Baba Pünhan: Redaktələr arasındakı fərq
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur |
|||
Sətir 1: | Sətir 1: | ||
== A == |
== A == |
||
* And içərəm, hakim öz övladına,<br> |
* [[And]] içərəm, hakim öz övladına,<br> [[Rüşvət]]in ən yaxşı yolun göstərir. |
||
== B == |
== B == |
15:28, 13 iyul 2018 tarixindəki versiya
A
B
- Bazar insan həyatıdır, həyat isə insan bazarı.
- Bəşər gələn əsrə raketlə gedir, amma bizimkilər motoskiletlə gedir.
- Bu cahan haqqı tapınca hələ çox fırlanacaq, bu məkan haqqa çatınca olacaq modda Baba.
H
- Haqqı çox gəzdim bu dünyada. Axırda haqqın özünü yox, məzarını tapdım!
- Həsrət dolu gözlər dikilib dağlara qaldı,
Yüksəkləri verdik ümüd alçaqlara qaldı.
- İrəvan xanlığını zəbt eləməkdənsə qaçıb,
Bakıda qurmağa gəldik təzə xanlıq Qarabağ.
K
- Kiçilən Azərbaycana böyük don tikilir,
Üzü güllü, içi də milli yamaqnan doludur.
- Oxuyub tarixi bir gün nəvələrmiz deyəcək,
Bizə min tən ilə qorxaq, Qarabağ getsə əgər. - Oynasaq erməninin işvə-nazıynan yenə biz,
Qoyacaq çox yerə barmaq, Qarabağ getsə əgər.
Q
- «Qarabağ» restoranı, parkı, kafesi, küçəsi,
Nə gözəl ki, Bakı hər cür Qarabağnan doludur. - Qardaşımız ölsə də qan vermərik,
Bizdə paxıllıqlar axır qan kimi.
Erməni Xankəndinə tanklar yığır,
Biz yubileylər edirik xan kimi. - Qəribədir, əvvəllər özgəyə quyu qazanda özün düşürdün, indi isə özgəyə quyu qazanda həm neft çıxır, həm də ora özgəsi düşür.
U
- Umma Ərəb, Türkiyə, ya ki, İrandan kömək,
Gərçi müqəddəs bizim «İflic»imizdən çıxar.
Y
- Doyub yad ellidən, qaçqından Bakı.
Üzülüb, öləcək acından Bakı,
Məğrur görünsə də o can üstədir,
Bakının dərdi var, Bakı xəstədir.