Ailə: Redaktələr arasındakı fərq
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 43: | Sətir 43: | ||
== U == |
== U == |
||
* Uğurlu evlilik sevgini rədd edir,onu dostluqla əvəz etməyə çalışır |
* Uğurlu evlilik sevgini rədd edir,onu dostluqla əvəz etməyə çalışır [[Mişel de Monten]] |
||
== V == |
== V == |
12:52, 7 sentyabr 2019 versiyası
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
- Ailə bağları o qədər ağırdır ki, daşımaq üçün iki adam lazımdır; hətta üç. Aleksandr Düma
- Ailə həyatı bir şəhvət ticarəti deyil, can ortalığıdır. Belə olmasa, ailə də olmaz. Con Milton:İngilis şairi və publisisti)
- Ailə, həyatımızın özü, dinclik və səadətimizin qaynağıdır. Əhməd Şahin
- Ailə həyatının gözəlliyi kimi heç bir şey yoxdur. Oskar Uayld
- Ailə xüsusi, mürəkkəb insan münasibətləri aləmidir. Burada böyük nəzakət, həssaslıq, şəxsiyyətin ləyaqətinə, ailənin mənafeyinə hörmət və ehtiram lazımdır. Heydər Əliyev
- Ailə insanlıq tarixinin ilk müəssisəsidir. Nəsillər oradan boy atır, orada böyüyür. Xalqlar da gücünü, bütövlüyünü ailələrə bağlayır ("Füyuzat" jurnalından)
- Ailə kisi ucun bir malikanə, qadin ucun isə bir istehkamdir. Lev Tolstoy
- Ailə, kralların belə girə bilmədiyi bir qaladır. Ralf Uold Emerson
- Ailə quruluşunda qadın, binanın təməl daşıdır. Kamal Çingiz
- Ailəsinə bağlı olan, vətəninə də bağlı olar. Lüdviq van Bethoven
B
- Başqalarının tövsiyəsi ilə kor-koranə evlənmək cəhənnəm əzablarına razılaşmağa oxşayır. Artur Şopenhauer
- Bütün xoşbəxt ailələr bir-birlərinə bənzəyirlər, hər bədbəxt ailənin isə özünə xas bir bədbəxtliyi vardır. Lev Tolstoy
D
- Dənizi üzüb keçsən də, ailə qalmaqalında bata bilərsən. Teluqu atalar sözləri
E
- Evlənmək çətin deyil, evli olmaq çətindir. Miqel de Unamuno.
- Evlənməkdən qorxmayın. Yaxşı arvada rast gəlsəniz, xoşbəxtliyə çatarsınız,pis arvada rast gəlsəniz filosof olarsınız. Sokrat:Qədim Yunan filosofu)
- Evlilik zənciri o qədər ağırdır ki,onu ikilikdə daşımaq lazım gəlir. Aleksandr Düma: Fransız yazıçısı
Ə
- Əgər ailə quran təşkilatçı istedadlıdırsa, belə ailədə məhəbbət möhkəm olacaqdır. Anton Makarenko
- Ər-arvad arasındakı əsl münasibət mübahisə vaxtı ortaya çıxır. Bernard Şou
H
- Hər bir ailə bir tarixdir. Hətta oxuya bilənlər üçün bir dastandır. Alfons de Lamartin
M
- Mənim ailəm bu yumruq kimi olmalıdır. Biri açılsa kəsib ataram. Böyük dayaq (film, 1962)
N
- Nikah zaman keçdikcə möhkəmlənə bilən yeganə əlaqə formasıdır (Emil Alen:Fransız tənqidçisi)
Ö
- Öz subaylarınızı evləndirin.Bu əməllə Allah-təala onların əxlaqını gözəlləşdirər, ruzilərini artırar və mərdliklərini çoxaldar. Məhəmməd peyğəmbər
S
- Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir (Qurani-Kərim)
U
- Uğurlu evlilik sevgini rədd edir,onu dostluqla əvəz etməyə çalışır Mişel de Monten
V
- Var-dövlətə görə evlənən öz azadlığına əlvida deyir. Corc Herbert
Y
- Yaxşı bir qadınla ailə qurmaq fırtınada sakit bir liman, pis bir qadınla ailə qurmaq isə sakit bir limanda fırtınadır (Jan Peti San:İsveçrə Moralisti)
- Yaxşı dostlarla yaxşı bir ailə süfrəsində əsla yaşlanmazsınız. İtalyan atalar sözləri
- Yaxşı həyat yoldaşı Allahın bizə xüsusi bir hədiyyəsidir. Aleksandr Pop