Malayal atalar sözləri: Redaktələr arasındakı fərq
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur |
|||
Sətir 1: | Sətir 1: | ||
== A == |
== A == |
||
* Adam acıqlananda quyuya atıla bilər, ancaq yeddi qat artıq acıq oradan çıxmağa kömək edə bilməz. |
* [[Adam]] acıqlananda quyuya atıla bilər, ancaq yeddi qat artıq acıq oradan çıxmağa kömək edə bilməz. |
||
* Ağac onu kəsən adama da kölgə salar. |
* Ağac onu kəsən adama da kölgə salar. |
||
* Ağıl varsa, yol da var. |
* Ağıl varsa, yol da var. |
||
* Alim hər yerdə alimdir, kral isə ancaq öz krallığında kraldır. |
* [[Alim]] hər yerdə alimdir, kral isə ancaq öz krallığında kraldır. |
||
* Anasına qulaq asmayan, vətənini də eşitməz. |
* Anasına qulaq asmayan, vətənini də eşitməz. |
||
* Ancaq yeriyə bilən ayaqlar büdrəyər. |
* Ancaq yeriyə bilən ayaqlar büdrəyər. |
15:20, 21 dekabr 2018 tarixindəki versiya
A
- Adam acıqlananda quyuya atıla bilər, ancaq yeddi qat artıq acıq oradan çıxmağa kömək edə bilməz.
- Ağac onu kəsən adama da kölgə salar.
- Ağıl varsa, yol da var.
- Alim hər yerdə alimdir, kral isə ancaq öz krallığında kraldır.
- Anasına qulaq asmayan, vətənini də eşitməz.
- Ancaq yeriyə bilən ayaqlar büdrəyər.
B
- Balaca ilanı da böyük ağacla vur.
- Balıqların balacası böyüyünə yem olur.
- Başmağın qədri istidə bilinər, odun qədri soyuqda.
- Bəxtəvərlik gələndə dörd tərəfdən gələr.
- Bərkə düşəndə bəbir də ot otlayar.
Ç
- Çetti koru aldatsa, allah da Çettini aldadar. (Çetti - Cənubi Hindistanda tacir və sələmçi təbəqəsidir).
- Çıraq özününkü də olsa, öpəndə dilin-ağzın yanacaq.
- Çox tanınan adamın baş ağrıları da çox olar.
D
- Dağ öz çəkisini bilirmi?
- Dazlıq ilə paxıllığın dərmanı yoxdur.
- Deməmiş gələn, yeməmiş gedər.
- Divarın da qulağı var.
- Dostunun altı dəfə çağırmağındansa, özünün bir dəfə çağırmağına daha çox gələn olar.
- Durub nöqsandan danışacaqsan - dostun azalacaq.
E
- Elə ilan yoxdur ki, toxunanda çalmasın.
- Elə ki, kəl başını qaldırıb baxdı göyə - ağac axtar ki, arxasında gizlənəsən.
Ə
- Əgər dörd adam deyirsə, torpaq da gərək tabe olsun.
- Əgər ölübsə, nə fərqi var: üzü qibləyədir, ya tərsinə.
- Əqrəbi xilas edərsən, qayıdıb səni çalar.
- Əvvəlcə düyünü fikirləş, sonra da qalan şeyləri.
- Əyrinin kölgəsi də əyri olar.
H
- Heç danışmazsan - olarsan lal.
- Hər zirvənin öz dərəsi var.
- Hətta da fil də büdrəyər.
- Həyasızlığın cavabı çomaqdır.
İ
- İçərsən - sözün düzünü deyərsən.
- İlanın yuvasını qazsan, zəhərsiz ilan da olsa çalar.
K
- Kora da yatmaq gərəkdir.
Q
- Qarğanın mininə də bir daş bəsdir.
- Qarnı tox olanın qulağı eşitməz.
- Qiymətli daşı zibil içində gizləyərlər.
M
- Min adamın gözünü korlayandan sonra göz həkimi oldu.
O
- Oğrunu tutmadınsa, kim tutuldu - onu as.
- Oğruya inan, boyu çıxmayana inanma.
Ö
- Ölçü özü-özünü ölçməz.
- Ölmək istəmirdin - doğulmayaydın.
- Öz kölgən həmişə öz dalınca gələr.
P
- Pulsuz adam ətirsiz gül kimidir.
S
- Sakitlik olmayan yerdə kəl də qalmaz.
- Sənə baxmayan krala salam verə bilərsənmi?
- Siçovulu öldürmək üçün evə od vurdular.
Ş
- Şirin söz baş gicəldər.
T
- Təbilə şapalaq qalar, marara - pul. ("Marar" - ibadətxana təbilçilərinə deyilir.)
- Timsah səni tutsa, sən timsahı oxşa.
U
- Uzaqdakı dostdan, yaxındakı düşmən yaxşıdır.
Ü
- Üzüyün kiçik olmasına görə barmağını kəsən olubmu?
Y
- Yağış kəsəndən sonra da ağaclardan damcılayar.
- Yavaş-yavaş yesən, tikanı da yemək olar.
- Yeməyə öyrəşən ağızla, döyməyə öyrəşən əl heç vaxt sakit olmaz.
- Yıxılmış ağaca çıxmaq asandır.
Mənbə
- Dünya xalqlarının atalar sözləri. Bakı, 2015