Azərbaycan atalar sözləri/T: Redaktələr arasındakı fərq
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur |
Redaktənin izahı yoxdur |
||
Sətir 53: | Sətir 53: | ||
* Tənbələ dedilər: qapını ört, dedi: yel əsir, örtər. |
* Tənbələ dedilər: qapını ört, dedi: yel əsir, örtər. |
||
* Tənbəl günortayacan neyləyib ki, günortadan sonra neyləsin?! |
* Tənbəl günortayacan neyləyib ki, günortadan sonra neyləsin?! |
||
* Tənbəl yatağan olar. |
|||
* Tənbələ həftənin hər günü cümədir. |
* Tənbələ həftənin hər günü cümədir. |
||
* Tənbələ iş buyur, o sənə ağıl öyrətsin. |
* Tənbələ iş buyur, o sənə ağıl öyrətsin. |
17:51, 27 sentyabr 2019 tarixindəki versiya
- Taxçadakı qarnında, boxçadakı əynində.
- Taxt mənimdir, üstündə yatmıram, altında yatıram.
- Taxtına nə baxırsan, baxtına bax.
- Tale insanla oynayır.
- Tamahkar öz nəfsinin quludur.
- Tamahkarı yalanşı aldadar.
- Tamahkarın gözü kor olar.
- Tamahkarın gözünü torpaq doydurar.
- Tamarzıdan al, öyrənmişə ver.
- Tanımadığın adamı evinə buraxma.
- Tanrı ac istəyəni bəndə doyura bilməz.
- Tanrı bir yandan bağlasa, bir yandan açar.
- Tanrı dadına çatsın.
- Tanrı dəvəyə qanad versəydi, yıxmadığı dam qalmazdı.
- Tanrı qoruyanı qurd yeməz.
- Tanrı verən dövləti bəndə ala bilməz.
- Tanrı verən dövlətin zavalı olmaz.
- Tanrıdan gəlməsə, bəndədən nə gələr?!
- Tanrısını tanımayandan nə umursan?
- Tapan tapanın olsa, çöldə çoban bəy olardı.
- Tar çalan simi gözlər.
- Tarlada izi olmayanın süfrədə üzü olmaz.
- Tat ata mindi, Tanrısını tanımadı.
- Taylı tayın tapmasa, günü ah-vayla keçər.
- Tazının topal olduğu dovşanın qulağına yetişib.
- Tazının yiyəsi varsa, dovşanın da Allahı var.
- Tazısız ova gedən, dovşansız evə qayıdar.
- Tez duran, tez evlənən peşiman olmaz.
- Tez qaçan, tez yorular.
- Təəssüf,tənbəl yatıb.
- Təqsir oldu lələdə, saqqalı verdi ələ.
- Tək ağacdan bağ olmaz.
- Tək daşdan divar olmaz.
- Tək əldən səs çıxmaz.
- Tək gəzən dananı qurd yeyər.
- Tək qoyundan sürü olmaz.
- Təkə sürüyə böyük olmazdı, qoyunlar qoyun olsaydı.
- Təkədə qoç hünəri olmaz.
- Təkədən qoç olmaz.
- Təkədən pendir tutmaq olmaz.
- Təklik Allaha yaraşır.
- Təkrar biliyin anasıdır.
- Tələsən gecəyə düşər.
- Tələsən yolda qalar.
- Tələsənin kündəsi küt gedər.
- Tələsik işə şeytan qarışar.
- Tələsirsən, yavaş get.
- Təmiz hava girməyən evə həkim girər.
- Təmizlik sağlamlığın rəhnidir.
- Tənbəl dağda qar gördü, yorğanına büründü.
- Tənbəl deyər: ver yeyim, ört yatım, gözlə canım çıxmasın.
- Tənbəl eşşək hoşu Allahdan istər.
- Tənbələ dedilər: qapını ört, dedi: yel əsir, örtər.
- Tənbəl günortayacan neyləyib ki, günortadan sonra neyləsin?!
- Tənbəl yatağan olar.
- Tənbələ həftənin hər günü cümədir.
- Tənbələ iş buyur, o sənə ağıl öyrətsin.
- Tənbələ iş buyur, o sənə nağıl danışsın.
- Tənbəllik azar artırar, işləmək canı saf eylər.
- Tərə yeyən də yaza çıxır, kərə yiyən də.
- Tərəkəmə pendirində qurd görməz.
- Tərəkəmə öz obasını Bağdaddan böyük bilər.
- Tərlan yerin çalağan tutmaz.
- Təzə ay doğanda köhnə ayı doğrayıb ulduz elərlər.
- Təzə bardaq, təzə su.
- Təzə gəldi bazardan, köhnə düşdü nəzərdən.
- Təzə kuzə suyu sərin saxlar.
- Təzə süpürgə, təmiz süpürər.
- Tikan əkən gül götürməz.
- Tikan olub ayağa batınca, gül ol yaxaya sancıl.
- Tikə qarın doyurmaz, məhəbbət artırar.
- Tox it ac bəydən yaxşıdır.
- Toxun acdan nə xəbəri?!
- Topal eşşəklə karvana qoşulma.
- Tora düşən səbr eləməsə, özünü ölümə verər.
- Torpaq deyər: "Öldür məni, dirildim səni!".
- torpaq deyər:-Sən mənə tər ver, mən sənə zər verim.
- Toy da olsa toyuğun vayıdır, vay da olsa.
- Toyuq yumurtasına görə qaqqıldar.
- Toyuğun cəriməsi yumurtasıdır.
- Toyuğun gözü küllükdədir.
- Toyuğun uçuşu zibilliyə qədər olar.
- Tövbəsini sındıran məlundur.
- Tut ağacı əkən ipək dərər.
- Tutulmamış oğru, xandan-bəydən doğru.
- Tülək tərlan yerinə sar bağlamaq olmaz.
- Tülkü tülkülüyünü bildirincə, dərisini boğazından çıxararlar.
- Tülkü tülküyə, tülkü quyruğuna.
- Tülkünün gedib-gələcəyi kürkçü dükanıdır.
- Tülkünün meydanda nə işi var, dərisinə qiymət qoysunlar?!.
- Tülkünün şahidi quyruğudur.
- Türk söydükcə qızar, durduqca bezər.
- Türkü at yıxar, tatı ət.
- Türkün sonrakı ağlı.