İnsan: Redaktələr arasındakı fərq
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur |
|||
Sətir 1: | Sətir 1: | ||
{{ |
{{ABC}} |
||
== A == |
== A == |
||
* Alim olmaq asandır, insan olmaq – çətin. Atalar sözü |
* Alim olmaq asandır, insan olmaq – çətin. Atalar sözü |
17:12, 30 may 2019 tarixindəki versiya
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
- Alim olmaq asandır, insan olmaq – çətin. Atalar sözü
- Ancaq insan öz mənasını varlıqda tapır, varlıq da öz bütövlüyünü və mənasını insanda tapır. Haydegger
B
- Bağışlamağı bacarmayan insanların ən pisidir. Qlenda Cekson
- Başqalarına gərək olan insan xoşbəxtdir. Araz Yaquboğlu
- Bir insanın həyatının ikinci yarısı birinci yarısında qazandəğı alışqanlıqları təkrarlamaqdan ibarətdir. Fyodor Dostoyevski
- Biz elə bir məxluqlarıq ki, bəzən mələklər insan olmadıqlarına görə üzülür, bəzən də şeytanlar insan olmadıqlarına görə şükür edirlər. Mövlana Cəlaləddin Rumi
- Biz "insan" deyəndə ilk növbədə onun əxlaqını nəzərdə tuturuq. Əxlaqdan kənarda insan yoxdur, yalnız heyvan var. Sinoplu Diogen
D
- Daşın, ağacın və isanın taleyini qabaqvadan demək olmaz. Teluqu atalar sözləri
- Dünyanın həqiqətləri elm dilində, insanın həqiqəti isə fəlsəfə dilində yazılmışdır. Əbu Turxan
Ə
- Əgər insan hansı sahilə yan alacağını bilmirsə, onda küləyin hansı istiqmətdən əsməsinin onun üçün heç bir faydası olmur. Seneka
- Əmək bölgüsü insanın tamlığını əlindən alır və onun özünün də bölünməsinə gətirib çıxarır. Tur Xander
- Ən böyük qələbə insanın öz üzərindəki qələbəsidir. Məhəmməd peyğəmbər
- Əsas o deyil ki, insan necə ölür, əsas odur ki, insan necə yaşayır. Samuel Conson
- Əsla görünüşə aldanma, görünüşdə hər kəs insandır. Lui Araqon
X
- Xarakter insanın öz üzərində, istedad isə – başqaları üzərində hakim olmasıdır. Vasili Klyuçevski
H
- Heç bir linza özünə baxıb həzz alan insanın gözləri qədər böyütmür. Aleksandr Pop
- Heç kimi sevməyəni sevməzlər. Demokrit
- Hər bir insan öz sevgisi qədərdir. Əbu Turxan
- Hər insan bir ulduzu, bəşəriyyət – kəhkəşanı xatırladır. Əbu Turxan
- Hər kəsin dəyəri nəyə can atmasındadır. Mark Avreli
- Hər şeyin meyarı insandır. Protaqor
G
- Günümüzün insanı köklərindən qopmuş bir ağacdır. Həm özünə yad olubdu, həm təbiətə. Cəmil Məric
İ
- İnsan Allaha inanmayanda heç bir şeyə inanmadığını göstərmir, hər şeyə inandığını göstərir. Umberto Eko
- İnsan boyca balacadır, amma onda bir putti ağıl var. (Putti - təqribən 225 kq-a bərabər çəki vahididir). Teluqu atalar sözləri
- İnsan olmaq məsuliyyət hiss etməkdir. - Antuan de Sent-Ekzüperi
- İnsan olmaq o deməkdir ki, bütün hərəkətlərinə cavabdeh olduğunu hiss edəsən. - Antuan de Sent-Ekzüperi
- İnsan, əgər insan qalacaqsa, tərəf tutmaq məcburiyyətindədir. Qrem Qrin
- İnsan fikirləşmədən öz içində yaşayanları aşkar edə bilməz. Georq Vilhelm Fridrix Hegel
- İnsan kərpic kimidir; yanaraq bərkiyir. Bernard Şou
- İnsan nəzərləri aləmə tuşlanaraq onu ancaq öz baxış bucağında işıqlandırır. Həmin anda insanın özü də məhz öz baxış bucağına bərabər olur. Əbu Turxan
- İnsan öz fərdiliyini nə qədər çox biruzə verirsə, o qədər də bütün mövcudatla birləşməyə can atır. R.Taqo
- İnsan var dərya kimidir, baş vurdunsa, çıxmaq çətindir; insan var ki, divar kimidir, qarşında durur və heç nə görə bilmirsən; insan var ki, şüşə kimidir – dünyanı sənə göstərməyə çalışır; insan var ki, ayna kimidir, səni özünə göstərməyə çalışır. Əbu Turxan
- İnsan yan almaq üçün hansı limana getdiyini bilməyəndə heç bir külək onun üçün sərfəli olmayacaqdır. Seneka
- İnsan yaratdıqca ucalır, ucaldıqca daha yaxşı yaradır. Əbu Turxan
- İnsan yarımçıqdır; onun digər yarısı bütün yerdə qalan dünyadır. Əbu Turxan
- İnsana danışmağı öyrənmək üçün iki il, dilini dinc qoymağı öyrənmək üçün isə altmış il lazım gəlir. Feyxtvanqer
- İnsana şux geyinməkdən daha çox ağlın zənginliyi vacibdir. Onore de Balzak
- İnsanda insan oyat. Rəsul Rza
- İnsandan insana fərq var: bir dəmirdən həm nal, həm də qılınc düzəldirlər. Nizami Gəncəvi
- İnsanlar daim pis oyuncaqların dalınca qaçan uşaq kimidir. Cəmil Meriç
- İnsanlar təcrübələri nisbətində deyil, təcrübələrindən aldıqları dərslər nisbətində yetkindir. Bernard Şou
- İnsanı məhv etmək üçün çox az şey tələb olunur: onu sadəcə inandırmaq lazımdır ki, onun məşğul olduğu iş heç kəsə gərək deyil. F.M. Dostoyevski
- İnsanı tanımaq üçün onu sevmək lazımdır. Feyerbax
- İnsanı yaxşı tanıtmaq istəsən, heç kəsi inandıra bilməzsən, yox, əgər pisləsən, hər kəsi inandırarsan. C.Dreper
- İnsanın gözü nəyi görürsə, dəyəri də o qədərdir. Mövlana Cəlaləddin Rumi
- İnsanın mahiyyəti onun arzularında təzahür edir. Spinoza
- İnsanın meymun mənşəyini Qərbdə, İnsanın Tanrı mənşəyini Şərqdə kəşf ediblər. Yaşar Qarayev
- İnsanın ləyaqəti onun məqsədə çatıb-çatmaması ilə yox, hansı məqsədə və hansı yolla getməsi ilə müəyyən olunur. Abay
- İnsanın ölçüsü onun imkanlarının sərhəddi ilə müəyyən olunur. Əbu Turxan
- İstədiyin insan olmaq üçün heç zaman gec deyil. Corc Eliot
K
- Kainatın mərkəzi kəşf edildiyində bir çox insan özlərinin mərkəz olmadığını anlayıb kədərlənəcək. Bernard Beyli
- Kamil insan gözəl söz söyləyə bilən insan deyil, söylədiyini edən və edə bildiyini söyləyən insandır. Konfutsi
- Kədər insanı kamillik zirvəsindən endirir. Benedikt Spinoza
O
- Oxunacaq ən böyük kitab insandır. Hacı Bəktaş Vəli
S
- Sıfıra bənzər insanlar vardır. Onlar hər zaman qarşılarında bir rəqəmə ehtiyac duyurlar. Onore de Balzak
T
- Təbiətin öz dünyası var və vaxtilə insan da onun bir hissəsi olmuşdur. Amma indi o, təbiəti özünün bir hissəsi etməyə çalışır. Tur Xander
- Təbiətinə görə insanlar bir-birinə yaxın, vərdişlərinə görə isə bir-birindən uzaqdırlar. Konfutsi
- Təhlükənin də öz gözəlliyi var, o, insanda mübarizlik ruhunu, ona qarşı getmək istəyini oyadır. Höte