Ömər Xəyyam: Redaktələr arasındakı fərq

Vikisitat saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 25: Sətir 25:
* Hamı çox yaşamaq istəyir, amma hamı qocalmaq istəmir.
* Hamı çox yaşamaq istəyir, amma hamı qocalmaq istəmir.
* Hər dildə bir söz var, qətiyyən inanmayın! Biri bir söz söylədisə, sözə deyil söyləyənə baxın.
* Hər dildə bir söz var, qətiyyən inanmayın! Biri bir söz söylədisə, sözə deyil söyləyənə baxın.
* Həyat tərəfindən döyülən çox şeyə nail olacaq. Ağzı duzdan yanmış insan, balın dadını daha yaxşı biləcək. Göz yaşı tökmüşlər daha ürəkdən gülür. Kim ki, ölüb, yaşadığını anlayır.

== İ ==
== İ ==
* İki nəfər eyni pəncərədən baxırdı. Biri yalnız yağış və çirk görürdü. Digəri isə yaşıl yarpaqların canlanmasını, baharın gəlişini, mavi səmanı və ağacların nəfəs almasını sezə bilirdi.
* İki nəfər eyni pəncərədən baxırdı. Biri yalnız yağış və çirk görürdü. Digəri isə yaşıl yarpaqların canlanmasını, baharın gəlişini, mavi səmanı və ağacların nəfəs almasını sezə bilirdi.

05:06, 29 sentyabr 2019 tarixindəki versiya

Qiyasəddin Əbu əl-Fəth Ömər ibn İbrahim Xəyyam Nişapuri (fars. عُمَر خَیّام نیشابوری); və ya sadəcə Ömər Xəyyam (1048 – 1131) — dahi fars şairi, riyaziyyatçısı, astronomu və filosofu.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


B

  • Biz həm sevinc mənbəyi, həm də kədər yatağıyıq. Biz rəzalət yuvası və şəffaf bulağıq. İnsan sanki güzgüdəki çoxüzlülər dünyasıdır. O, həm cılız, həm də dünyaya sığmayacaq qədər əzəmətlidir.
  • Bu günü daha yaxşı görmək üçün keçmişi bilməliyik.

D

  • Dərilən gül verilməli, yazılan şeir sonlanmalı, sevilən qadınsa xoşbəxt olmalıdır. Yoxsa altından qalxa bilməyəcəyin işə baş qoşmamalısan.
  • Dünyanı yenidən yaradardı, məni də yanında saxlayardı, deyərdim: ya məni sil dəftərdən, ya da mənim istədiyim kimi yarat dünyanı.

E

  • Ey kor! Bu yer, bu göy, bu ulduzlar boşdur boş! Burax onu-bunu könlünü xoş tut! Durmadan qurulub dağılan bu dünyada bir nəfəsdir alacağın. O da boşdur, boş!
  • Ey sevginin sirlərindən xəbərsiz yaşayanlar! Bilin ki, bütün varlığın əsas qaynağı sevgidir, sevgi...

Ə

G

  • Gedəni saxlama, gələnisə qovma. Bax o zaman əsl xoşbəxtlik özü səni tapacaq.
  • Gələcək və keçmiş üçün üzülmə, bu günki xoşbəxtliyin qiymətini bil.
  • Güclü olduğuna inandırdın məni; bol-bol da verdin mənə verəcəklərini. Yüz il günah işlədib bilmək istərəm; günahlarmı sonsuz, yoxsa sənin rəhmətin.

H

  • Hamı çox yaşamaq istəyir, amma hamı qocalmaq istəmir.
  • Hər dildə bir söz var, qətiyyən inanmayın! Biri bir söz söylədisə, sözə deyil söyləyənə baxın.
  • Həyat tərəfindən döyülən çox şeyə nail olacaq. Ağzı duzdan yanmış insan, balın dadını daha yaxşı biləcək. Göz yaşı tökmüşlər daha ürəkdən gülür. Kim ki, ölüb, yaşadığını anlayır.

İ

  • İki nəfər eyni pəncərədən baxırdı. Biri yalnız yağış və çirk görürdü. Digəri isə yaşıl yarpaqların canlanmasını, baharın gəlişini, mavi səmanı və ağacların nəfəs almasını sezə bilirdi.
  • İnsanın ruhu nə qədər alçaq olarsa, o burnu bir o qədər dik tutar. Ruhunun yüksələ bilmədiyi səviyyəyə burnu ilə dartınar.

K

  • Keçmiş olan dünəni heç yad etmə, sabah da gəlməmişkən fəryad etmə, düşünmə gələcəyi də keçmişi də, indi özün ol yaşamı bərbad etmə.
  • Kim isə qızılgülün ətrini anlamaz. Kim isə acı otlardan belə bal hazırlayar, kiməsə etdiyin ən xırda yaxşılığı belə əbədi xatırlayar, kiməsə həyatı belə bağışlasan, yenə anlamaz, qədrini bilməz.

M

  • Mərd adam, adətən, şikayət etmədən əzab çəkir, zəif adam isə, əksinə, əzab çəkmədən şikayətlənir.

O

  • Oyan! Yaşamaq üçün qarşımızda sonsuzluq var.

S

  • Sevdiyini mərdcəsinə sevən insan, pərvanə kimi atəş üçün darıxar. Sevib də yanmaqdan qorxan insanın, nağıl danışmaqdır peşəsi.

T

  • Tarix kainatın vicdanıdır.

Y

  • Ya belimizə alıb daşıyırıq, ya da ayağmızın altında əzib keçirik; heç cür öyrənə bilmədik yan-yana addımlamağı.

Vikipediyada Ömər Xəyyam haqqında məqalə var.