Şarl Lui Monteskyö: Redaktələr arasındakı fərq
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 56: | Sətir 56: | ||
m= | |
m= | |
||
}} |
}} |
||
⚫ | |||
⚫ | |||
[[Kateqoriya:Şəxslər]] |
|||
[[Kateqoriya:Fransa yazıçıları]] |
[[Kateqoriya:Fransa yazıçıları]] |
||
⚫ | |||
⚫ |
17:59, 11 mart 2019 versiyası
A
- Avara adam çox danışan olur.
- Ayrı-ayrı bir əxlaqsız varlıq olan insanlar, toplu olduqları zaman namuslu kəslər olarlar.
- Azadlığın əsas vəzifəsi insanların qanuna qarşı çıxmasına mane olmaqdır.
B
- Bəzən susmaq, deyilən bir çox sözdən daha çoxunu ifadə edər.
- Bir insan barəsində yol verilmiş ədalətsizlik hamı üçün ədalətsizlikdir.
- Bir tək adama edilən haqsızlıq, bütün birliyə yönəlmiş bir təhdiddir.
- Bu müzəffər xalqın (türklərin) yalnız tarixçiləri çatışmayıb ki, onların ağlasığmaz qələbələrinin şöhrətini yaysınlar… Bu cəngavər xalq öz gündəlik şöhrəti ilə məşğul olub əbədi məğlubedilməzliyinə inanıb, keçmiş qələbələrinin əbədiləşdirilməsi qayğısına qətiyyən qalmamışdır.
Ç
- Çox şeylər insanları idarə edir: iqlim, din, qanunlar, idarəetmə prinsipləri, keçmişin nümunələri, adət və ənənələr, vərdişlər: bütün bunların məcmuusu olaraq xalqın ruhu yaranır.
Ə
- Əvvəllər, bir ölkəyə qarşı döyüşmək üçün əsgər axtarılardı. Bu gün, əsgərləri döyüşdürmək üçün ölkə axtarılır.
- Əgər ölkəmə faydalı olacaq, digər ölkələri məhv edəcək bir şey bilsəm Şahzadəmə təklif etmərəm; Çünki mən öncə bir insanam, sonra bir Fransızam. Mən zəruri olaraq insan doğuldum və təsadüfən Fransız oldum.
H
- Həyatda müvəffəqiyyətli olmaq üçün ağılsız görünməli, amma ağıllı olmalıyıq.
İ
- İnsan nə qədər az düşünsə, o qədər çox danışar.
Q
- Qanunlar hamı üçün eyni məna daşımalıdır.
M
- Müvəffəqiyyətli olmaq üçün səy göstərsən şans səninlədir. Tənbəllər üçün şans deyilən bir şey yoxdur.
O
- On beş dəqiqəlik oxumağın aparmadığı kədərim olmamışdır.
- Oxumağı sevmək, həyatdakı cansıxıcı saatları ən gözəl saatlarla dəyişdirməkdir.
S
- Sözün qədrini bilməyən, zəif düşüncəli adam, adətən, çox danışar.
U
Y
- Yaltaqlığın təmin etdiyi çıxar, dürüstlüyün qazandırdığı faydadan daha çox olsa, o ölkə batar.
Z
- Zəkanın arxasında qaçmayın axmaqlığı tutarsınız.
- ↑ Ziyəddin Məhərrəmov. "Bir bahar küləyi", Bakı, "Nurlan", 2012.