İnsan: Redaktələr arasındakı fərq

Vikisitat saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 59: Sətir 59:
* İnsanlar daim pis oyuncaqların dalınca qaçan uşaq kimidir. [[Cəmil Meriç]]
* İnsanlar daim pis oyuncaqların dalınca qaçan uşaq kimidir. [[Cəmil Meriç]]
* İnsanlar təcrübələri nisbətində deyil, təcrübələrindən aldıqları dərslər nisbətində yetkindir. [[Bernard Şou]]
* İnsanlar təcrübələri nisbətində deyil, təcrübələrindən aldıqları dərslər nisbətində yetkindir. [[Bernard Şou]]
* İnsanlar ölərkən birdəfəlik ölmürlər, tamam yox olmurlar, nə qədər ki onları xatırlayan, onların səslərini, sifətlərini yaddaşında saxlayan adamlar durur, bu ölənlər də hələ yaşayırlar - fikirlərdə, xəyallarda, təsəvvürlərdə. [[Anar]]
* İnsanı məhv etmək üçün çox az şey tələb olunur: onu sadəcə inandırmaq lazımdır ki, onun məşğul olduğu iş heç kəsə gərək deyil. F.M. Dostoyevski
* İnsanı məhv etmək üçün çox az şey tələb olunur: onu sadəcə inandırmaq lazımdır ki, onun məşğul olduğu iş heç kəsə gərək deyil. F.M. Dostoyevski
* İnsanı tanımaq üçün onu sevmək lazımdır. Feyerbax
* İnsanı tanımaq üçün onu sevmək lazımdır. Feyerbax

15:59, 3 iyun 2019 versiyası



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A

  • Alim olmaq asandır, insan olmaq – çətin. Atalar sözü
  • Ancaq insan öz mənasını varlıqda tapır, varlıq da öz bütövlüyünü və mənasını insanda tapır. Haydegger

B

  • Bağışlamağı bacarmayan insanların ən pisidir. Qlenda Cekson
  • Başqalarına gərək olan insan xoşbəxtdir. Araz Yaquboğlu
  • Bir insanın həyatının ikinci yarısı birinci yarısında qazandəğı alışqanlıqları təkrarlamaqdan ibarətdir. Fyodor Dostoyevski
  • Biz elə bir məxluqlarıq ki, bəzən mələklər insan olmadıqlarına görə üzülür, bəzən də şeytanlar insan olmadıqlarına görə şükür edirlər. Mövlana Cəlaləddin Rumi
  • Biz "insan" deyəndə ilk növbədə onun əxlaqını nəzərdə tuturuq. Əxlaqdan kənarda insan yoxdur, yalnız heyvan var. Sinoplu Diogen

D

  • Daşın, ağacın və isanın taleyini qabaqvadan demək olmaz. Teluqu atalar sözləri
  • Dünyanın həqiqətləri elm dilində, insanın həqiqəti isə fəlsəfə dilində yazılmışdır. Əbu Turxan

Ə

  • Əgər insan hansı sahilə yan alacağını bilmirsə, onda küləyin hansı istiqmətdən əsməsinin onun üçün heç bir faydası olmur. Seneka
  • Əmək bölgüsü insanın tamlığını əlindən alır və onun özünün də bölünməsinə gətirib çıxarır. Tur Xander
  • Ən böyük qələbə insanın öz üzərindəki qələbəsidir. Məhəmməd peyğəmbər
  • Əsas o deyil ki, insan necə ölür, əsas odur ki, insan necə yaşayır. Samuel Conson
  • Əsla görünüşə aldanma, görünüşdə hər kəs insandır. Lui Araqon

F

X

  • Xarakter insanın öz üzərində, istedad isə – başqaları üzərində hakim olmasıdır. Vasili Klyuçevski

H

  • Heç bir linza özünə baxıb həzz alan insanın gözləri qədər böyütmür. Aleksandr Pop
  • Heç kimi sevməyəni sevməzlər. Demokrit
  • Hər bir insan öz sevgisi qədərdir. Əbu Turxan
  • Hər insan bir ulduzu, bəşəriyyət – kəhkəşanı xatırladır. Əbu Turxan
  • Hər kəsin dəyəri nəyə can atmasındadır. Mark Avreli
  • Hər şeyin meyarı insandır. Protaqor

G

  • Günümüzün insanı köklərindən qopmuş bir ağacdır. Həm özünə yad olubdu, həm təbiətə. Cəmil Məric

İ

  • İnsan Allaha inanmayanda heç bir şeyə inanmadığını göstərmir, hər şeyə inandığını göstərir. Umberto Eko
  • İnsan boyca balacadır, amma onda bir putti ağıl var. (Putti - təqribən 225 kq-a bərabər çəki vahididir). Teluqu atalar sözləri
  • İnsan olmaq məsuliyyət hiss etməkdir. - Antuan de Sent-Ekzüperi
  • İnsan olmaq o deməkdir ki, bütün hərəkətlərinə cavabdeh olduğunu hiss edəsən. - Antuan de Sent-Ekzüperi
  • İnsan, əgər insan qalacaqsa, tərəf tutmaq məcburiyyətindədir. Qrem Qrin
  • İnsan fikirləşmədən öz içində yaşayanları aşkar edə bilməz. Georq Vilhelm Fridrix Hegel
  • İnsan kərpic kimidir; yanaraq bərkiyir. Bernard Şou
  • İnsan nəzərləri aləmə tuşlanaraq onu ancaq öz baxış bucağında işıqlandırır. Həmin anda insanın özü də məhz öz baxış bucağına bərabər olur. Əbu Turxan
  • İnsan öz fərdiliyini nə qədər çox biruzə verirsə, o qədər də bütün mövcudatla birləşməyə can atır. R.Taqo
  • İnsan var dərya kimidir, baş vurdunsa, çıxmaq çətindir; insan var ki, divar kimidir, qarşında durur və heç nə görə bilmirsən; insan var ki, şüşə kimidir – dünyanı sənə göstərməyə çalışır; insan var ki, ayna kimidir, səni özünə göstərməyə çalışır. Əbu Turxan
  • İnsan yan almaq üçün hansı limana getdiyini bilməyəndə heç bir külək onun üçün sərfəli olmayacaqdır. Seneka
  • İnsan yaratdıqca ucalır, ucaldıqca daha yaxşı yaradır. Əbu Turxan
  • İnsan yarımçıqdır; onun digər yarısı bütün yerdə qalan dünyadır. Əbu Turxan
  • İnsana danışmağı öyrənmək üçün iki il, dilini dinc qoymağı öyrənmək üçün isə altmış il lazım gəlir. Feyxtvanqer
  • İnsana şux geyinməkdən daha çox ağlın zənginliyi vacibdir. Onore de Balzak
  • İnsanda insan oyat. Rəsul Rza
  • İnsandan insana fərq var: bir dəmirdən həm nal, həm də qılınc düzəldirlər. Nizami Gəncəvi
  • İnsanlar daim pis oyuncaqların dalınca qaçan uşaq kimidir. Cəmil Meriç
  • İnsanlar təcrübələri nisbətində deyil, təcrübələrindən aldıqları dərslər nisbətində yetkindir. Bernard Şou
  • İnsanlar ölərkən birdəfəlik ölmürlər, tamam yox olmurlar, nə qədər ki onları xatırlayan, onların səslərini, sifətlərini yaddaşında saxlayan adamlar durur, bu ölənlər də hələ yaşayırlar - fikirlərdə, xəyallarda, təsəvvürlərdə. Anar
  • İnsanı məhv etmək üçün çox az şey tələb olunur: onu sadəcə inandırmaq lazımdır ki, onun məşğul olduğu iş heç kəsə gərək deyil. F.M. Dostoyevski
  • İnsanı tanımaq üçün onu sevmək lazımdır. Feyerbax
  • İnsanı yaxşı tanıtmaq istəsən, heç kəsi inandıra bilməzsən, yox, əgər pisləsən, hər kəsi inandırarsan. C.Dreper
  • İnsanın gözü nəyi görürsə, dəyəri də o qədərdir. Mövlana Cəlaləddin Rumi
  • İnsanın mahiyyəti onun arzularında təzahür edir. Spinoza
  • İnsanın meymun mənşəyini Qərbdə, İnsanın Tanrı mənşəyini Şərqdə kəşf ediblər. Yaşar Qarayev
  • İnsanın ləyaqəti onun məqsədə çatıb-çatmaması ilə yox, hansı məqsədə və hansı yolla getməsi ilə müəyyən olunur. Abay
  • İnsanın ölçüsü onun imkanlarının sərhəddi ilə müəyyən olunur. Əbu Turxan
  • İstədiyin insan olmaq üçün heç zaman gec deyil. Corc Eliot

K

  • Kainatın mərkəzi kəşf edildiyində bir çox insan özlərinin mərkəz olmadığını anlayıb kədərlənəcək. Bernard Beyli
  • Kamil insan gözəl söz söyləyə bilən insan deyil, söylədiyini edən və edə bildiyini söyləyən insandır. Konfutsi
  • Kədər insanı kamillik zirvəsindən endirir. Benedikt Spinoza

O

  • Oxunacaq ən böyük kitab insandır. Hacı Bəktaş Vəli

S

  • Sıfıra bənzər insanlar vardır. Onlar hər zaman qarşılarında bir rəqəmə ehtiyac duyurlar. Onore de Balzak

T

  • Təbiətin öz dünyası var və vaxtilə insan da onun bir hissəsi olmuşdur. Amma indi o, təbiəti özünün bir hissəsi etməyə çalışır. Tur Xander
  • Təbiətinə görə insanlar bir-birinə yaxın, vərdişlərinə görə isə bir-birindən uzaqdırlar. Konfutsi
  • Təhlükənin də öz gözəlliyi var, o, insanda mübarizlik ruhunu, ona qarşı getmək istəyini oyadır. Höte