ona düşmən olur.