Marsel Prust: Redaktələr arasındakı fərq

Vikisitat saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 9: Sətir 9:
* Bir insan təxəyyülünün — əgər onu əvvəlcə təxəyyülü tanıyıbsa — bu qadınınkı kimi, balaca bir çöhrənin arxasına nələr sığışdıra biləcəyini anlayırdım; halbuki əksini də görürdüm: adi bir formada tanış olunubsa, bunca təxəyyül dolu varlığın maddi, hər cür dəyərdən yoxsul, səfil ünsürlərə parçalandığını da görürdüm. Mən, mənə görə, fahişəxanada iyirmi frankdan artıq dəyərə sahib olan, məndən isə sadəcə iyirmi frank qazanmaq istəyən bu qadın adlanan məxluqun, əgər başlanğıcda sirli, marağa səbəb olacaq, qavranılması, əldə edilməsi qəliz bir varlıq kimi xəyal edilsə, bir milyon frankdan artıq, qibtə ediləcək bütün mövqelərdən yüksək, hətta ailə sevgisindən də artıq dəyəri ola biləcəyini anlayırdım. Şübhəsiz, Robertlə mən eyni uzun çöhrəni görürdük. Amma bu çöhrəyə əsla kəsişməyəcək iki əks yoldan çatmışdıq və əsla eyni üzü görməyəcəkdik.

* Bir qadına aşiq olduqda əslində etdiyimiz şey, əhvalımızı onda əks etdirməkdir; buna görə də vacib olan qadının dəyəri deyil, əhvalın dərinliyidir; adi bir gənc qızın bizdə yaratdığı hisslər sayəsində mənliyimizin ən özəl, ən şəxsi, ən uzaq, ən əsas tərəfləri şüur üzünə çıxa bilər; mükəmməl bir şəxsiyyətin söhbətləri və hətta əsərlərini heyranlıqla seyr etməyin bizə verdiyi zövq bunu edə bilməz.

== X ==
* Xoşbəxt illər itmiş illərdir; hərəkət etmək üçün iztirab gözləyirik. Hərəkət anlayışı, ilkin şərt olaraq iztirab məfhumuyla uzlaşır; yeni bir əsəri xəyal etmək üçün əvvəlcə çəkiləsi iztirabları düşünürük. Həyatta qarşılaşacağımız ən yaxşı şeyin iztirab olduğunu dərk etdiyimiz zaman da heç qorxmadan, sanki, bir qurtuluşu xəyal edərcəsinə ölümü düşünürük.

== İ ==
== İ ==
* İstədiyimiz bir insana məxsus kimi görünən bir şeyin əslində ona aid olmadığını əvvəllər də bir çox dəfə sezmişdim. Amma keçən müddət bu həqiqətlə bağlı daha dəqiq bir dəlil təqdim etmişdi, çünki aradan iyirmi il keçdikdən sonra, özlüyümdə əvvəllər tanıdığım qızların deyil, onların o vaxtkı gəncliyinə indi sahib olan qızların dalıyca düşmək istəyirdim.

05:54, 12 oktyabr 2019 versiyası

Marsel Prust (1871-19220 - Fransa yazıçısı

A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

A

  • Adətən, bizə bənzəyən hər şeyə nifrət edərik, öz qusurlarımızı başqasında görəndə qəzəb bürüyür içimizi. Hələ qüsurlarını saflıqla deyildiyi yaşı ötmüş və məsələn ən kritik anlarda belə buz kimi bir sifət almağa vərdiş etmiş biri, özündən daha gənc və daha saf, daha axmaq biri eyni qüsurları sərgiləyəndə əməlli-başlı lənətləyər onu. Bəzi həssas adamların gizlədib axıtmadıqları göz yaşlarını bir başqasında görməyə səbrləri çatmaz. Ailələrdə, məhəbbətin olmasına baxmayaraq bəzən məhəbbət nə qədər çoxdursa, bir o qədər artan anlaşılmazlıqların səbəbi də bu aşırı bənzərlikdir.
  • Aşiq olmayanlar, mükəmməl bir kişinin sıravi bir qadın üzündən nə üçün iztirab çəkdiyini anlaya bilməzlər.

B

  • Bir başqa insanla olan münasibətlərimizdə ən ciddi səhvin mənbəyi xeyirxahlıq və o insanı sevməkdir. Bir gülümsəməyə, bir çiyinə aşiq oluruq. Bu qədər kifayətdir; sonra ümid və ya kədər dolu uzun saatlar boyunca bir insan mal edirik, bir şəxsiyyət yaradırıq. Və ardıyca aşiq olduğumuz adamla görüşəndə qarşımıza nə qədər qəddar həqiqətlər çıxsa da, həmin təbəssüm, həmin çiyin sahibindən xeyirxah insan görüntüsünü, bizi sevən qadın tipajını heç cür ayıra bilmərik; gəncliyindən bu yana tanıdığımız bir insan qocalsa da gəncliyini ondan ayrı düşünə bilmədiyimiz kimi.
  • Bir insan təxəyyülünün — əgər onu əvvəlcə təxəyyülü tanıyıbsa — bu qadınınkı kimi, balaca bir çöhrənin arxasına nələr sığışdıra biləcəyini anlayırdım; halbuki əksini də görürdüm: adi bir formada tanış olunubsa, bunca təxəyyül dolu varlığın maddi, hər cür dəyərdən yoxsul, səfil ünsürlərə parçalandığını da görürdüm. Mən, mənə görə, fahişəxanada iyirmi frankdan artıq dəyərə sahib olan, məndən isə sadəcə iyirmi frank qazanmaq istəyən bu qadın adlanan məxluqun, əgər başlanğıcda sirli, marağa səbəb olacaq, qavranılması, əldə edilməsi qəliz bir varlıq kimi xəyal edilsə, bir milyon frankdan artıq, qibtə ediləcək bütün mövqelərdən yüksək, hətta ailə sevgisindən də artıq dəyəri ola biləcəyini anlayırdım. Şübhəsiz, Robertlə mən eyni uzun çöhrəni görürdük. Amma bu çöhrəyə əsla kəsişməyəcək iki əks yoldan çatmışdıq və əsla eyni üzü görməyəcəkdik.
  • Bir qadına aşiq olduqda əslində etdiyimiz şey, əhvalımızı onda əks etdirməkdir; buna görə də vacib olan qadının dəyəri deyil, əhvalın dərinliyidir; adi bir gənc qızın bizdə yaratdığı hisslər sayəsində mənliyimizin ən özəl, ən şəxsi, ən uzaq, ən əsas tərəfləri şüur üzünə çıxa bilər; mükəmməl bir şəxsiyyətin söhbətləri və hətta əsərlərini heyranlıqla seyr etməyin bizə verdiyi zövq bunu edə bilməz.

X

  • Xoşbəxt illər itmiş illərdir; hərəkət etmək üçün iztirab gözləyirik. Hərəkət anlayışı, ilkin şərt olaraq iztirab məfhumuyla uzlaşır; yeni bir əsəri xəyal etmək üçün əvvəlcə çəkiləsi iztirabları düşünürük. Həyatta qarşılaşacağımız ən yaxşı şeyin iztirab olduğunu dərk etdiyimiz zaman da heç qorxmadan, sanki, bir qurtuluşu xəyal edərcəsinə ölümü düşünürük.

İ

  • İstədiyimiz bir insana məxsus kimi görünən bir şeyin əslində ona aid olmadığını əvvəllər də bir çox dəfə sezmişdim. Amma keçən müddət bu həqiqətlə bağlı daha dəqiq bir dəlil təqdim etmişdi, çünki aradan iyirmi il keçdikdən sonra, özlüyümdə əvvəllər tanıdığım qızların deyil, onların o vaxtkı gəncliyinə indi sahib olan qızların dalıyca düşmək istəyirdim.

K

  • Kitab yorulmayan müəllimdir.

M

  • Müstəsnalığın bayağılığa bu formada kölə olmağının bir çox nigahlarda qayda olduğu qənaətinə gəlmək üçün, əksini düşünmək kifayətdir: Elə üstün keyfiyyətlərə malik bir qadın var ki, sarsağın birinin onu ovsunlamasına, onun ən incə sözlərini amansızca qınamasına icazə verir və ən mənasız hoqqabazlıqları qarşısında, sevginin sonsuz tolerantlığıyla özünü itirir.

Ü

  • Üzündəki ifadələr, sanki, mənim üçün yaradılmış bir dildə yazılmışdı; o mənim həyatımdakı hər şey idi, digər insanlar onun mənə diqtə edəcəyi qiymətləndirməyə bağlı olaraq mövcud idilər sadəcə.

V

  • Varlıq problemini həll etməyin yollarından biri də, bizə uzaqdan möhtəşəm və sirli görünən insanlara yaxınlaşıb heç bir sirləri, gözəllikləri olmadığını anlamaqdır; sağlamlığı qorumağın saf-çürük edilmiş fərqli yollarından biridir bu; çox da tövsiyə edilən bir metod olmaya bilər, amma yenə də həyatımıza davam etməyimizi və — ən yaxşısına çatdığımızda və ən yaxşısının çox da qeyri-adi olmadığına bizi inandırmaq şərtiylə, nəyinsə həsrətində olmamağımıza yol verdiyindən – ölümə boyun əyməyimizi təmin edən bir dinclik verir bizə.

Xarici keçidlər

Wikipedia logo
Wikipedia logo
Marsel Prust haqqında Vikipediyada məqalə var.