Çarlz Darvin: Redaktələr arasındakı fərq

Vikisitat saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 7: Sətir 7:
* Bircə saatın qədrini bilməyən həyatın tam qiymətini başa düşə bilməz.
* Bircə saatın qədrini bilməyən həyatın tam qiymətini başa düşə bilməz.
* Brend içib sərxoş olan meymun ona bir daha toxunmayacaq. Bu vəziyyətdə meymun əksər insanlardan daha ağıllıdır.
* Brend içib sərxoş olan meymun ona bir daha toxunmayacaq. Bu vəziyyətdə meymun əksər insanlardan daha ağıllıdır.
* Bütün həyatım boyu mənim əsas həzzim və yeganə məşğuliyyətim elmi iş və ondan irəli gələn həyəcan olub ki, o da mənim pis əhvalımı bir müddət unutmağa və ya tamamilə aradan qaldırmağa imkan vermişdir.

== C ==
== C ==
* Cütləşmədən əvvəl insan atların, öküzlərin və itlərin xarakterini və cinsini diqqətlə öyrənir. Söhbət öz nikahından gedirsə, insan nadir hallarda belə ehtiyatlılıq nümayiş etdirir, bəzən isə onu heç də göstərmir.
* Cütləşmədən əvvəl insan atların, öküzlərin və itlərin xarakterini və cinsini diqqətlə öyrənir. Söhbət öz nikahından gedirsə, insan nadir hallarda belə ehtiyatlılıq nümayiş etdirir, bəzən isə onu heç də göstərmir.

16:01, 29 oktyabr 2019 versiyası

Çarlz Darvin

Çarlz Robert Darvin (1809-1882) - İngilis təbiətşünası və səyyahı,



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A

  • Avaraçılıqdan dözülməz heç nə yoxdur.

B

  • Bircə saatın qədrini bilməyən həyatın tam qiymətini başa düşə bilməz.
  • Brend içib sərxoş olan meymun ona bir daha toxunmayacaq. Bu vəziyyətdə meymun əksər insanlardan daha ağıllıdır.
  • Bütün həyatım boyu mənim əsas həzzim və yeganə məşğuliyyətim elmi iş və ondan irəli gələn həyəcan olub ki, o da mənim pis əhvalımı bir müddət unutmağa və ya tamamilə aradan qaldırmağa imkan vermişdir.

C

  • Cütləşmədən əvvəl insan atların, öküzlərin və itlərin xarakterini və cinsini diqqətlə öyrənir. Söhbət öz nikahından gedirsə, insan nadir hallarda belə ehtiyatlılıq nümayiş etdirir, bəzən isə onu heç də göstərmir.

D

  • Düşüncələrimizi idarə edə biləcəyimizi başa düşdükdə, mənəvi mədəniyyətin mümkün olan ən yüksək mərhələsinə ucalmış oluruq.

Ə

  • Əxlaqlar üzərində müşahidə aparmağa, kitab oxuyandan sonra başladım.
  • Ən güclü, ən ağıllı insan yox, dəyişikliklərə ən yaxşı uyğunlaşan insan sağ qalır.

H

  • Həyatımın ikinci yarısında dini inamsızlığın və ya rasionalizmin yayılmasından daha diqqətəlayiq bir şey yoxdur.
  • Hörmət edə bilməyəcəyin adamala heç vaxt dostluq etmə.

İ

  • İnsan ruhunun ölməzliyini tam qəbul edənlər üçün dünyanın məhvi bir o qədər qorxulu görünməyəcək.
  • İnsana gördüyü işlərin müqabilində qiymət verilir.
  • İnsanın heyvanlardan ən güclü fərqləndirici cəhəti mənəvi hiss və ya vicdan təşkil edir. Və onun üstünlüyü qısa, lakin qüdrətli və son dərəcə ifadəli “olmalıdır” sözü ilə ifadə olunur.
  • İnsanın yavaş tərəqqi etməsi nə qədər alçaldıcıdır.
  • İşsizlik kimi dözülməz heç nə yoxdur.

K

  • Kilsə nümayəndələrinin mənə necə təcavüz etdiyini xatırlayanda, nə vaxtsa keşiş olmaq niyyətində olmağım gülməli görünür.
  • Kişi öz düşüncəsinin dərinliyi, xəyal gücü, ağıl sağlamlığı ilə qadını üstələyir və duyğularından və əl çevikliyindən istifadə etməkdə böyük mükəmməlliyə çatır.

Q

  • Qızarmaq qabiliyyəti bütün insan xüsusiyyətlərinin ən xarakterik və ən çox insani keyfiyyətidir.

M

  • Mən ancaq onu deyə bilərəm ki, bu əzəmətli və ecazkar kainatın bizim özümüzü dərk etmə ilə birlikdə təsadüfən yaranmasını təsəvvür etməsinin mümkün olmaması, mənə Allahın varlığının lehinə əsas dəlil kimi görünür, amma bu arqumentin real dəyəri olub-olmadığına heç vaxt qərar verə bilmirəm. Bilirəm ki, əgər əsas səbəbi etiraf etsək də, ağıl hələ də kainatın haradan və necə əmələ gəldiyini öyrənməyə can atacaq/
  • Mən oxuduğum və konspektini tutduğum cürbəcür kitabların siyahısını nəzərdən keçirəndə öz əməksevərliyimə məəttəl qalıram.
  • Mənə elə gəlir ki, dünyada cinslərin varlığından böyük sirr yoxdur.

Ş

  • Şöhrət, şərəf, zövq və zənginlik haqqında söhbətlər sevgi ilə müqayisədə çirkli sözlərdir.

T

  • Təbiətin dəyişməz qanunlarını daha çox dərk etdikcə, möcüzələr bizim üçün daha inanılmaz olur.
  • Törəyib artın, dəyişin. Qoy güclülər sağ qalsın, zəiflər ölsün.

V

  • Vaxtını bir saat boşuna sərf etməyə cəsarət edən insan həyatının qiymətin hələ dərk etməmişdir.

Y

  • Yerin yaranmasını təsadüflə izah etmək, sanki lüğətin mənşəyinin mətbəədə baş verən partlayışla izah etmək kimidir.

İstinadlar

Xarici keçidlər

Vikianbarda Çarlz Darvin ilə əlaqəli mediafayllar var.

Vikipediyada Çarlz Darvin haqqında məqalə var.