Ömər Xəyyam: Redaktələr arasındakı fərq
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 28: | Sətir 28: | ||
== K == |
== K == |
||
* Keçmiş olan dünəni heç yad etmə, sabah da gəlməmişkən fəryad etmə, düşünmə gələcəyi də keçmişi də, indi özün ol yaşamı bərbad etmə. |
* Keçmiş olan dünəni heç yad etmə, sabah da gəlməmişkən fəryad etmə, düşünmə gələcəyi də keçmişi də, indi özün ol yaşamı bərbad etmə. |
||
* Kim isə qızılgülün ətrini anlamaz. Kim isə acı otlardan belə bal hazırlayar, kiməsə etdiyin ən xırda yaxşılığı belə əbədi xatırlayar, kiməsə həyatı belə bağışlasan, yenə anlamaz, qədrini bilməz. |
|||
== M == |
== M == |
05:01, 29 sentyabr 2019 tarixindəki versiya
Qiyasəddin Əbu əl-Fəth Ömər ibn İbrahim Xəyyam Nişapuri (fars. عُمَر خَیّام نیشابوری); və ya sadəcə Ömər Xəyyam (1048 – 1131) — dahi fars şairi, riyaziyyatçısı, astronomu və filosofu.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
- Bu günü daha yaxşı görmək üçün keçmişi bilməliyik.
D
- Dərilən gül verilməli, yazılan şeir sonlanmalı, sevilən qadınsa xoşbəxt olmalıdır. Yoxsa altından qalxa bilməyəcəyin işə baş qoşmamalısan.
- Dünyanı yenidən yaradardı, məni də yanında saxlayardı, deyərdim: ya məni sil dəftərdən, ya da mənim istədiyim kimi yarat dünyanı.
E
- Ey kor! Bu yer, bu göy, bu ulduzlar boşdur boş! Burax onu-bunu könlünü xoş tut! Durmadan qurulub dağılan bu dünyada bir nəfəsdir alacağın. O da boşdur, boş!
- Ey sevginin sirlərindən xəbərsiz yaşayanlar! Bilin ki, bütün varlığın əsas qaynağı sevgidir, sevgi...
Ə
- Ədalət kainatın ruhudur.
G
- Gedəni saxlama, gələnisə qovma. Bax o zaman əsl xoşbəxtlik özü səni tapacaq.
- Gələcək və keçmiş üçün üzülmə, bu günki xoşbəxtliyin qiymətini bil.
- Güclü olduğuna inandırdın məni; bol-bol da verdin mənə verəcəklərini. Yüz il günah işlədib bilmək istərəm; günahlarmı sonsuz, yoxsa sənin rəhmətin.
H
- Hamı çox yaşamaq istəyir, amma hamı qocalmaq istəmir.
- Hər dildə bir söz var, qətiyyən inanmayın! Biri bir söz söylədisə, sözə deyil söyləyənə baxın.
İ
- İnsanın ruhu nə qədər alçaq olarsa, o burnu bir o qədər dik tutar. Ruhunun yüksələ bilmədiyi səviyyəyə burnu ilə dartınar.
K
- Keçmiş olan dünəni heç yad etmə, sabah da gəlməmişkən fəryad etmə, düşünmə gələcəyi də keçmişi də, indi özün ol yaşamı bərbad etmə.
- Kim isə qızılgülün ətrini anlamaz. Kim isə acı otlardan belə bal hazırlayar, kiməsə etdiyin ən xırda yaxşılığı belə əbədi xatırlayar, kiməsə həyatı belə bağışlasan, yenə anlamaz, qədrini bilməz.
M
- Mərd adam, adətən, şikayət etmədən əzab çəkir, zəif adam isə, əksinə, əzab çəkmədən şikayətlənir.
O
- Oyan! Yaşamaq üçün qarşımızda sonsuzluq var.
S
- Sevdiyini mərdcəsinə sevən insan, pərvanə kimi atəş üçün darıxar. Sevib də yanmaqdan qorxan insanın, nağıl danışmaqdır peşəsi.
T
- Tarix kainatın vicdanıdır.
Y
- Ya belimizə alıb daşıyırıq, ya da ayağmızın altında əzib keçirik; heç cür öyrənə bilmədik yan-yana addımlamağı.