Məhəmməd Tağı Sidqi: Redaktələr arasındakı fərq

Vikisitat saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Sətir 1: Sətir 1:
Məhəmməd Tağı Sidqi (1853-1903) - Azərbaycan maarif xadimi.
'''Məhəmməd Tağı Sidqi''' (1853-1903) - Azərbaycan maarif xadimi.

== A ==
== A ==
* Adamın yaxşı dostları olsa, ömrü zindanda da xoş keçər.
* Adamın yaxşı dostları olsa, ömrü zindanda da xoş keçər.
Sətir 8: Sətir 9:
* Bir adama yaxşılıq edib əvəzini gözləmək, bu gün əkdiyin ağacı sabah çıxarıb atmaq kimidir.
* Bir adama yaxşılıq edib əvəzini gözləmək, bu gün əkdiyin ağacı sabah çıxarıb atmaq kimidir.
== D ==
== D ==
* Dünyada əziz vaxtını bihudə keçirmək müsibətdir.
* [[Dünya]]da əziz vaxtını bihudə keçirmək müsibətdir.


== F ==
== F ==

09:08, 13 yanvar 2019 tarixindəki versiya

Məhəmməd Tağı Sidqi (1853-1903) - Azərbaycan maarif xadimi.

A

  • Adamın yaxşı dostları olsa, ömrü zindanda da xoş keçər.
  • Ağıllı idarə olunan insan həyatı - ən xoşbəxt, ən yüksək əxlaqlı həyatdır. [1]

B

  • Bədbəxtliyin çoxu aclıqdan və qəzəbdən, paxıllıqdan və qərəzkarlıqdan olur.
  • Bir adama yaxşılıq edib əvəzini gözləmək, bu gün əkdiyin ağacı sabah çıxarıb atmaq kimidir.

D

  • Dünyada əziz vaxtını bihudə keçirmək müsibətdir.

F

  • Fəlakət bekarçılıqda isə, şəfqət səy və qeyrətdədir.
  • Fəzilət, elm və mərifətdən məhrum olanlar üçün ölüm nemətdir.

X

  • Xəyanət heç zaman gizlin qala bilməz, çünki o bir qəlp puldur, tanımayanların arasında xərclənər.

İ

  • İnsan cəmiyyətdə yalnız hər kəsə yaxşılıq etmək, abadlıq işi görmək, xalqla yaxşı rəftar etməklə yüksəlir.
  • İnsan əvvəl cəhalətinin və bilməməzliyinin dərəcəsini bilsə, ondan sonra bildiyini təkmil edib, bilmədiyinin təhsilinə çalışıb, çox şey öyrənər.
  • İnsanın bildiyi və öyrəndiyi şeylər bilmədiyinin müqabilində heç dərəcəsindədir.
  • İnsanların ən qüvvətlisi qeyzli vaxtında özünü saxlayandır.
  • İşlək adama ən böyük cəza bekar qalmaqdır.

M

  • Meyvəli ağaca daş atan çox olduğu kimi, elm və mərifət sahibinə də zəhmət və əziyyət verən çox olur.

S

  • Sirr insanda əmanət olduqdan can kimi gizlətmək lazımdır. Bir sirrə iki adamdan artıq xəbərdar olsa, tamam aləmə faş olmuş kimidir.[2]

V

  • Vədəsinə vəfa eləməyən adamın dostları da ona düşmən olur.

İstinadlar

  1. Aforizmlər və hikmətli sözlər, Bakı,2005
  2. Azərbaycan uşaq ədəbiyyatı müntəxəbatı (XIX-XX əsrlər). Üç cilddə. II cild. Bakı: Nasir, 2002. - səh. 522.