Tomas Cefferson: Redaktələr arasındakı fərq
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 3: | Sətir 3: | ||
{{ABC}} |
{{ABC}} |
||
== A == |
== A == |
||
* Allahın varlığını şübhə altına almaqdan qorxmayın. Çünki, əgər O varsa, ona kor qorxudan çox ağlın işığı xoş gələcəkdir. |
|||
* Azadlıq ağacı zaman-zaman vətənpərvərlərin qanı ilə yuyulmalıdır. |
* Azadlıq ağacı zaman-zaman vətənpərvərlərin qanı ilə yuyulmalıdır. |
||
* Azadlığını təhlükəsizliyinə dəyişən nə təhlükəsizlik, nə də azadlıq alır. |
* Azadlığını təhlükəsizliyinə dəyişən nə təhlükəsizlik, nə də azadlıq alır. |
09:32, 21 dekabr 2019 tarixindəki versiya
Tomas Ceferson (ing. Thomas Jefferson; 13 aprel 1743-cü il, Şeduell, Virqiniya koloniyası — 4 iyul 1826-cı il, Şarlotsvill, Virqiniya ştatı) - ABŞ-ın müstəqilliyi uğrunda gedən müharibənin görkəmli xadimi, İstiqlaliyyət Bəyannaməsinin müəlliflərindən biri, 1801-1809 ildə ABŞ-ın 3-cü prezidenti, görkəmli siyasi xadim, diplomat və maariflənmə dövrünün filosofu.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
- Allahın varlığını şübhə altına almaqdan qorxmayın. Çünki, əgər O varsa, ona kor qorxudan çox ağlın işığı xoş gələcəkdir.
- Azadlıq ağacı zaman-zaman vətənpərvərlərin qanı ilə yuyulmalıdır.
- Azadlığını təhlükəsizliyinə dəyişən nə təhlükəsizlik, nə də azadlıq alır.
B
- Bank müəssisələri döyüşə hazır olan qoşunlardan daha təhlükəlidir.
- Bərabər hüquqlar-hamıya, xüsusi imtiyazlar-heç kəsə.
- Bütün idarəetmə sənəti dürüst olmaq sənətindən ibarətdir.
D
- Dövlət işində işləyən xalqın xidmətində olduğunu unutmamalıdır.
- Düzgünlük, həyat kitabının ilk bölməsidir.
Ə
- Əgər Amerika xalqı nə vaxtsa banklara pul buraxılmasına nəzarət etməyi icazə versə, atalarının fəth etdikləri qitədə evsiz qalan övladlar oyanana qədər banklar və korporasiyalar insanların bütün mülkiyyətini əllərindən alacaq.
- Əgər hər hansı bir dövlət yalnız xalqın hökmdarlarına həvalə edilmişdirsə, o dövlət deqradasiya edir. Yalnız xalqın özü hakimiyyətin və xalqın etibarlı qoruyucusudur.
- Əgər hirslənmisənsə, bir şey deməmişdən qabaq fikrində ona qədər say, sonra danış, əgər bərk hirslənmisənsə, yüzə qədər say, bəlkə onda heç danışmağa da ehtiyac qalmasın.
- Əgər insanlar nə yedikləri və hansı dərmanlar qəbul etmələri barədə qərarı dövlətə həvalə etsələr, onlar tezliklə zülmkarın zülm verdiyi insanların gününə düşəcəklər.
- Əgər qəzetsiz hökumət, yaxud hökumətsiz qəzet seçməli olsaydım, tərəddüd etmədən ikincini seçərdim.
- Əgər seçmək lazım gəlsəydi ki qəzetlərsiz hökumət olsun, ya hökumətsiz qəzetlər olsun, mən tərəddüd etmədən ikincini seçərdim.
- Əksər insanlar əzab çəkməyin səbəbini aradan qaldırmaq üçün mübarizə aparmaqdan çox əzab çəkməyə meylidirlər.
- Ən az idarə olunan dövlət, ən yaxşı dövlətdir.
G
- Gələcəyin xəyallarını keçmişin tarixindən daha çox sevirəm.
H
- Heç bir şey başqalarından istənilən şəraitdə sakit və soyuqqanlı qalmaq qabiliyyəti qədər üstünlüyə malik olmur.
- Hər dəfə Tanrının ədalətli olduğunu xatırlayanda ölkəm üçün əsirəm.
- Hüquqşünasın peşəsi hər şeyi şübhə altına almaq, heç nə ilə razılaşmamaq və uzun-uzadı danışmaqdan ibarətdir.
X
- Xütbə sözlərimiz yox, həyatımız olmalıdır.
İ
- İdarə etmək məharəti namuslu olmaq məharətindən ibarətdir.
- İnsan həyatını və xoşbəxtliyini məhv etmək yox, qayğı göstərmək yaxşı bir hökumətin ilk və yeganə qanuni vəzifəsidir.
- İnsanlar arasında təbii bir aristokratiyanın olması fikri ilə razıyam. Onun üçün təməl fəzilət və istedaddır.
- İnsanların dözə biləcəyindən çox xeyirxahlıq etməyə çalışmayın.
K
- Kitab oxumayan insan ölüdür.
- Kitabsız yaşaya bilmərəm…
- Kommersiyanın tamahkar ruhu üçün nə vətən, nə hisslər, nə də prinsiplər var.
Q
- Qanunlar adi insanlar üçün yazılır, ona görə də onlar sağlam düşüncənin adi qaydalarına əsaslanmalıdır.
- Qonşunun iyirmi dənə Tanrı var deməsi ya da heç bir tanrı yoxdur deməsi mənə bir zərər verməz. Nə mənim cibimə toxunar nə də qıçımı qırar.
- Qürur aclıqdan, susuzluqdan və soyuqdan daha qiymətlidir.
M
- Malik olmadığın pulu xərcləmə.
- Mən bəxti gətirməyə, taleyə çox möhkəm inanıram və mən əmin oldum ki, nə qədər çox işlədikcə, tale də üzümə bir o qədər çox gülümsəyir.
- Mən əminəm ki, hər bir insanın ruhu digərinə yaxşılıq etdiyi zaman sevinir.
- Mən sərvətləri artdıqca dürüstlükləri də artan insanlar görmədim.
- Mənim bir qorxum var, o da ömrümün çox uzun sürəcəyi və cırıq bir xalça kimi daha heç nəyə yaramayacağı qorxusudur.
- Mənim vətənim azadlıq olan yerdir.
- Müvəffəqiyyətlərimiz etdiyimiz pis hərəkətlərdən daha çox düşmən qazandırar.
R
- Reklamda qənaət, saatı dayandırıb vaxta qənaət etmək kimidir.
S
- Sahib olmadan əvvəl pulu əsla xərcləmə.
- Sənin öz ağlın göylərin sənə bəxş etdiyi yeganə orakuldur. Sən düzgünlüyə görə deyil, qərarın düzgünlüyünə görə məsuliyyət daşıyırsan.
- Siz kim olduğunuzu bilmək istəyirsiniz? Soruşmayın. Hərəkət edin! Hərəkət sizi təsvir və müəyyən edəcək.
- Stil məsələlərində axınla üz, prinsip məsələlərində isə qaya kimi möhkəm ol.
T
- Təbiət qanunlarına zidd olan qanunları tətbiq etmək cinayətlər yaratmaq, sonra onları cəzalandırmaq deməkdir.
- Təhsil qədər bir xalqın çiçəklənməsinə, güdrətli və xoşbəxt olmasına töhvə verə biləcək başqa heç nə ola bilməz.
Z
- Zəif ağılların qul kimi itaət etdiyi qorxudan və yaltaq xurafatdan uzaq olun. Qoy ağıl sizə yol göstərsin, hər bir faktı, hər bir fikri ona etibar edin.