Hökmdar: Redaktələr arasındakı fərq

Vikisitat saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Sətir 23: Sətir 23:
== Ə ==
== Ə ==
* Əgər yalançı bir asket də var-dövlət toplayırsa, bunu təbəələri onun xəzinəsindən asılı olan bir hökmdar niyə etməməlidir? [[Çanakya]]
* Əgər yalançı bir asket də var-dövlət toplayırsa, bunu təbəələri onun xəzinəsindən asılı olan bir hökmdar niyə etməməlidir? [[Çanakya]]
* Əməli-saleh adamı var-dövlət, alimi təcrübə, hökmdarı xeyirxahlıq, evi isə yaxşı arvad qoruyar. [[Çanakya]]

== H ==
== H ==
* Hökmdar üç şeyi yadında saxlamalıdır: birincisi - o, heyvanları deyil, insanları idarə edir; ikincisi - qanunlar ona Allah tərəfindən verilib; üçüncüsü - hakimiyyət əbədi deyil. [[Aqafon]]
* Hökmdar üç şeyi yadında saxlamalıdır: birincisi - o, heyvanları deyil, insanları idarə edir; ikincisi - qanunlar ona Allah tərəfindən verilib; üçüncüsü - hakimiyyət əbədi deyil. [[Aqafon]]

17:19, 28 noyabr 2019 versiyası



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A

  • Amansız hökmdarı, savadsız müəllimi, qəzəbli arvadı və laqeyd qohumları təcili tərk etmək lazımdır. Çanakya
  • Altı şey bədəni atəşsiz yandırır: pis bir kənddə yaşamaq, pis bir hökmdara qulluq etmək, keyfiyyətsiz yemək, əsəbi arvad, axmaq oğul və dul qız. Çanakya

B

  • Bağban kökləri zədələmədən çiçəyi kəsdiyi kimi, hökmdar da mənbəyini müflis etmədən pul toplayır. Çanakya
  • Bal arısı çiçəklərdən balı tədricən topladığı kimi, hökmdar da vətəndaşlarından vergi yığaraq xəzinəni tədricən doldurmalıdır. Çanakya
  • Beş şey bədəni atəşsiz yandırır: pis bir hökmdara xidmət, ödənilməmiş borclar, insanlara hörmətsizlik, sevilən birindən ayrılmaq, yoxsulluq üzündən üz döndərən dostlar. Çanakya
  • Bir hökmdar, cəzalandırarkən yavaş, mükafatlandırarkən sürətli olmalıdır. Ovidi
  • Bir hökmdarın və qulluqçunun yaxşı keyfiyyəti xəzinəni və anbarları doldurmaqdan ibarətdir. Çanakya
  • Böyük və saleh kişilərin yığıncağı, ədalətli hökmdar, dindar qadın-bütün bunlar hər kəsin əsl sərvətidir. Çanakya

Ç

  • Çox sərt cəzalandıran hökmdar cəmiyyətdə qarışıqlıq yaradır. Çanakya

D

  • Doğru yolla gedən hökmdar, düşmənlərin hücumundan qorxmayan Allahın qulu kimidir. Çünki, Rəbbin Özü onu qoruyur. Çanakya
  • Dövlətdə ən qiymətli sərvət xalqdır, sonra hakimiyyətdir, ən axırda isə hökmdar gəlir. Men-Tszı
  • Dövləti arı pətəyi ilə müqayisə etmək olar, amma arıları öldürmək olmaz. Hökmdar öz torpaqlarını qorumalı və əhalidən də gəlir götürməlidir. Çanakya
  • Dünyada yaxşı hökmdar olmaqdan çətin şey yoxdur. Diokletian
  • Dünyanın hər yerində həqiqi hökmdar olan elm vaxtaşırı öz paytaxtını dəyişmiş, gah Şərqdən Qərbə, gah da Qərbdən Şərqə köçmüşdür. Cəmaləddin Əfqani
  • Düşmənlər hökmdarlar tərəfindən məhv edilməlidir. Fərq etməz: silah, güzəşt, mübahisə və ya istila ilə. Çanakya

Ə

  • Əgər yalançı bir asket də var-dövlət toplayırsa, bunu təbəələri onun xəzinəsindən asılı olan bir hökmdar niyə etməməlidir? Çanakya
  • Əməli-saleh adamı var-dövlət, alimi təcrübə, hökmdarı xeyirxahlıq, evi isə yaxşı arvad qoruyar. Çanakya

H

  • Hökmdar üç şeyi yadında saxlamalıdır: birincisi - o, heyvanları deyil, insanları idarə edir; ikincisi - qanunlar ona Allah tərəfindən verilib; üçüncüsü - hakimiyyət əbədi deyil. Aqafon
  • Hökmdarın əsas xüsusiyyəti müdriklikdir, əgər insanda böyük hakimiyyət dərrakə və idrakla birləşirsə, ən yaxşı dövlət quruluşu meydana gəlir. Platon