Corc Vaşinqton: Redaktələr arasındakı fərq

Vikisitat saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 28: Sətir 28:
== İ ==
== İ ==
* İnsan uğur qazana bilməsə də, uğur üçün əlindən gələni edibsə, heç vaxt onu qınamaq fikrinə düşməyin.
* İnsan uğur qazana bilməsə də, uğur üçün əlindən gələni edibsə, heç vaxt onu qınamaq fikrinə düşməyin.
* İnsanlar məcburiyyət qarşısında qalanda onların xeyirləri üçün düşünülmüş tədbirləri qəbul etməyəcək və yerinə yetirməyəcəklər.

== K ==
== K ==
* Keçmişə yalnız keçmiş səhvlərdən faydalı nəticələr çıxarmaq və çox əziyyətlə əldə edilmiş təcrübədən istifadə etmək üçün nəzər salmaq lazımdır.
* Keçmişə yalnız keçmiş səhvlərdən faydalı nəticələr çıxarmaq və çox əziyyətlə əldə edilmiş təcrübədən istifadə etmək üçün nəzər salmaq lazımdır.

16:54, 19 oktyabr 2019 versiyası

Corc Vaşinqton

Corc Vaşinqton (ing. George Washington) - ABŞ-ın birinci prezidenti.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A

  • Ayaq üstdə ölmək, dizi üstdə yaşamaqdan daha yaxşıdır.
  • Az adamın ən yaxşı müştəriyə tab gətirmə comərdliyi var.

B

  • Bəzən mülayimlik ciddi ölçülərdən daha güclü təsir edir. Ona görə də mənim ən birinci arzum davranışımda bu mülayimliyə malik olmaqdır.
  • Böhtançıya verilə bilən ən gözəl cavab həqarətlə susmaqdır.

C

  • Ciddi məsələlərə heç zaman rişxənd etməyin.

D

  • Dostluq gec bitən bitkidir. O, öz adına layiq olmamışdan əvvəl talenin sınaqlarından keçməli və onun dönüklüyünə dözməlidir.
  • Dostluq ömrün sonunadək boy atan bir ağacdır.

Ə

  • Əgər düşmənə məlum olmayan gizli mənbələrimiz olarsa, bu mənbələr vətəndaşlarımızın sarsılmaz qətiyyətindən, bizim haqlı olmağımızdan və Allahın bizi tərk etməyəcəyinə dair əminliyimizdən ibarət olmalıdır.
  • Əgər öz ad-sanına hörmət edirsənsə yaxşı keyfiyyətli adamla otur-dur çünki, tək olmaq pis dostluqdan yaxşıdır.
  • Əgər sən öz adını-sanını qiymətləndirirsənsə, həyatını yaxşı insanlarla bağla.
  • Əldə etmək asan, əldə etdiyini qorumaq isə çətindir.

H

  • Hamı ilə mehriban ol, bəzilərinə isə yaxınlaşma. Bu bəzilərini yaxşı yoxla, sonra onlara etibar et.

İ

  • İnsan uğur qazana bilməsə də, uğur üçün əlindən gələni edibsə, heç vaxt onu qınamaq fikrinə düşməyin.
  • İnsanlar məcburiyyət qarşısında qalanda onların xeyirləri üçün düşünülmüş tədbirləri qəbul etməyəcək və yerinə yetirməyəcəklər.

K

  • Keçmişə yalnız keçmiş səhvlərdən faydalı nəticələr çıxarmaq və çox əziyyətlə əldə edilmiş təcrübədən istifadə etmək üçün nəzər salmaq lazımdır.

N

  • Nizam-intizam ordunun ruhudur. O, kiçik bir ordunu əzəmətli bir gücə çevirir, zəiflərə uğur, hamıya hörmət gətirir.

S

  • Suyun altındakı daşlardan qaçmaq istəyən kapitan onların harada olduğunu bilməlidir.
  • Sülhü saxlamağın ən effektli vasitəsi müharibəyə hazırlıqdır.

T

  • Tanrı və Onun xassələri haqqında danışanda bunu ciddiliklə və ehtiramla et.

Ü

  • Ümid edirəm ki, mən hesab etdiyim bütün titullardan ən qibtə ediləni olan səmimi adam xarakterini qoruyub saxlamaqda sarsılmazlıq və kifayət qədər comərdlik əldə edəcəyəm.

V

  • Vətənpərvər orduda və azad ölkədə şöhrətə yol hamı üçün açıqdır.
Wikipedia logo
Wikipedia logo
Corc Vaşinqton haqqında Vikipediyada məqalə var.