Nikolay Qoqol: Redaktələr arasındakı fərq

Vikisitat saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 22: Sətir 22:


== B ==
== B ==
* Bədbəxtlik insanı yumşaldır. Gündəlik və adi olan, amma insanın başa düşmədiyi şeylər onun təbiəti üçün daha həssas və əlçatan olur. İnsan, sanki istədiyiniz şeyi düzəldə biləcəyiniz qızdırılmış bir mum olur.
* Bədbəxtlik insanı yumşaldır. Gündəlik və adi olan, amma insanın başa düşmədiyi şeylər onun təbiəti üçün daha həssas və əlçatan olur. İnsan, sanki istədiyiniz şeyi düzəldə biləcəyiniz qızdırılmış bir mum olur.
* Birtərəfli insan özünə güvənən və ötkəm olur. Birtərəfli insan hamını özünə qarşı silahlandırır. Birtərəfli insan heç bir şeydə orta vəziyyət tapa bilmir.
* Biz püxtələşir və mükəmməlləşirik. Amma nə vaxt? Qadını daha dərindən və daha mükəmməl dərk edən zaman.
* Biz püxtələşir və mükəmməlləşirik. Amma nə vaxt? Qadını daha dərindən və daha mükəmməl dərk edən zaman.



03:46, 20 oktyabr 2019 versiyası

Nikolay Qoqol
Nikolay Qoqol (Fyodor Moller, 1840)
Nikolay Qoqol (Fyodor Moller, 1840)
Nikolay Qoqol (Fyodor Moller, 1840)
Tam adı Nikolay Vasilyeviç Qoqol
Doğum tarixi 1809
Doğum yeri Velyki Sorochyntsi
Vəfat tarixi 1852
Vəfat yeri Moskva
Dəfn yeri Novodeviçye qəbiristanlığı, Danilov monastrı
Vikipediya məqaləsi

Nikolay Vasilyeviç Qoqol (1809-1852) - rus yazıçısı və dramaturqu.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A

  • Axmaq adamın sözləri necə də axmaq olur: bəzən bu sözlər ağıllı insanı çaşdımaq üçün kifayət edir.
  • Axmaqlıq, yaxşı qadının xüsusi gözəlliyini təşkil edir. Ən azından, mən çox kişilər tanıyıram ki, arvadlarının axmaqlıqlarına heyran olur və onlarda uşaq günahsızlığının bütün əlamətlərini görürlər.
  • Aləmin gördüyü gülüşün arxasında çox vaxt heç kəsin görmədiyi göz yaşları axır.
  • Anlaşılmaz hadisə: bizi hər gün əhatə edən, bizdən ayrı düşməyən, bizə adi olan şeyləri yalnız dərin, böyük, qeyri-adi istedad aşkar edə bilər.
  • Aşiq olan insan, islatdıqda haraya istəsən əyə biləcəyin ayaqqabı altlığı kimi bir şey olur.

B

  • Bədbəxtlik insanı yumşaldır. Gündəlik və adi olan, amma insanın başa düşmədiyi şeylər onun təbiəti üçün daha həssas və əlçatan olur. İnsan, sanki istədiyiniz şeyi düzəldə biləcəyiniz qızdırılmış bir mum olur.
  • Birtərəfli insan özünə güvənən və ötkəm olur. Birtərəfli insan hamını özünə qarşı silahlandırır. Birtərəfli insan heç bir şeydə orta vəziyyət tapa bilmir.
  • Biz püxtələşir və mükəmməlləşirik. Amma nə vaxt? Qadını daha dərindən və daha mükəmməl dərk edən zaman.

D

  • Dünyada gözəl bir şey var: bir butulka yaxşı şərab. Öz kədərli hekayəni başqasına söyləmək istəsən, əvvəlcə öz otağına çəkil və bir stəkan şərab iç. Bu bir stəkan şərabdan sonra hisslərinin necə canlandığını hiss edəcəksən.
  • Düzgün həyat yaşamaq istəyən, gənclikdə nə vaxtsa qocalacağını, qocalıqda isə nə vaxtsa gənc olduğunu nəzərə almalıdır.

E

  • Evlənmək- bu sizin üçün hamama getmək deyil.

Ə

  • Ədəbi dünyada ölüm yoxdur və orada ölüllər də bizim işlərə qarışır və canlı insanlar kimi bizimlə birlikdə hərəkət edirlər.
  • Əgər gülüşün gücü böyükdürsə və ondan qorxurlarsa, o zaman onu boş yerə sərf etməyin.
  • Əgər kimisi hirsləndirirsənsə, o zaman başqasını hirsləndirməyi bacardığına görə heç olmasa özünə də hirslən.
  • Əgər mənasız bir şıltaqlıq ümumdünya çevrilişlərə səbəb olursa və ən ağıllı insanları axmaqlıqlar etməyə məcbur edirsə, o halda, bu şıltaqlıq dərk edilsə və xeyirxahlığa yönəldilsəydi, o zaman nə baş verə bilərdi?

G

  • Gənclik illərindən ayrılıb sərt, cəsarət tələb edən həyata düşəndə, sonra qaldırmamaq üçün özünüzlə bütün insani hərəkətləri də götürün!
  • Gənclik ona görə xoşbəxtdir ki, onun gələcəyi var.
  • Gözəl bir şeyin həqiqi iyrəncliyini tam dərinliyi ilə göstərməyincə, cəmiyyəti, hətta bütün nəsilləri bu gözəlliyə istiqamətləndirmək mümkün deyildir.
  • Gülüşdən qorxan insan heç bir gücün saxlaya bilmədiyi şeydən özünü saxlayır.

H

  • Heç bir mahir və dahi həkim xəstəlik prosesinin gedişini, onu törədən səbəbləri bilmədən xəstəliyi müalicə etməz.
  • Həqiqi milliyyətçilik sarafanın təsvirindən yox, xalqın ruhundan ibarətdir.
  • Hər bir insan öz vəzifəsini vicdanla və düzgün yerinə yetirməlidir.

İ

  • İncəsənət hər zaman yaxşı, müsbət və ya mənfi istiqamətdə çalışır: insanlarda ən yaxşı olan hər şeyin gözəlliyini ortaya qoyur və ya insanın ən pis çirkinliyinə gülür.
  • İncəsənət, həyatla barışmaqdır.
  • İndi çoxlarına elə gəlir ki, o, öz vəzifəsində yox, başqasının vəzifəsində çoxlarına yaxşılıqlar edə bilər. Bütün pisliklərin səbəbi bundadır.
  • İnsan təbiətində, xüsusi ilə də ruslarda əcaib bir xüsusiyyət var: o, başqasının ona əyildiyini və ya güzəştə getdiyini görcək, onun özü az qala üzr istəməyə hazır olur.

K

  • Kimliyindən asılı olmayaraq kiməsə qəzəblənmək və ya kiməsə narazılığını bildirmək, həmişə haqsız bir hərəkət sayılıb, yalnız bir hal istisna hal sayılır. Əgər narazılıq başqasına yox, özünə, öz iyrəncliyinə, öz vəzifə borcunu yerinə yetirməməyə yönəlibsə, o zaman narazılığımızı ədalətli hesab etmək olar.

Q

  • Qadın elə bir məxluqdur ki!.. Onun gözləri elə bir sonsuz dövlətdir ki, oraya daxil olan insanın izi-tozu da qalmayacaq!
  • Qadına kimisə gözəl adlandırmaqdan şeytanı öpmək asandır.
  • Qəzəbin heç yerdə, xüsusi ilə də haqq işlərdə yeri yoxdur. Çünki, onu tündləşdirir və bulandırır.

M

  • Memarlıq da həyatın bir xronikasıdır. O, mahnılar, əfsanələr susanda danışır.

O

  • Ona baxmayın ki, digərləri sizi sevirmi, baxın ki, siz digərlərini sevirsinizmi.
  • Orada yalnız prokuror saf adamdır. Düzünü desək, o da donuzun biridir.

Ö

  • Öz keçmişini ciddi mühakimə etmək əvəzinə, indiki zamandakı işlərinə qarşı amansız olmaq daha yaxşıdır.

P

  • Pul da kölgə və gözəl qadın kimidir. Sən onlardan qaçırsan, onlar da sənin arxanca qaçırlar. Kim ki, öz zəhməti ilə çalışırsa və sabah üçün pulu olmasa belə, pul haqqında fikirlər onu təşvişə sala bilməz.

R

  • Rus xalqı güclü xarakterə malikdir. Əgər kimisə onu sözlə mükafatlandırsa, o, sözü nəslinə aid edib xidmətinə, istefasına, Peterburqa və dünyanın o başına qədər aparacaq.
  • Rus insanının barışmaz, təhlükəli bir düşməni var. Bu düşmən olmasaydı, o çox əzəmətli bir insan olardı. Bu düşmənin adı tənbəllikdir.

S

  • Soyuq gülüşün dərinliyində əbədi güclü sevginin qaynar qığılcımları tapıla bilər.

Ş

  • Şəxsiyyəti valideyn, ruhu isə müəllim tərbiyə edir.

Y

  • Yaratmaq həzzindən yüksək həzz yoxdur.
  • Yaşamaq və öz varlığını heç nə ilə göstərməmək, bu mənim üçün dəhşətli görünür.
  • Yazıçının vəzifəsi ağıla və zövqə yalnız xoş anlar yaşatmaqdan ibarət deyil. Əgər onun əsərlərindən insan ruhuna heç bir fayda yoxdursa və insanlar heç bir nəsihət qazanmırlarsa, belə yazıçı ciddi ittihama məruz qalacaq.
  • Yoldaşlıqdan daha müqəddəs bağlılıq yoxdur! Ata öz uşağını sevir, ana öz uşağını sevir, uşaq atanı və ananı sevir. Amma bu o deyil, qardaşlar! Heyvan da öz balasını sevir. Amma qanla yox, ruhla bərabərləşməyi yalnız insan bacarar.

Xarici keçidlər