Benedikt Spinoza: Redaktələr arasındakı fərq
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 84: | Sətir 84: | ||
* Kim ki, hər şeyi yalmız qanun gücünə nizama salmaq istəyir - qüsurları düzəltməkdən daha çox qüsur doğurur. |
* Kim ki, hər şeyi yalmız qanun gücünə nizama salmaq istəyir - qüsurları düzəltməkdən daha çox qüsur doğurur. |
||
* Kədər insanı kamillik zirvəsindən endirir. |
* Kədər insanı kamillik zirvəsindən endirir. |
||
* Kədər- yaddaşda saxlanılan, eyni zamanda yaddaşın məhdudlaşdırdığı arzu olunan şeylərin mövcudluğunu istisna edən başqa şeylərə malik olmaq istəyi, yaxud həvəsidir. |
|||
== Q == |
== Q == |
16:38, 23 oktyabr 2019 tarixindəki versiya
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
Benedikt Spinoza - holland filosofu.
A
- Ağılla yaşanan həyatın sonu xoşbəxtliklə bitir.
- Allah bizə məhdud ağıl və hüdudsuz iradə verib, lakin elə bir həddə verib ki, onun bizi hansı məqsədlə yaratdığını öyrənə bilməyək.
- Avtoritetə istinad dəlil deyildir.
- Azad insan bütün başqa şeylərdən ən az ölüm haqqında düşünür.Onun müdrikliyi ölüm haqqında yox, həyat haqqında düşünməsindən ibarətdir.
- Azad insanın ölümdən daha az düşündüyü bir şey yoxdur.
- Azad ruha yox, hansısa başqa şeyə səbəb olan sevgi çox asanlıqla nifrətə çevrilir.
- Azadlıq dərk olunmuş zərurətdir. [1]
B
- Başa düşmə razılığın başlanğıcıdır.
- Bilməməzlik dəlil, cahillik isə arqument deyil.
Ə
Ən əhəmiyyətli fikirlər ölmək üçün deyil, yaşamaq üçündür.
F
- Fəlsəfə, ümumiləşdirilmiş bir riyaziyyatdır.
H
- Heç kim birinci olmaq istəyən, amma ola bilməyən şöhrətpərəst adam qədər yaltaqlıq düşgünü ola bilməz.
- Heç kim özünü alçaldan insanlar qədər həsəd aparmağa meyilli olmur.
- Həqiqət- həm özü, həm də yalan üçün sınaq daşıdır.
- Hər bir insan öz gücünün ölçüsünə görə hüquqa malikdir.
- Hər bir təyin bir inkar etmədir.
- Hər kəsin haqqı gücü qədərdir.
- Hərəkəti bilmək, səbəbi bilməkdən asılıdr.
- Həsəd aparma nifrətdən başqa bir şey deyildir. Çünki, özgəsinin bədbəxtliyi həzz gətirir, xoşbəxtliyi isə narazılıq.
- Həvəslə və istək arasındakı fərq ondadır ki, “istək” daha çox o insanlara aiddir ki, onlar öz həvəslərini dərk edirlər. Ona görə də belə demək olar: istək, dərk edilən həvəsdir.
- Həyatın üzünüzə gülməsini istəyirsinizsə, əvvəlcə ona xoş əhval- ruhiyə bəxş edin.
X
- Xoşbəxtlik- fəzilətə verilən mükafat yox, fəzilətin özüdür və ona görə yox ki, biz öz həvəslərimizi cilovlayarq xoşbəxtlikdən həzz alırıq, ona görə ki, xoşbəxtlikdən həzz almaq bizə ehtiraslarımızı cilovlamaq bacarığını verir.
- Xurafatın yaranmasına, yayılmasına və himayə edilməsinə səbəb qorxudur.
İ
- İnsan ehtirasları məğlub edərək tanrıya yaxınlaşar.
- İnsan ruhuna silahla deyil, məhəbbət və alicənablıqla qalib gəlmək olar.
- İnsanda onun azadlığı haqqında danışmaq, onun köləliyi haqqında danışmaqdan yaxşıdır.
- İnsanı susmağa məcbur etməklə onu öz fikrini dəyişdirməyə məcbur etmək olmaz.
- İnsanın mahiyyəti onun arzularında təzahür edir. [2]
- İnsanlar hesab edirlər ki, azaddırlar. Çünki, onlara öz ehtiraslarına tabe olmağa icazə verilmişdir. Onlar qanunlara görə yaşamağa məcbur ediləndə isə elə düşünürlər ki, öz hüquqlarından imtina edirlər.
- İnsanlar üçün hər şeydən faydalı dostluğu möhkəmləndirən şeyləri etməkdir.
K
- Kim ki, hər şeyi yalmız qanun gücünə nizama salmaq istəyir - qüsurları düzəltməkdən daha çox qüsur doğurur.
- Kədər insanı kamillik zirvəsindən endirir.
- Kədər- yaddaşda saxlanılan, eyni zamanda yaddaşın məhdudlaşdırdığı arzu olunan şeylərin mövcudluğunu istisna edən başqa şeylərə malik olmaq istəyi, yaxud həvəsidir.
Q
- Qaliblərin yaraları tez sağalır.
- Qəlblər silahla deyil, sevgi ilə fəth edilir. [3]
- Qısqanclıq, əldə ediləndən təkbaşına həzz almağın və onu əldə saxlamağın qayğısını çəkməkdir.
- Qorxu - iradənin zəifliyi nəticəsində yaranır.
- Qorxu, ruhun gücsüzlüyündən yaranır.
M
- Məlumatsızlıq bəhanə edilə bilməz.
- Müəyyən bir işi yerinə yetirə bilmədiyinizi düşünən andan onun yerinə yetirilməsi sizin üçün mümkün deyil.
N
- Nüfuzlu və mənsəbli şəxsə istinad etmək hələ sübut deyil.
R
- Ruha silahla yox, sevgi və comərdlikdə qalib gəlmək olar.
S
- Sevgi nə qədər böyük olsa, kədəri də bir o qədər böyük olacaq. [4]
- Son dərəcə məğrurluq, yaxud alçalma, son dərəcə özünü tanımamaqdır.
- Sülh müharibənin olmamasından yox, möhkəm ruhdan irəli gələn fəzilətdən yaranır.
Ş
- Şey ona görə həqiqliyini itirmir ki, çoxları tərəfindən qəbul edilməyib.
T
- Təbiətdə "pis" olaraq xarakterizə edilə biləcək heç bir hadisə olmaz.
- Təcrübə çox vaxt bizə sübut edir ki, insanların ən az hakim olduğu şey dilləridir.
Y
- Yalançı dindarlıqdan irəi gələn hər şey qorxaq ruhun fantaziyasından və sayıqlamalarından başqa bir şey deyildir.
- Yalnız qalanda kiminlə qaldığını dəqiq bilməlisən.
- Yanlış izah edilməməsi üçün heç nəyi dəqiqliklə demək mümkün deyil.
- Yarış, bizə görünən şeylərin təsiri altında yaranmış bir şeyi bizim, eləcə də başqalarının istəməsidir.
İstinadlar
- ↑ Aforizmlər: seçilmişlərdən seçilmişlər. Prof. Dr. Səlahəddin Xəlilovun təqdimatında. Bakı: Çaşıoğlu, 2012, səh. 433
- ↑ Aforizmlər: seçilmişlərdən seçilmişlər. Prof. Dr. Səlahəddin Xəlilovun təqdimatında. Bakı: Çaşıoğlu, 2012, səh. 36
- ↑ Aforizmlər: seçilmişlərdən seçilmişlər. Prof. Dr. Səlahəddin Xəlilovun təqdimatında. Bakı: Çaşıoğlu, 2012, səh. 204
- ↑ Aforizmlər: seçilmişlərdən seçilmişlər. Prof. Dr. Səlahəddin Xəlilovun təqdimatında. Bakı: Çaşıoğlu, 2012, səh. 215
Mənbə
Xəzinə. Bakı: 1997