Azərbaycan atalar sözləri/Elm, bilik və ağıl: Redaktələr arasındakı fərq

Vikisitat saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
k 5.197.236.215 (Müzakirə) tərəfindən edilmiş dəyişikliklər Turkmen tərəfindən edilmiş dəyişikliklərə qaytarıldı.
Teq: Geri qaytarma
Yersiz
Teqlər: Vizual redaktor Mobil redaktə Mobil veb redaktə
Sətir 13: Sətir 13:
*Elmin gücü yıxar bürcü.
*Elmin gücü yıxar bürcü.
*[[Ədəb]] bazarda satılmaz...
*[[Ədəb]] bazarda satılmaz...
*[[Göz]] görmək üçün, ağıl bilmək üçün.ii
*[[Göz]] görmək üçün, ağıl bilmək üçün.
*Həcdən gələn mən, Məkkədən xəbər verən sən?
*Həcdən gələn mən, Məkkədən xəbər verən sən?
*Hər oxuyan [[Molla Pənah Vaqif|Molla Pənah]] olmaz.
*Hər oxuyan [[Molla Pənah Vaqif|Molla Pənah]] olmaz.

15:35, 11 fevral 2020 versiyası

  • Ağıl ağıldan üstün olar.
  • Ağıl yaşda olmaz, başda olar.
  • Ağıllı baş hər şeydən mənfəət götürər.
  • Ağıllı qəm yeyər, ağılsız qamçı.
  • Ağıllı fikir edincə, dəli Kürdən keçər.
  • Bacarıq ağılın nişanəsidir.
  • Baxmaqla öyrənmək olsa, it də qəssab olar.
  • Başı daşa dəyməyincə ağlı başına gəlməz.
  • Bilmədiyini biləndən soruş.
  • Bilməmək eyib deyil, soruşmamaq eyibdir.
  • Elm ağılın çırağıdır
  • Elmin gücü yıxar bürcü.
  • Ədəb bazarda satılmaz...
  • Göz görmək üçün, ağıl bilmək üçün.
  • Həcdən gələn mən, Məkkədən xəbər verən sən?
  • Hər oxuyan Molla Pənah olmaz.
  • Qafil yaşamaqdan ölmək yaxşıdır.
  • Qələm qılıncdan itidir.
  • Qələm əyri yonulsa da düz yazar.
  • Elmsiz adam qanatsız quş kimidir
  • Qələm yazanı qılınc poza bilməz.
  • Qüvvə hər şeyi, ağıl qüvvəni sındırar.
  • Savadsız adam kor kimidir.
  • Tənbəl deyər: "Bu gün oynaram, sabah oxuyaram". Çalışqan deyər: "Bu gün oxuyaram, sabah oynaram".