Albert Eynşteyn: Redaktələr arasındakı fərq

Vikisitat saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 181: Sətir 181:
* İnsan yalnız özünə qalib gəldikdə yaşamağa başlayır.
* İnsan yalnız özünə qalib gəldikdə yaşamağa başlayır.
* İnsanın dəyəri verdikləri ilə ölçülür, nail olduqları ilə yox. Çalışın, bəxtəvər insan yox, dəyərli insan olun.
* İnsanın dəyəri verdikləri ilə ölçülür, nail olduqları ilə yox. Çalışın, bəxtəvər insan yox, dəyərli insan olun.
* İnsanın əsl dəyəri, ilk növbədə, özünün "Mən"indən imtina edə bildiyi ölçü və məna ilə müəyyən edilir.
* İnsanlar çox ağıllı və çox yavaşdırlar, kompüterlər çox sürətli amma çox axmaqdırlar.
* İnsanlar çox ağıllı və çox yavaşdırlar, kompüterlər çox sürətli amma çox axmaqdırlar.
* İnsanları öyrətməyin yeganə ağıllı yolu onlara nümunə göstərməkdir.
* İnsanları öyrətməyin yeganə ağıllı yolu onlara nümunə göstərməkdir.

17:32, 29 oktyabr 2019 versiyası

Wikipedia logo
Wikipedia logo
Albert Eynşteyn haqqında Vikipediyada məqalə var.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

A

  • Aclıqdan qarnı quruldayandan dürüst siyasətçi olmaz.
  • Axmaqlıq və dahilik arasındakı fərq: dahiliyin sərhədlərinin olmasıdır.
  • Axmaqlığın ən böyük dəlili, eyni şeyi dəfələrlə edib fərqli bir nəticə əldə etməyi ümid etməkdir.
  • Ağıllı və yaxşı niyyətli insanlara xas bir ada olması üçün nələr verməzdim; elə bir yer olsa mən də vətənpərvər olardım.
  • Aldanılmağa məruz qalmayan xoşbəxtliyin nə olduğunu bilməz.
  • Alimlər dua edirmi?
  • Allah anonimliyini təsadüflərin köməyi ilə saxlayır.
  • Allah zər atmaz.
  • Amansız baxışları olan qocanı bu dünyada öz ideyalarına inamından başqa yuxuya apara biləcək bir illüziya yoxdur.
  • A-nı həyatda müvəffəqiyyət olaraq təyin edək, o zaman A = X + Y + Z' dir; X çalışmaq, Y oyun, Z isə susmağı bilməkdir.
  • Ancaq başqaları üçün yaşanılan həyat,yaşamağa dəyər həyatdır.
  • Arzulamaq bilməkdən daha əhəmiyyətlidir.
  • Ayrıca bir insanın həyatı yalnız başqalarının həyatını daha gözəl və daha nəcib etməyə kömək etdiyi dərəcədə mənalı olur. Həyat müqəddəsdir; necə deyərlər, bütün başqa dəyərlərin tabe olduğu ali dəyərdir.

B

  • Barmağı ilə səmanı göstərənin barmağına yalnız axmaq adam baxır.
  • Belə olacağını bilsəydim, bir ayaqqabı təmirçisi olardım. (Hiroşima və Nagasakiyə atılan atom bombaları sonrasında verdiyi bildiriş)
  • Beynəlxalq qanunlar yalnız beynəlxalq qanunlar toplusunda mövcuddur.
  • Bəzən müftə alınan şey üçün daha çox ödəyirlər.
  • Bəzi kişilər qadınları anlamağa çalışar, digərləri özlərini daha sadə mövzulara həsr edərlər.
  • Bir alim səhvini görəndə mimoza, başqasının səhvini aşkarlayanda böyüyən aslan kimidir.
  • Bir xətanı ikinci dəfə təkrar etməyən ən mükəmməl insandır.
  • Bir insanın fikirləri kitabın köməyi ilə milyonlarla insana çatdırıla bilər.
  • Bir qum dənəsinin sirrini bilsəydik, bütün dünyanın sirrini öyrənmiş olardıq.
  • Bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır.
  • Bir sistem mövcud bir sistem çərçivəsində həll edilə bilməyən bir məsələ ilə qarşılaşdıqda dağılır.
  • Bizim hamımız Allah qarşısında eyni dərəcədə müdrik və eyni dərəcədə axmağıq.
  • Bizim hamımız dahiyik. Ancaq balığı ağaca çıxmaq qabiliyyətinə görə mühakimə etsəniz, o, özünü axmaq hesab edərək bütün həyatını yaşayacaq.
  • Böyük gücə sahib suveren dövlətlər olduğu müddətcə müharibə qaçınılmazdır.
  • Bu dağın ucuna kimi getməkdən qorxma, çünki meyvə ordadır.
  • Bu dünyada bir uşaq belə xoşbəxt olmadığı müddətcə böyük kəşflər və yüksəlişlər heçdir.
  • Bu dünyada ən anlaşılmaz şey onun anlaşılan olmasıdır.
  • Bu dünyada məni bir neçə adam anladı, onlar da səhv anladı.
  • Bu dünyada məni bir şey həyəcanlandırır: Kim dəlidir - mən və ya başqaları?
  • Bugünə köklənin: gözəl bir qızı öpərkən avtomobil idarəedən birisi həmin öpüş sahibinə haqq etdiyi diqqəti verməyi bacarmalıdır.
  • Bütün insani dəyərlərin təməli əxlaqdır.
  • Bütün insanlar yalan danışırlar. Ancaq bu qorxulu deyil. Çünki, insanlar bir-birinə qulaq asmırlar.

C

  • Cazibə qüvvəsi dəli kimi aşiq olanlara təsir etmir.
  • Cəmiyyətdə hakim olan xurafata zidd fikirləri sakitcə ifadə etməyə çox az adam qadirdir. İnsanların əksəriyyəti hətta belə bir fikir formalaşdıra bilmirlər.
  • Cəmiyyətin bütün dəyəri bir fərdin rifahı üçün yaradılan imkanlara görə ölçülür.

Ç

  • Çətinliklərin və problemlərin arasında əlverişli imkan gizlənir.
  • Çox ağıllı olduğumdan deyil, yalnız problemlərin üstündə daha çox dayanıram.

D

  • Dahiliyim çox ağıllı olduğuma görə yox, sadəcə problemlərin həllinə çox vaxt sərf etməyimdədir.
  • Dahiliyin mütləq bir sərhədi vardır, axmaqlığın əsla.
  • Dahiliyin 10′da 1′i qabiliyyət 10′da 9′u da çalışmaqdır.
  • Dahilik ilə axmaqlıq arasındakı fərq, dahiliyin sərhədlərinin olmasıdır.
  • Dəlilik eyni şeyi təkrar təkrar edib fərqli nəticələr gözləməkdir.
  • Dəniz xəstəliyini məndə dəniz yox, insanlar törədir. Ancaq qorxuram, çünki, elm hələ bu xəstəliyə bir çarə tapmamışdır.
  • Dəyər yaradın: Nailiyyətlər qazanmağa deyil, dəyərli olmağa çalışın.
  • Dini inkar edən elm topal, elmi inkar edən din kordur.
  • Dinsiz elm kor, elmsiz din isə topaldır.
  • Divarı alınla deşmək üçün ya böyük sürət, ya da çoxlu alın lazımdır.
  • Dünəndən öyrən, bu gün üçün yaşa, sabah üçün ümid et. Əsas odur ki, sual verməyə davam edin.
  • Dünya; pislik edənlər deyil, tamaşaçı qalıb heç bir şey etməyənlər üzündən təhlükəli bir yerdir.
  • Dünya şər işlər törədən insanlara görə yox, bunu seyr edib heç nə etməyən insanlara görə təhlükəlidir.
  • Dünyada bir dənə dahi uşaq bədbəxt olduğu müddətcə, böyük icadlar və irəliləmələr yoxdur.
  • Dünyada hər şey enerjidir. Enerji hər şeyin əsasını təşkil edir. Əgər siz özünüz üçün yaratmaq istədiyiniz reallığın enerji tezliyinə uyğunlaşarsınızsa, o zaman məhz uyğunlaşdırdığınız tezliyi alacaqsınız. Bu fəlsəfə yox, fizikadır.
  • Dünyanı güclə saxlamaq olmaz. Buna yalnız dərk etməklə nail olmaq olar.
  • Dünyanı təxəyyül çevirər.

E

  • Elm atom bombasını kəşf etdi,lakin əsl pislik insanların beyinlərində və qəlblərindədir.
  • Etməli olduğunuz iki şey var: Birincisi, oynadığınız oyunun qaydalarını öyrənmək; ikincisi isə oyunu hər kəsdən yaxşı oynamağı istəmək.
  • Eşq, vəzifədən daha yaxşı bir müəllimdir.
  • Eşqə düşməyə görə məsuliyyəti cazibə qüvvəsi daşımır.
  • Eyni şeyi dəfələrlə edib fərqli nəticələr gözləyən insan axmaqdır. Axmaqlarla dolu dünya dözülməzdir. Çünki dahiliyin mütləq bir sərhəddi vardır, lakin axmaqlığın isə əsla …
Sual verməyə son qoymayın.Hər şeyi bilmək həvəsi insana elə-belə verilməyib.

Ə

  • Əksər insanlar səhv etməkdən qorxaraq yeni heç nə etmirlər. Amma bundan qorxmaq lazım deyil. Çünki, məğlub olan insan necə qalib gəlməyi tez uğur qazanan insandan daha çox biləcəkdir.
  • Əgər ağıla qarşı günah işlədilməsə, heç nəyə nail olmaq olmaz.
  • Əgər bir adam marşla uyğunlaşma içində yeriyə bilirsə, o dəyərsiz bir varlıqdır. özünə yalnız bir onurğa iliyi kafi ola biləcəyi halda səhvən bir beyni olmuşdur onun. Sivilizasiyanın bu quru ləkəsi ən qısa müddətdə yox edilməlidir. Əmrlə gələn qəhrəmanlıqdan, şüurlu və şüursuz şiddətdən, axmaqca vətənpərvərlikdən, bütün bunlardan nifrət edirəm. Mən döyüşü və o soyuq silahları elə iyrəndirici və alçaldıcı hesab edirəm ki belə iyrənc bir hərəkətə qatılmaqdansa özümü yox edərəm daha yaxşıdır. Mənim anlayışıma görə sıravi bir cinayət, döyüşdə adam öldürməkdən daha pis deyil.
  • Əgər xoşbəxt həyat sürmək istəyirsinizsə, insanlara və şeylərə yox, məqsədə bağlanmalısınız.
  • Əgər ideya ilk məqamda absurd görünmürsə, o ümidsizdir!
  • Əgər masanın üstündəki qarışıqlıq başdakı qarışıqlığı bildirirsə, o zaman boş masa nəyi bildirir?
  • Əgər nə etdiyimizi bilsəydik, buna araşdırma deyilməzdimi?
  • Əgər nə vaxtsa dünya ilə sevgi arasında seçim etmək məcburiyyətində qalsanız, unutmayın ki, əgər dünyanı seçsəniz, sevgisiz qalacaqsınız, sevgini seçsəniz, bütün dünyanı fəth edə bilərsiniz.
  • Əgər nisbilik nəzəriyyəsi təsdiqlənərsə, onda almanlar mənim alman, fransızlar isə dünya vətəndaşı olduğumu deyəcəklər; əgər mənim nəzəriyyəm təkzib olunarsa, fransızlar məni alman, almanlar isə yəhudi elan edəcəklər.
  • Əgər oyunun qaydalarını öyrənsəniz, o zaman hər kəsdən yaxşı oynayacaqsınız.
  • Əgər problemi yaradan kimi düşünürsənsə, o problemi heç vaxt həll edə bilməyəcəksən.
  • Əgər siz nəyisə altı yaşlı uşağa başa sala bilmirsinizsə, siz özünüz də bunu başa düşmürsünüz.
  • Əmrlə gələn qəhrəmanlıqdan, şüursuz şiddətdən, axmaqca vətənpərvərlikdən - bütün bunlardan necə də nifrət edirəm.
  • Ən böyük axmaqlıq, eyni şeyi edib fərqli nəticənin alınmasına ümid etməkdir.
  • Ən qiymətli kəslər təvazökar olanlardır.
  • Ən pis tale heç kimin taleyi olmamaqdır...
  • Əslində hər kəs dahidir. Amma bir balıqdan ağaca dırmanmaq istedadı tələb olunarsa, o, bütün ömür boyu özünü axmaq hiss edəcək.
  • Əslində mən gələcəyi heç düşünmədim və düşünmürəm çünki gələcək düşünməsək də gələcək...
  • Əvvəlcə oyunun qaydalarını öyrənmək lazımdır,sonra hamıdan yaxşı oynamağa başlamaq.

G

  • Gerçək yalnız bir illüziyadır, amma bitmək bilməyən bir illüziya.
  • Gerçəyi axtarmaq onu əldə etməkdən daha qiymətlidir.
  • Gələcəkdə müvəffəqiyyətli olacaq insanlar, keçmişdən çalışaraq çatmalıdır.
  • Gəncliyimizdə düşüncələrimizi meydana gətirən bütün mövzular sevgiylə əlaqədardır. Sonraları isə bütün sevgilərimiz düşüncələrimiz olar.
  • Gəlir vergisi bəyannaməsi vermək üçün bir filosof olmaq lazım. Bir riyaziyyatçı öhdəsindən gələ bilməz.
  • Gözəl bir qızı öpərkən avtomobili düzgün idarə edə bilən bir kişi, öpüşün haqqını vermir deməkdir.
  • Gözəl bir qızla eşqbazlıq edərkən bir saat bir saniyə kimi gəlir. Qızğın bir közün üzərində oturarkən bir saniyə bir saat kimi gəlir. Izafilik budur.
  • Gözəl gənclər təbiətin əsəridir, gözəl yaşlılar isə sənətin.
  • Gündə yüz dəfə özümə iç və xarici həyatımın, yaşayan ya da ölü başqa insanların əməyinə söykəndiyini xatırladıram; çox dərinlərə dalmadan gündəlik həyatdan bilirik ki, bir insan başqaları üçün vardır.

H

  • Hamı bilir ki, bu mümkün deyil. Amma bunu bilməyən bir cahil ortalığa çıxır və kəşfi də o edir.
  • Heç bir problemi onun yaradıldığı şüur səviyyəsində həll etmək mümkün deyil.
  • Heç vaxt səhv etməyən insan, heç vaxt yeni şeylər sınaqdan keçirməyib.
  • Həddindən artıq olmamaq şərti ilə hər şey mümkün qədər sadələşdirilməlidir.
  • Həqiqət, təcrübə sınağından keçmiş şeydir.
  • Həqiqətlə müqayisə edildiyində, elmdə çatdığımız səviyyə primitivdir, uşaq oyuncağıdır. Amma sahib olduğumuz ən qiymətli şey odur.
  • Hər döyüş insanlığın irəliləməsini maneə törədən pislik zəncirinə bir halqa əlavə edər.
  • Hər hansı bir sahədə uğur qazanmaq işdən, oyundan və dilini saxlamaq bacarığından ibarətdir.
  • Həyat, velosiped sürmək kimidir. Tarazlığını saxlamaq üçün hərəkət etməlisən.
  • Həyat yalnız iki şey üçün gözəldir; riyaziyyatı kəşf etmə və öyrətmə.
  • Həyatda səhv etməmiş insan, demək bu həyatdan həç bir şey öyrənməmişdir.
  • Həyatda yaşamağın iki üsulu var. Birinci üsul ondan ibarətdir ki, güya dünyada möcüzə yoxdur. İkinci üsul- güya bütün ətrafımız möcüzələrlə doludur.
  • Həyatı yaşamanın iki yolu var. Biri heç bir şey möcüzə deyilmiş kimi yaşamaq... Digəri hər şey möcüzəymiş kimi yaşamaq.
  • Həyatın mənası yalnız başqalarına həsr olunmuş həyatdadır.
  • Həyatınızda kiçik bir şeyi dəyişdirmək istəyirsinizsə-münasibətinizi, böyük dəyişikliklər istəyirsinizsə, düşüncənizi dəyişdirin.
İki şeyin sonsuz olduğunu bilirəm; kainat və axmaqlıq. Birincisindən çox da əmin deyiləm.

X

  • Xəyal bilikdən daha vacibdir. Bilik məhduddur, xəyal isə bütün dünyanı əhatə edir, təkamül yaradan tərəqqini stimullaşdırır.
  • Xəyal ən vacib şeydir, o, həyatımıza cəlb etdiklərimizin əksidir.
  • Xoşbəxt olmaq istəyirsənsə, bir məqsədə bağlan; insanlara ya da əşyalara deyil.

İ

  • İki atı eyni zamanda sürə bilməzsiniz. Nəsə edə bilərsiniz, amma hər şeyi edə bilməzsiniz. İndiki zamana köklənin və bütün enerjinizi bu an gördüyünüz işə sərf edin.
  • İki şeyin sonsuz olduğunu bilirəm: kainat və insanın axmaqlığı. Birincisindən çox da əmin deyiləm.
  • İnanmamaqdan inanmaq daha yaxşıdır, çünki inamla hər şey mümkün olur.
  • İntellekti ilahiləşdirmək lazım deyil. O, güclü əzələyə malik, lakin simasız bir şəxsiyyətdir.
  • İntellektual inkişaf doğum anından başlamalı və yalnız ölümlə dayandırılmalıdır. Məlumatın haradan alındığını və ondan necə istifadə ediləcəyini bilmək uğurun sirridir.
  • İnsan eşitdikləri və dedikləri ilə deyil, zəhməti və yaradıcılığı ilə kamilləşər.
  • İnsan - özünü, düşüncələrini və hisslərini bütün dünyadan ayrı hiss edir - və bu onun optik illüziyasıdır. Bu illüziya istəklərimizi məhdudlaşdıraraq bizim üçün bir zindan oldu. Bizim vəzifəmiz hər bir canlıya, bütün dünyaya qədər iştirak dairəmizi genişləndirərək bu həbsxanadan azad olmaqdır. Heç kim bu işi sona qədər başa çatdıra bilməz, ancaq bu məqsədə çatmaq üçün cəhdlər qurtuluşun bir hissəsidir.
  • İnsan səylərindən ən mühümü-mənəviyyata cəhd etməkdir. Bizim daxili sabitliyimiz, mövcudluğumuz ondan asılıdır. Həyatımıza gözəllik və ləyaqət verən yalnız əməllərimizdəki mənəviyyatdır. Təhsilin əsas vəzifəsi onu canlı qüvvəyə çevirmək və əhəmiyyətini aydın dərk etməyə kömək etməkdir.
  • İnsan yalnız özünə qalib gəldikdə yaşamağa başlayır.
  • İnsanın dəyəri verdikləri ilə ölçülür, nail olduqları ilə yox. Çalışın, bəxtəvər insan yox, dəyərli insan olun.
  • İnsanın əsl dəyəri, ilk növbədə, özünün "Mən"indən imtina edə bildiyi ölçü və məna ilə müəyyən edilir.
  • İnsanlar çox ağıllı və çox yavaşdırlar, kompüterlər çox sürətli amma çox axmaqdırlar.
  • İnsanları öyrətməyin yeganə ağıllı yolu onlara nümunə göstərməkdir.

K

  • Keçmiş, indiki və gələcək arasındakı fərq israrlı bir şey olsa da, sadəcə bir xəyaldır.
  • Keçmişdən öyrənin, bu gün üçün yaşayın, gələcək üçün isə ümid edin.
  • Kitabda tapa biləcəyinizi heç vaxt yadda saxlamayın.
  • Kütlənin ardınca gedən kütlənin çatdığı yerə qədər gedə bilər, amma ondan uzağa yox. Təkbaşına isə heç kimin heç vaxt getmədiyi yerlərə gedib çıxmaq olar.

Q

  • Qanunların boğazına dolanıb dibə batmaqdansa, oportunist olub suyun üstündə qalmağı seçərəm.
  • Qarşıqlıqda sadəlik, ixtilafda harmoniya, çətinliklərdə isə imkan tapın.
  • Qarşılaşacağınız ən gözəl həyat bilinməyəndir.
  • Qayda axmaqlar üçündür. Dahi xaos üzərində hakimlik edir.
  • Qiymətli olan hər şey ölçülə bilməz, ölçülə bilən hər şey qiymətli deyil.
  • Qızmış sobanın üstündə bir dəqiqə oturanda adama elə gəlir ki, bir saat keçdi. Amma gözəl bir qız dizinin üstündə bir saat oturanda isə sanki bir dəqiqə keçdi. Nisbilik nəzəriyyəsi.
  • Qohumlarla bağlı çox şey söyləmək olar ... və demək lazımdır, çünki bunu çap etmək olmaz.
  • Qoyun sürüsünün qüsursuz üzvü olmaq üçün ilk növbədə qoyun olmaq lazımdır.
Gəncliyimizdə düşüncələrimizi meydana gətirən bütün mövzular sevgiylə əlaqədardır. Sonraları isə bütün sevgilərimiz düşüncələrimiz olar.

M

  • Məkan və zaman varlığımızın şərtləri yox, düşüncəmizin ölçüsüdür. Saat və təqvimlər vasitəsilə qəbul etdiyimiz zaman yalnız insana və dünyanın təfsirinə aid olan bir ixtiradır.
  • Mən atomu insanlığa xidmət etmək üçün kəşf etdim. Onlar bomba edib bir-birlərini yox etdilər.
  • Mən dahi olmamaq üçün həddindən artıq dəliyəm.
  • Mən gələcəyi düşünmürəm - kifayət qədər tez gəlir onsuz da.
  • Mən heç vaxt gələcək haqqında düşünmürəm. O özü, həm də kifayət qədər tez gəlir.
  • Mən iki müharibə, iki arvad və Hitleri görmüşəm.
  • Mən müharibəni elə diksinti verici və alçaldıcı görürəm ki,belə iyrənc bir hərəkətə qatılmaqdansa özümü parçalayıb yox etmək daha yaxşı.
  • Mən ölümə nə vaxtsa qaytarılacaq köhnə borc kimi baxmağı öyrəndim.
  • Mən özümü və özümün düşüncə tərzini araşdıranda, mən belə bir qərara gəlirəm:təsəvvür,xəyal və fantaziyalarım mənim üçün daha dəyərlidir, nəinki bütün başqa bildiklərim.
  • Mən sülh üçün döyüşmək istəyirəm.
  • "Mən vəzifəmi burada bitirirəm."Son sözləri
  • Mən yaxşı bilirəm ki, mənim xüsusi bir istedadım yoxdur. Özünütənqidlə birlikdə maraq, zəhlə tökmək və davamlı dözümlülük məni öz ideyalarıma gətirib çıxardı.
  • Mən yaşayıram və xoşbəxt olmağımınn əsas səbəbi də budur.
  • Mənə güvənilən bir sirri müqəddəs bir əmanət kimi saxlayaram, amma sirləri əlimdən gəldiyi qədər bilməməyə çalışaram.
  • Məni ağıllı insan hesab edirlər. Bu, əsində mənim problemlər üzərində daha çox düşünməyimdən irəli gəlir.
  • Məni dalana dirəyən sual: mən dəliyəm, yoxsa ətrafımdakılar?
  • Mənim anlayışıma görə, adi bir cinayət, müharibədə adam öldürməkdən daha pis deyil.
  • Mənim oxumağıma yeganə əngəl təhsil almağımdır.
  • Mənim üçün "Allah" sözü yalnız insan zəifliyinin təzahürü və məhsuludur, İncil isə hörmətli, lakin yenə də uşaqlıqdan bəhs edən ibtidai əfsanələr toplusudur. Heç bir, hətta ən mürəkkəb şərh belə mənim fikrimi dəyişə bilməz
  • Məntiq sizi yalnız A nöqtəsindən B nöqtəsinə aparar. Xəyal gücü isə hər yerə.
  • Milliyətçilik bir uşaq xəstəliyidir - bəşəriyyətin qızılcası.
  • Möhtəşəm beyinlər daim adi beyinlərin şiddətli müxalifətiylə qarşılanmışlar.
  • Musiqi sədaları altında cərgədə addımlayanlara nifrət edirəm. Belələrinə əsas beyin səhvən verilib və onlar üçün onurğa beyni kifayət edərdi. Sivilizasiyanın bu cür rüsvayçılığına son qoyulmalıdır. Vətənpərvərlik adlanan və komanda ilə edilən qəhrəmanlığa, mənasız qəddarlığa və iyrənc mənasızlığa, müharibənin amansızlığına, mənasızlığına nifrət edirəm. Müharibə nə qədər amansız və mənasızdır. Mən tikə-tikə olmağı bu çirkin hərəkətin bir hissəsi olmaqdan üstün tuturam. Mən möhkəm əminəm ki, müharibə adı altında törədilən qətl elə qətl olaraq qalır.
  • Müasir dünyada insan azadlığını krossvord həll edənin azadlığına bənzədirəm: nəzəri cəhətdən krossvord həll edən istənilən sözü krossvorda yaza bilər, amma o yalnız bir söz yazmalıdır ki, krossvord həll edilsin.
  • Müvəffəqiyyətli bir insan olmağa çalışmayın, dəyərli bir insan olmağa çalışın. Müvəffəqiyyətli bir insan həyata verdiyindən çoxunu geri alır, qiymətli bir insan isə həyatdan aldığından artığını geri verir.

N

  • Necə də kədərli bir dövrandır. Nüvəni bölmək xurafatdan imtina etməkdən daha asandır
  • Nə edirsinizsə, onu bacardığınız qədər sadə edin, amma qətiyyən bəsit yox.
  • Nəzəriyyə - hər şey məlumdur, amma heç nə işləmir. Praktika- hər şey işləyir, amma niyə işlədiyini heç kim bilmir. Biz nəzəriyyəni və praktikanı birləşdiririk: heç nə işləmir... və niyə işləmədiyini də heç kim bilmir!
  • Nikah, təsadüfi epizoddan möhkəm və uzunmüddətli nə isə yaratmaq cəhdidir.
  • Nisbilik nəzəriyyəsi ilə riyaziyyatçılar məşğul olmağa başladıqdan sonra artıq mənim özüm də bu nəzəriyyəni başa düşə bilmirəm.

O

  • Oyunda udmaq üçün hər şeydən əvvəl oynamaq lazımdır.

Ö

  • Ön mühakimələri yox etmək, atom nüvəsini parçalamaqdan daha çətindir.
  • Öz gözüylə görən və öz ürəkləriylə hiss edənlər çox azdır.
  • Öz həyatının və digər bənzər canlıların həyatının mənasız olduğunu düşünən insan; yalnız talehsiz olmaqla qalmayıb, həyat üçün də haradasa qeyri-kafidir
  • Özünü tapan insan başqalarının fikirlərindən asılılığını itirir.

P

  • Problem var, həlli yoxdur. Bunu hamı bilir. Gözlənilmədən, problemin həllinin olmadığını bilməyən birisi meydana çıxır və problemi həll edir.

R

  • Reallıqla mübarizədə yeganə silahımız fantaziyadır.
  • Riyaziyyat, özünü aldatmağın ən mükəmməl üsuludur.

S

  • Sağlam düşüncə- bu, on səkkiz yaşına qədər qazanılmış yanlış fikirlərin cəmidir.
  • Səhv etməyən insan yoxdur; insanlıq bütün səhvləri qəbul etmək və onları düzəltməklə yaranır.
  • Sərhədlərini bir dəfə genişləndirən ağıl, heç vaxt əvvəlki halına qayıtmayacaqdır.
  • Sizin fantaziyanız gerçəkliyə çevrilən həyatınızın müjdəçisidir.
  • Sizcə hər şey çox sadədir? Bəli, hər şey sadədir. Ancaq tamamilə yox.
  • Sizin gerçək dəyəriniz insanlara qarşı bəslədiyiniz hisslərlə, iş və hərəkətlərinizlə, həm də özləri ilə birlikdə onlara edəcəyiniz yaxşılıqlarla ölçülür.
  • Son arı yoxa çıxdıqdan sonra insan yalnız bir neçə il yaşayacaq.
  • Sual vermək çox vacibdir. Maraq insana təsadüfən verilməmişdir. Ağıllı insanlar həmişə suallar verirlər. Həlli tapmaq üçün özünüzdən və digər insanlardan soruşun. Bu, sizin yeni bir şey öyrənməyinizə kömək edəcək, səviyyənizin təhlil edilməsinə imkan verəcəkdir.
  • Sual verməyə son qoymayın.Hər şeyi bilmək həvəsi insana elə-belə verilməyib.
Dini inkar edən elm topal, elmi inkar edən din kordur.

Ş

  • Şöhrətim çox olduqca, bir o qədər də kütləşirəm və şübhəsiz ki, ümumi qayda belədir.

T

  • Tanrı kəlməsi mənim üçün insanın zəifliyinin bir ifadəsi və məhsulundan başqa bir şey deyil. İncil də ulu bir kitabdır, amma primitiv əfsanələrdən ibarət bir kolleksiyadır və eyni zamanda olduqca uşaq dilindədir.
  • Texnologiyaların sadə insan ünsiyyətini üstələyəcəyi günün mütləq gələcəyindən qorxuram. O halda dünya yaramazlardan, gicbəsərlərdən ibarət bir nəsildən ibarət olacaq.
  • Teleqraf çox uzun pişik kimi bir şeydir: siz onun quyruğunu Nyu-Yorkda dartırsınız, başı isə Los Ancelesdə miyoldayır. Radio da eynidır: müəyyən bir yerdən siqnalı ötürürsən, o, başqa yerdə qəbul olunur. Yeganə fərq- burada heç bir pişik yoxdur.
  • Təbliğatla zəhərlənmədikləri müddətcə, kütlələr, əsla, döyüş tərəfdarları deyil.
  • Təhsil, insanın məktəbdə öyrəndiyi hər şeyi unutduğunda geriyə qalandır.
  • Təxəyyül bilikdən vacibdir.
  • Təxəyyül hər şeydir. Bu, gələcək hadisələrə öncədən baxmaqdır.

U

  • Uğur idealını xidmət idealı ilə əvəz etməyin vaxtı çoxdan çatıb.
  • Uğur qazanmağa yox, həyatının mənası olmasına səy göstər.

Ü

  • Üçüncü dünya müharibəsində hansı silahdan istifadə ediləcəyini bilmirəm, amma dördüncü dünya müharibəsində dəyənək və daşlardan istifadə ediləcək.
  • Ümumiyyətlə insanlığın taleyi, layiq olduğu olacaq!

Y

  • Yalnız absurd cəhdlər göstərənlər mümkünsüz şeylərə nail ola bilərlər.
  • Yalnız iki sonsuz şey var: kainat və axmaqlıq. Hərçənd kainatın sonsuzluğuna bir o qədər əmin deyiləm.
  • Yaratdıqlarını cəzalandıran və mükafatlandıran, ya da bizim yaşayacağımız bir iradə növünə sahib bir Tanrı düşünə bilmirəm. Cismani ölümdən sonra adamın həyatını davam etdirdiyinə nə inanıram, nə də inanacağam...
  • Yaşaya biləcəyimiz ən gözəl şey sirr hissidir. Heç vaxt bu hissi yaşamayan, düşünməyən insan ölü bir insana bənzəyir və onun gözləri bağlıdır.

Z

  • Zaman mövcudluğunun yeganə səbəbi hər şeyin eyni zamanda baş verməməsidir.
  • Zəhmətinin nəticəsini dərhal görmək istəyən çəkməçi olmalıdır.

İstinadlar