Fyodor Dostoyevski: Redaktələr arasındakı fərq

Vikisitat saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 339: Sətir 339:
* Yaxşılıq etmək istəyən bağlı əlləri ilə uçurumu belə xeyirxah edə bilər.
* Yaxşılıq etmək istəyən bağlı əlləri ilə uçurumu belə xeyirxah edə bilər.
* Yalanı yaramazlar danışırlar.
* Yalanı yaramazlar danışırlar.
* Yalanla dünyanı gəzərsən, amma geri qayıda bilməzsən.
* Yalnız həyat verən deyil, həyat verib haqq edən, ata adını daşıya bilər.
* Yalnız həyat verən deyil, həyat verib haqq edən, ata adını daşıya bilər.
* Yalnız təcəssüm etdiyiniz və gözəllik və ideal hisslərinizə uyğun gələn şey əxlaqidir.
* Yalnız təcəssüm etdiyiniz və gözəllik və ideal hisslərinizə uyğun gələn şey əxlaqidir.

18:06, 19 noyabr 2019 versiyası

Wikipedia logo
Wikipedia logo
Fyodor Dostoyevski haqqında Vikipediyada məqalə var.
Fyodor Mixayloviç Dostoyevskinin portreti


Fyodor Mixayloviç Dostoyevski (rusca: Фёдор Михайлович Достоевский) (11 noyabr 1821 - 9 fevral 1881) - Rus roman yazıçısıdır. Dünya ədəbiyyat tarixinin gəlmiş keçmiş ən böyük yazıçılarından biri və bir çox dahiyə görə ən böyük yazıçı.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

A

  • Acı ya da şirin, fərq eləməz, xatirələr həmişə əzab verir.
  • Adamlar öz asudə vaxtlarını nəyə həsr etməyi bacarmayanda faydasız məşğələlərə və əyləncələrə baş qoşurlar.
  • Adətən,öz təyinatını başa düşməyənlər ləyaqət hissindən məhrum olanlardır.
  • Axmaq olduğunu dərk edən adam artıq axmaq deyildir.
  • Ağıl istədiyinə nail olduğu üçün ağıldır.
  • Ağıl, istədiyin şeyə nail olmaq üçündür.
  • Ağıla rüsvayçılıq kimi görünən, ürək üçün gözəllik kimidir.
  • Ağıllı adam odur ki, dediyinin nəticəsini əvvəlcədən görə bilsin.
  • Ağıllı hərəkət etmək üçün təkcə ağıl azdır.
  • Ali xoşbəxtlik ruhu öhdəsinə götürür.
  • Andlı iclasçılar cinayətkarları bağışlasınlar, vay o günə ki, cinayətkarlar özlərini bağışlasınlar.
  • Azad təyinlər o zaman yaxşıdır ki, onlar özünə, özünün və vətəndaşın borcuna hörmət edən insanlarda olsun.
  • Azadlıq özünü saxlamamaq deyil, idarə etməkdir.[1]

B

  • Bataqlıqda da dənizdə olduğu kimi məhv olmaq asandır. Lakin dənizdə ölmək bataqlıqda məhv olmaqdan yaxşıdır.
  • Başqaları üçün özünüzü unutsanız, onda sizi də xatırlayacaqlar.
  • Başqalarına hörmət etməməyə meyilli insan hər şeydən əvvəl özünə hörmət etmir.
  • Başqalarına hörmət etməyən özünə hörmət etmir.
  • Başqasının doğru yolu ilə getməkdənsə, özünün yalnış yolunla get.
  • Bekarçılıqda səadət yoxdur.
  • Bəraət qazandırın, qınamayın, amma yamanlığa, pisliyə başqa ad verməyin.
  • Bəşəriyyət comərd ideyalarsız yaşaya bilməz.
  • Bəşəriyyətin hüquqlarını tələb etmə, yoxsa kömək üçün qanuna birinci müraciət edəcəksən.
  • Bəzən gülüş insanın əsl simasını üzə çıxarmaqla bir an içərisində onu əsaslı surətdə tanıtdırır.
  • Bəzən, qəfildən elə insanlarla qarşılaşırıq ki, ilk baxışdan, heç bir söz danışmadan belə həmin insan bizi maraqlandırır.
  • Bəzən susayarsan.. Elə bilərlər ki məğlubsan, ya da əksik biri. Unutma, susan bilər ki, danışdığı zaman kimsə tab gətirməz.
  • Bəzi insanlar, ev itləri kimi, yamandıqları qapıdan ayrılmazlar.
  • Bəzi şeylərə düşmənlər arasında malik olmaq, dostlar arasında malik olmaqdan əlverişlidir.
  • Bil ki, "xoşbəxt son" - deyə bir şey yoxdur. Çünki, bir şeydə "son" varsa, orada xoşbəxtlik yoxdur !
  • Bil ki, insanın dəyərini varlığı deyil yoxluğu göstərər. Unutma, yoxluğu bir şey dəyişdirməyənin, varlığı lazımsızdır.
  • Bilmədiyin şeyi sevmək olmaz!
  • Bir ağacın qarşısından onu sevmədən, onun var oluşundan xoşbəxtlik hiss etmədən keçilə biləcəyini ağlım qəbul etmir.
  • Bir ana üçün, övladının qapısında dayanıb, ondan sədəqə istər kimi sevgi dilənməkdən daha qürur incidici bir şey ola bilməz.
  • Bir-birini sevmək üçün özünlə mübarizə aparmalısan.
  • Bir çox insan xoşbəxt olduğunu bilmədiyi üçün bədbəxtdir.
  • Bir insan ümidini itirər və məqsədsiz qalarsa, sırf can sıxıntısı belə onu bir heyvana çevirə bilər.
  • Bir insanın həyatının ikinci yarısı, ilk yarıda qazanılan vərdişlərin davam etdirilməsindən ibarətdir.
  • Bir qadının həyatı; hər hansı bir kişiyə boyun əyib bağlanmaq üçün bir axtarışdan başqa bir şey deyil.
  • Biri gözlərini səndən qaçırırsa, əmin ol ki, o gözlərdə sənə aid nəsə var…
  • Biz uşaqlar üzərində lovğalanmamalıyıq. Biz onlardan pisik. Əgər biz onların yaxşı olması üçün bəzi şeyləri onlara öyrədiriksə, onlar da bizi onlarla təmasımızdan daha yaxşı edirlər.
  • Borclardan və vəzifələrdən qaçmaq və üstəlik hüquqlar tələb etmək insanlıqdan kənardır.
  • Böyük insanlar bu dünyada böyük əzablar çəkməlidir.
  • Bu dünyada ən çətin şey hər kəsin düşünmədən söylədiyini düşünərək söyləməkdir.
  • Bu dünyadakı ən çətin iş, öz-özünə sadiq qalmaqdır...
  • Bu dünyada həqiqəti deməkdən daha çətin və yalan danışmaqdan daha asan heç nə yoxdur.
  • Buna əminliklə inanın ki, xalqını anlamayan, onunla əlaqələrini qoparan insan bunu etdiyi ölçüdə yurduna inancını itirər, ya dinsiz olar ya da duyğusuz bir odun.

C

  • Canlı Allah görmək istəyən onu şüurunun bomboş fəzasında yox, sadə insan sevgisində tapacaq.
  • Cəfəngiyatlar dünyda çox lazımdır. Dünya cəfəngiyatlar üzərində dayanır və ola bilsin ki, onlarsız dünyada heç nə baş verməzdi.
  • Cəhənnəm insan həyatında sevginin bitdiyi yerdir.
  • Cəmiyyət əxlaqi başlanğıclarla yaranır.
  • Cəmiyyətdən uzaqlaşma ictimai həqiqət üçün lazımdır.

Ç

  • Çox qəribədir, Sevdiyimiz insanın hər yalanında bir doğru axtararkən, Sevmədiyimiz insanın hər doğrusunda bir yalan axtarırıq.
  • Çox vaxt, sözün həqiqi mənasında ağrıyla başa düşürəm ki, izah etmək istədiyimin iyirmidə birini belə izah edə bilmədim və hətta heç bir şey izah edə bilmədim. Məni rahatlaşdıran şey, Tanrının bir gün mənə o gücü və ilhamı göndərəcəyinə, mənim də özümü tamamilə izah edə biləcəyəimə, qısacası ürəyimdəki və xəyal dünyamdakı hər şeyi ortaya qoyacağaıma dair olan ümidimdir.

D

  • Danışaraq izah edilməz hər şey, bəzən susmaq yetər əslində. Unutma; Danışmaq bir ehtiyac ola bilər, amma susmaq cavabdır anlayana ..
  • Deyirlər ki, heç nəyə təəccüblənməmək dahilərin işidir, amma məncə bu xüsusiyyət axmaqlara da aiddir.
  • Dəblər dəyişir, əsl musiqi isə əbədi yaşayır.
  • Din, əxlaqıliyin yalnız düstururdur.
  • Doğru və ya yanlış olmasından asılı olmayaraq bəzən nəsə bir şey sındırmaq insanı çox məmnun edir.
  • Dünya səfehlik üzərində dayanır, onsuz Yer üzərində maraqlı heç nə baş verməzdi.
  • Dünyada üç cür alçaq var: sadəlövh alçaqlar, yəni alçaqlıqlarını ən yüksək alicənablıq hesab edənlər, alçaqlıqlarına son qoymaq istəyərkən alçaqlıqlarından utanan alçaqlar, bir də sadəcə olaraq əsil alçaqlar.
  • Dünyada yaşayan bütün varlıqlar içərisində yalnız insan cəfəngiyat danışa bilir. Bunu edən insan bir gerçəyi göstərir: mən cəfəngiyat danışıram, çünki mən insanam.
  • Dünyaya qalib çıxmaq istəyirsənsə, əvvəl özünə qalib ol.
  • Düşdüyündə yanında olan deyil, qalxmaq üçün əlini uzadan dostdur. Unutma, pis gündə qatqısı olmayanın yaxşı gündə hissəsi yoxdur.
  • Düşün; hər şey üzərinə gəlirsə, bəlkə də sən tərs gedirsən.
  • Düzgün və bir dəfəyə dərk etmək və hiss etmək olar, amma birdən birə insan olmaq olmaz. İnsan hər şeydən əvvəl insanlıqla seçilməlidir.

E

  • Eqoistlər borc qarşısında şıltaq və qorxaqdırlar. Onlar daimi özlərini hər hansı bir borca bağlamağa qorxaq bir nifrət bəsləyirlər.
  • Elə dəqiqələr olur ki, illərlə dərk etdiyindən daha çox şeyi dərk edirsən.
  • Elə anlar olur ki, insanlar cinayəti alqışlayırlar.
  • Elələri var ki, dostların arasında olmaqdansa, düşmənlərin arasında görünmələri daha yaxşı olardı.
  • Elm faydanı göstərər, vicdanlı olmağın isə hər şeydən faydalı olduğunu sübut edər.
  • Evlənmə, boşanma işi sırf qadınların əlində olsaydı, bir tək nikah möhkəm qalmazdı.

Ə

  • Əbədilik ideyasının özü həyatdır, canlı həyatdır, onun yekun düsturu və həqiqətin əsas mənbəyi və insanlığın düzgün şüurudur.
  • Ədəbli ton səmimiyyətdən və dürüstlükdən ibarətdir.
  • Əgər bəşəriyyətin səadətini təmin edəcək bir sarayın tikintisində məsum bir körpənin göz yaşı axacaqsa, həmin saray mütləq tar-mar olacaqdır.
  • Əgər danışılacaq heç bir hekayə yoxdursa necə yaşamaq olar?
  • Əgər həyatda həmişə xoşbəxt olsam, xəyalini quracaq nəyim qalar?
  • Əgər ilkin əxlaqi ideyaların əsasları sizdə yoxdursa, o zaman vətəndaş məqsədlərinizə nail olmaq üçün insanları nə ilə birləşdirəcəksiniz?
  • Əgər istəyirsinizsə ki, insan xoşbəxt olsun, o halda o çox bədbəxt olmalıdır. Əgər o həmişə xoşbəxt olarsa, tez bir zamanda da bədbəxt olacaq.
  • Əgər mən bütün insani fəzilətlərin əsasının dərin eqoizmdən ibarət olduğunu bilirəmsə, o zaman mən nə edə bilərəm? Daha çox fəzilətli olan işlərdə daha çox eqoizm olur. Özünü sevmək! Bu, mənim qəbul etdiyim qaydalardan biridir. Həyat- ticarət sazişidir.
  • Əgər saxlanılması üçün insanların dərisi soyulacaqsa, lənətə gəlsin o sivilizasiya və onun maraqları.
  • Əgər sən hədəfə doğru gedirsənsə və bu yolda sənə hər hürən itə daş atmaq üçün dayanacaqsansa, onda heç vaxt hədəfə çatmayacaqsan.
  • Əgər sən məqsədinə gedərkən yolda dayanıb sənə hürən hər itə daş atsan, heç vaxt məqsədinə çatmayacaqsan.
  • Əgər siz bir insana baxıb onun ruhuna bələd olmaq istəyirsinizsə, ona susanda, danışanda, ağlayanda, yaxud da həyəcanlananda yox, güləndə baxın. Əgər yaxşı gülürsə, deməli, o yaxşı insandır.
  • Əgər şərəf və məhəbbətlə yaşamaq üçün canlı və xeyirxah iradə yoxdursa, heç bir elmlə cəmiyyət qurmaq olmaz.
  • Əxlaqi məqsədi olmayan həyat darıxdırıcııdr. Yemək üçün yaşamağa dəyməz və bunu işçi belə bilir. Deməli, həyat üçün əxlaqi məşğuliyyət lazımdır.
  • Əxlaqiliyi öz inamlarımızın sadiqliyi ilə müəyyən etmək kifayət deyil. Daima özümüzə sual verməliyik: mənim inamlarım düzgündürmü?
  • Əxlaqlı ideallarla üzvi surətdə bağlı olmayan ictimai vətəndaş idealları heç vaxt mövcud deyildi və mövcud ola bilməz!
  • Əsgərlikdən kartofdan nifrət etdiyim qədər nifrət edirəm.
  • Ən əsası özunə yalan danışma. Özünə yalan danışan insan günlərin birində o həddə gəlib çatır ki, yalanla gerçəyi bir — birindən ayıra bilmir, özünə və başqalarına olan hörmətini də itirir. Heç bir hörmət sahibi olmadığına görə də sevgi hissini unudur.
  • Ən yaxşı insanlar yüksək əxlaqi inkişafla və yüksək əxlaqi təsirlə tanınırlar.
  • Əsas ideya onu yerinə yetirmək imkanından həmişə əlçatmaz qədər yüksək olmalıdır.
  • Əsl həqiqət həmişə düzə oxşamır. Odur ki, onu həqiqətə bənzər etmək üçün bir qədər yalan qatmaq lazım gəlir.
  • Əslində insana ən çox əzab verən xəyal qırıqlığı deyil, yaşanması mümkün olub, amma yaşaya bilmədiyi xoşbəxtlikləridir.
  • Ətrafdakı insanlar boş vaxtlarında özlərinə yer tapmayıb primitiv əyləncə və məşğuliyyət axtaranda, mən yaxşı bir kitab tapıb, öz-özümə deyirəm ki, təkcə bu, bütün həyata kifayətdir.
  • Əvvəlcə ilkin materialı, yəni ana dilimizi, sonra isə xarici dili mümkün mükəmməlliklə öyrənə bilərik.
  • Əzab çəkmək ali zəka və həssas qəlbə malik olan insanlar üçün məcburiyyətdir.
  • Əzab və ağrı böyük ürəkləri və dərin ağılları həmişə müşayət edir. Odur ki, həqiqətən böyük adamlar bu dünyada daha çox qəmli olurlar.

F

  • Fantaziya, insanda təbii gücdür. Onu ziyanlı hesab edilən, həddindən artıq keyləşdirib, yaxud inkişaf etdirib sönməyə qoyma.
  • Fəlakət, yoluxucu bir xəstəlikdir.
  • Fərdilik və mənlik hissi yalnız zəhmətlə və mübarizə yolu ilə əldə edilir.
  • Fikri ifadə tərzi çox əhəmiyyətlidir: axı, ifadə tərzi üst geyimdirsə, fikir bu geyimə bürünən bədəndir.

G

  • Gedən dönməyəcəksə, qalanların dəyərini biləcəksən. Ölənlə ölünmürsə əgər, qalanlarla yaşamağa davam edəcəksən.
  • Gözəl bir qadın gözə, Yaxşı bir qadın ürəyə xoş görünər. "Birincisi brilyant kimi amma keçici, ikincisi xoşbəxtlik qədər həqiqidir.
  • Gözyaşları quruyar.
  • Güclülər yox, təmiz adamlar yaxşıdırlar. Təmizlik və şəxsi ləyaqət hər şeydən güclüdür.
  • Gücün təhqirə ehtiyacı yoxdur.
  • Gülüş hər şeydən əvvəl səmimiyyəti sevir.

H

  • Hamını, bütün insanları sevmək olarmı? Əlbəttə ki, yox və bu qeyri-təbiidir. Bəşəriyyəti sevmək baxımından götürsək, biz həmişə özümüzü sevirik.
  • Heç bir sirr yoxdur ki hər kəs eşitmiş olmasın.
  • Heç bir zaman doğru insan çıxmaz qarşına, ya Zaman yanlışdır, ya da İnsan...
  • Heç nəyə heyrətlənməmək ağıl yox, axmaqlıq əlamətidir.
  • Heç nə etmək mümkün olmayan vəziyyəti təsəvvür etmirəm.
  • Heç kim birinci addımı atmayacaq. Çünki hər kəs düşünür ki, hiss etdikləri qarşılıqlı deyil.[1]
  • Hədsiz hissiyyatlı olmaq qəddarlıq gəətirir.
  • Hədsiz mənlik və təkəbbür özünə hörmət əlaməti deyil.
  • Həqiqətən sevən ürəkdə ya qısqanclıq məhəbbəti, ya da məhəbbət qısqanclığı öldürür.
  • Həqiqətin mahiyyətini fantastik olan şey təşkil edir.
  • Həqiqi incəsənətin əlaməti onun həmişə müasir, vacib və faydalı olmasıdır.
  • Həqiqi sevən ürəkdə ya qısqanclıq sevgini, ya da sevgi qısqanclığı öldürür.
  • Hər bir insan bütün insanlara və hər şeyə görə bütün insanlar qarşısında məsuliyyət daşıyır.
  • Hər bir uğursuzluğun ardında yenə həyat gözləyər...Amma insana xas bir qabiliyyətsizlikdir yaşaya bilməmək !..Yoxsa hansı balıq boğmuş özünü ya da hansı sərçə palnsızcasına tullanmış damdan.
  • Hər cür məhəbbət keçib gedir, uyğunsuzluq isə həmişə iz buraxır.
  • Hər kəs hər şeydə cavabdehdir.
  • Hər şey sanki bir möcüzə kimi oldu.
  • Hər şey üstünə üstünə gəlirsə, Bəlkə də sən tərs gedirsən .
  • Həyat bir imtahandır, lakin digər imtahanlara elə də bənzəməz. Çünki bəzən etdiyin bir səhv bütün doğruları apara bilər.
  • Həyata yenidən başlasa idim saniyələrin də nəbzini tutardım.
  • Həyatda həmişə xoşbəxt olsam, xəyalini quracaq nəyim qalar.
  • Həyatı gözəlləşdirən ani xoşbəxtliklər deyilmi?
  • Həyatı mənasından çox sevmək lazımdır. Güclü olanlar yox, düzgün olanlar yaxşıdırlar. Şərəf və şəxsi ləyaqət hər şeydən güclüdür.
  • Həyatımızda ən uca, ən güclü, ən faydalı dayağımız ana-ata evindən qalan xatirələrimizdir.
  • Həyatın bu qədər qısa olmasını qəti olaraq bilmirəm. Əlbəttə ki, darıxıdırcı olmasın deyə Tanrı da həyatı Puşkin şeirinin son və təvazökar formasındakı bədii əsər kimi yaratmışdır. Yığcamlıq, bədiiliyin birinci şərtidir. Amma həyat kimin üçün darıxıdırıcı deyilsə, ona imkan vermək lazımdır ki, çox yaşasın.
  • Hiss ali gözəlliklə, idealın gözəlliyi ilə birləşəndə saflaşır.
  • Humanistlik sivilizasiyanın yalnız vərdişi və meyvəsidir. O tamamilə yox ola bilər.

X

  • Xalq ancaq sevdiyi adamı yaddaşında saxlayır.
  • Xalqımızın ən ali və ən xarakterik xüsusiyyəti ədalət hissi və onu istəməsidir.
  • Xalqın ölçüsü mövcud olan şeylər yox, həsrətini çəkib gözəl və həqiqi hesab etdikləridir.
  • Xoşbəxtlik xoşbəxtlikdə yox, yalnız onun nailiyyətindədir.
  • Xoşbəxtlik xoşbəxtliyin özündə deyil, onu qazanmaqdadır.
  • Xoşbəxt sonluq yoxdur. Çünki sonluq varsa xoşbəxtlik yoxdur.
  • Xudpəsəndlik xeyirxahlığı öldürür.

İ

  • İblislə insan arasındakı fərq nədən ibarətdir? Hötenin Mefistofeli deyir: “Mən, bütövün pislik istəyən, amma yaxşılıq edən hissəsiyəm”. Əfsuslar olsun ki, insan tamamilə bunun əksini deyərdi.
  • İdealda ictimai vicdan deməlidir: əgər bizim xilasımız əzab verilmiş uşaqdan asılıdırsa, o zaman qoy hamımız məhv olaq və bu xilası qəbul etməyək.
  • İdeallarsız, yəni azacıq da olsa yaxşı şey istəmədən heç vaxt yaxşı gerçəklik alınmaz.
  • İlk addımı atmaqdan və özünə məxsuz olan yeni bir fikri deməkdən insanlar hər zaman çox çəkinirlər.
  • İncəsənət heç vaxt insanı tək qoymayıb, həmişə onun tələbatlarına və idealına cavab verib, bu idealı tapmaqda ona kömək edib, insanla doğulub, onun tarixi həyatı ilə yanaşı inkişaf edib.
  • İncəsənət insana yemək - içmək kimi lazımdır. Onu təcəssüm etdirən gözəllik və yaradıcılığıq tələbatı insanla ayrılmazdır və ola bilsin ki, insan onsuz yaşamaq istəməz.
  • İnsan bir şeyi əldə etmək üçün çabalar. Onu əldə edincə də bir kənara atar. Gerçək dəyərini isə onu itirincə anlar.
  • İnsan gözünə ancaq pis günlər görünər, yaxşı günlər isə, sanki görünməzdir.
  • İnsan, həyata iki məna yüklər: Biri ağlarkən, digəri gülərkən və tək bir dəfə qiymət bilər; o da əlindəkini itirərkən.
  • İnsan hər şeyə alışmış bir varlıqdır və mən belə düşünürəm ki, bu, insanın ən yaxşı təyinidir.
  • İnsan ruhunu yüksəldən əzab hər zaman kiçik xoşbəxtliklərdən daha yaxşıdır.
  • İnsan varlığının sirri yalnız yaşamaqda deyil, nəyin naminə yaşamaqdadır.
  • İnsan yaşamağı və yaşamamağı eyni şey deyə qəbul etdiyi zaman azadlığa qovuşar.
  • İnsanda əsas olan ağıl yox, xarakter, ürək, xeyirxah hisslər, qabaqcıl ideyalar kimi onu idarə edən xüsusiyyətlərdir.
  • İnsanı ağrıdan xəyalların suya düşməsi yox, yaşanması mümkün olan xoşbəxtlikləri yaşamamaqdır.
  • İnsanı məhv etmək üçün çox az şey tələb olunur: onu sadəcə inandırmaq lazımdır ki, onun məşğul olduğu iş heç kəsə gərək deyil.
  • İnsanın etdiyi ən böyük səhv özünü başqalarının qarşısında gülünc vəziyyətə salmaqdan qorxmasıdır.
  • İnsanın niyyəti nəcib olarsa, o bütöv bir aləm olar.
  • İnsanın özündən üz çevirməyə, dünyada olub bitənləri görməməzlikdən gəlməyə haqqı yoxdur.
  • İnsanın ruhunu ucaldan bir əzab, ucuz bir xoşbəxtlikdən daha yüksəkdir.
  • İnsanlar bədbəxt olmadıqca başqalarının bədbəxtliyini anlaya bilməz.
  • İnsanların bir-birlərini tanımaları üçün ən yaxşı vaxt ayrılıqlarına yaxın olan vaxtdır.
  • İnsanların dəyişməzliyi qeyri-əxlaqidir.
  • İnsanların səadət qədər fəlakətə də ehtiyacları var.
  • İnsanların bəzən nəyə güldüklərini anlamaq çətindir.
  • İnsanların bir-birini tanıması üçün ən yaxşı zaman, ayrılmalarına ən yaxın olan zamandır.
  • İnsanların ən çox qorxduğu şey yeni bir addım atmaq, yeni bir kəlmə söyləməkdir.
  • İnsanlığı sevirəm, –o dedi, — ancaq təəccüblüdür ki, insanlığa olan sevgim nə qədər çoxdursa, hər bir fərdə ayrılıqda olan sevgim bir o qədər azdır.
  • İnsanoğlu çox dərin bir varlıqdır. Mən Tanrı olsaydım bu qədər dərin yaratmazdım.
  • İnsanoğlu özünü fəda etməkdə tapdığı xoşbəxtliyi başqa heç bir şeydə tapa bilməz.
  • İstedad nədir? İstetad, kütlüyün pis danışdığı,yaxud ifadə etdiyi yerdə yaxşı danışmaq, yaxud ifadə etmək bacarığıdır.
  • İstedada şəfqət göstərmək, onu anlamaq lazımdır.
  • İstedadsız yazıçı axsaq əsgər kimidir.
  • İstehzanı, kinayəni, zarafatı başa düşməmək pis əlamətdir.
  • İstər şirin, istər ağrılı olsun, xatirə insana həmişə əzab verər.

K

  • Kədərlənmək və acı çəkmək, böyük şüurlar və dərin ürəklər üçün hər zaman zəruridir.
  • Kimilərinə deyərlər ki: Bu gic, bundan adam olmaz." Məndə deyirəm ki: "Nə etsinlər yaxşı, səhv həyat doğru yaşanmaz.

Q

  • Qadın hər ehtiyacını qarşılayacaq tək kişi istər, kişi tək ehtiyacını qarşılayacaq hər qadını.
  • Qadın hər şeyi görən gözü də aldada bilər.
  • Qadını dirçəldən, onu uçurumun dibinə qədər düşməkdən qoruyaraq həyata yenidən bağlanmasını təmin edən yeganə qüvvə eşqdir.
  • Qorxu, yalan doğurar.
  • Qoy hakimlər cinayətkarları bağışlasınlar. Amma bədbəxtlik odur ki, cinayətkarlar özləri özlərini bağışlasımağa başlasınlar.
  • Qürurlu insan özünü tanıyan və özünü ən dərinliklərinə qədər mühakimə etməyi bilən insandır.

L

  • Lazım olduğu zaman ağlamaqdan çəkinmə. Çünki, göz yaşları söyləyə bilmədiklərini söyləmək üçündür yalnız.

M

  • Maddi maraq və qəsbkarlıq naminə yox, yalnız ideyalar, ali və böyük prinsiplər uğrunda aparılan müharibə faydalı ola bilər.
  • Mən həmişə hərarətlə sevmişəm. Heç zaman, hətta xəyalən, fikrən də ona xəyanət etməmişəm.
  • Mən istəmirəm və inanmaq istəmirəm ki, pislik insanların normal halları olsun.
  • Mən, nə vaxtsa heç nə edilməyən bir vəziyyət təsəvvür edə bilmirəm.
  • Mən pislik edə bilməyəcəyim bir cəmiyyət istəmirəm. Mən hər cür pislik edə biləcəyim, bir cəmiyyət istəyirəm. Amma istəməzdim ki, bu pislikləri mən özüm edim.
  • Məncə, şeytan deyə bir şey gerçəkdə yoxsa, insanoğlu onu uydurmuşsa, özünə baxaraq, özünü nümunə götürərək uydurmuşdur.
  • Mənim oxumağım da qəribədir, oxumağımığm mənə təsiri də. Məsələn, nə vaxtsa oxuduğumu yenidən oxuyanda sanki yeni güc sərf edirəm və hər şeyi çox gözəl dərk edir və özüm yaratmaq istəyirəm.
  • Mərhəmət, insan mövcudluğunun ən yüksək formasıdır.
  • Müasir insanın ən ciddi problemləri Allahın insanlığa olan niyyətini başa düşməməsindən irəli gəlir.

N

  • Namuslu adam düşməni olmaqla nəfəs alır.
  • Namuslu adamların düşməni başqalarından daha çox olur.
  • Necə qəribədir? Sevdiyimiz insanın hər yalanında bir dogru, sevmədiyimiz insanın hər dogrusunda bir yalan axtarırıq.
  • Nə qədər çox milli olarıqsa, bir o qədər də çox avropalı olarıq.

O

  • O, yaxşılıq etdiyi insanlarla çox mehriban idi, xüsusilə də xeyirxah etdiyi insanla.
  • Oxuyun və öyrənin. Ciddi kitablar oxuyun. Qalanını həyat edəcək.

Ö

  • Özü-özünü aldadan və öz yalanına qulaq asan nə özündəki, nə də ətrafdakı həqiqəti fərqləndirə bilməmək, yəni nə özünə, nə də başqalarına hörmət etməmək halına gəlib çıxır.
  • Öz yerini bilməyən şəxs ləyaqət hissindən daha çox məhrumdur.

P

  • Poeziya hər bir istedadın daxili alovudur.
  • Pul bir heçliyi belə birinci yerə gətirən yeganə yoldur.

R

  • Rahatlıqla xoşbəxtlik olmaz. Xoşbəxtlik böyük əzablardan sonra əldə edilən nemətdir.

S

  • Sadə bir adam, anlaşılmaz bir adamdan daha da qorxuludur.
  • Sadəlikdə sevmək üçün sevgini necə biruzə verməyi bilmək lazımdır.
  • Sağlam düşüncəyə qarşı müqavimət göstərmək üçün həqiqətən böyük insan olmaq lazımdır.
  • Sevdiyimiz adamın hər yalanında həqiqət, sevmədiyimiz insanın hər həqiqətində yalan axtarmağımız necə də qəribədir.
  • Sevgi bizi yenidən dünyaya gətirə biləcək qədər qüdrətlidir.
  • Sevgi o qədər qüdrətlidir ki, insanları yenidən doğulmağa məcbur eləyir.
  • Sevinc, insanın ən görkəmli xüsusiyyətidir.
  • Sevmək; gözəl birində eşqi axtarmaq deyil. O adamda, bilmədiyin bir zamanın gözlənilməz bir anında, özünü tapmaqdır.
  • Sədəqə həm verənin, həm də alanın əxlaqını pozur, üstəlik də məqsədə çatılmır. Çünki, yalnız dilənciliyi gücləndirir.
  • Səmimilikdən çətin, yaltaqlıqdan asan heç nə ola bilməz.
  • Sən təmiz ürəkli və ağıllısan. Mən isə pisniyyət və axmağam. Amma nə fərqi var? İkimiz də bədbəxtik və ikimiz də əzab çəkirik.
  • Səni məndən qoparırlar. Yox, yox! Elə bil ürəyimi yerindən çıxardıb aparırlar. Necə olur bu? Həm ağlayır, həm də gedirsən.
  • Sizin qarşısınızda günahkaram, deməli, mən ondan qisas almalıyam.
  • Sönmüş dostluqlar üzərinə əkilmiş kin ağacı ən öldürücü yemişləri verir.

Ş

  • Şəhvətpərəstlik şəhvətə, şəhvət isə qəddarlığa səbəb olur.
  • Şən ola bilməsi - insanın çox gərəkli xüsusiyyətidir.
  • Şərab insanı vəhşiləşdirir, qəddarlaşdırır, aydın fikirlərdən uzaqlaşdırır, kütləşdirir.
  • Şərəf itəndə onun düsturu qalır. Bu isə şərəfin ölməsi deməkdir.

T

  • Tanımadığını sevmək mümkün deyil.
  • Təbiəti sevməyən, insanı da sevmir.O, vətəndaş deyildir.
  • Təbiətlə təmas, hər cür tərəqqinin, elmin, ağılın, sağlam düşüncənin, zövqün və yaxşı maneranın son sözüdür.
  • Təəccüblüdür ki, günəşin bir şüası insan ruhuna necə təsir edə bilir!
  • Tərif həmişə əxlaqlıdır.
  • Tox olan açın halından anlamaz deyərlər; amma bəzən, aç olan da açın halından anlamır...!

U

  • Uşaq, dünyanın ən böyük səadətidir.
  • Uşaqlar olmasaydı insanlığı bu qədər sevə bilməzdik.
  • Uşaq olmayan insan pis vətəndaş olacaq.
  • Uşaqları sevən həyatı da sevər.

Ü

  • Üç cür alçaq olur: alçaqlıqlarnı böyük xeyirxahlıq hesab edən sadəlöhv alçaqlar, öz alçaqlıqlarından utanan, lakin onu əldən qoymayan alcaqlar və əsl alçaqlar.
  • Ürəyi olub da ağılı olmayan bir qadın, ağılı olub da ürəyi olmayan bir qadın qədər bədbəxtdir.

V

  • Vətəndaşın sevgi ilə gülü təsvir etməsindəki hissi rüşvətxoru ifşa etmək hissindən daha güclüdür. Çünki, birinci halda təbiətlə təmas, təbiətə sevgi movcuddur.
  • Vicdanlı insan elə onunla yaşayır ki, düşmənləri olsun.
  • Vurulmaq hələ sevmək deyildir. Nifrət edərkən də vurulmaq olar.

Y

  • Ya səhvlərinlə üzləşməli, ya da səhvlərinlə üzsüzləşməlisən. Cahillik başqa şeydir, əclaflıq başqa…
  • Yaxşı fikirlər yaxşı üsluba əsaslanır. Üslub, xarici paltar, fikir isə paltar altında gizlənən bədəndir.
  • Yaxşı insan, gülüşünü sevdiyiniz adamdır.
  • Yaxşı ürəkli ağılsız bir axmaq, pis ürəkli ağıllı axmaqlar qədər bədbəxtdir. Bilinən bir gerçək bu - mən yaxşı ürəkli, ağılsız axmağın biriyəm. Sən də ağıllı, pis ürəkli bir axmaqsan. İkimiz də bədbəxtik, ikimiz də acı çəkirik.
  • Yaxşılıq etmək istəyən bağlı əlləri ilə uçurumu belə xeyirxah edə bilər.
  • Yalanı yaramazlar danışırlar.
  • Yalanla dünyanı gəzərsən, amma geri qayıda bilməzsən.
  • Yalnız həyat verən deyil, həyat verib haqq edən, ata adını daşıya bilər.
  • Yalnız təcəssüm etdiyiniz və gözəllik və ideal hisslərinizə uyğun gələn şey əxlaqidir.
  • Yalnız yaramazlar yalan danışırlar.
  • Yaşamaq, yaşamaq və yaşamaq! Necə də yaşamayasan- yalnız yaşamaq! İlahi, necə bir həqiqət! İnsan alçaqdır! Bir də onu alçaq adlandıran alçaqdır.
  • Yazıçının ən böyük bacarığı pozmağı bacarmaqdır. Kim bunu bacarırsa, kim özünükünü pozmaq iqtidarındadırsa, o, uzağa gedə biləcək.
  • Yığcamlıq bədiiliyin birinci şərtidir.
  • Yumor, dərin hissin hazırcavablığıdır.
  • Yumorun sirri - istehza olunana və öz qiymətini bilməyən gözəlliyə rəhm oyatmaqdadır.

Z

  • Zarafatı, bənzətməni və istehzanı başa düşməmək pis əlamətdir.
  • Zənginlik, həzz kobudluğu tənbəlliyə, tənbəllik isə köləliyə səbəb olur.

İstinadlar

  1. 1,0 1,1 “Rus xalqı əzab çəkməkdən zövq alır”. axar.az, 04.07.2015  (azərb.)

Xarici keçidlər

Vikianbarda Fyodor Dostoyevski ilə əlaqəli mediafayllar var.

Vikipediyada Fyodor Dostoyevski haqqında məqalə var.