Tomas Cefferson: Redaktələr arasındakı fərq

Vikisitat saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Sətir 120: Sətir 120:
== Z ==
== Z ==
* Zəif ağılların qul kimi itaət etdiyi qorxudan və yaltaq xurafatdan uzaq olun. Qoy ağıl sizə yol göstərsin, hər bir faktı, hər bir fikri ona etibar edin.
* Zəif ağılların qul kimi itaət etdiyi qorxudan və yaltaq xurafatdan uzaq olun. Qoy ağıl sizə yol göstərsin, hər bir faktı, hər bir fikri ona etibar edin.
== Xarici keçid ==

{{Vikianbar kateqoriyası|Thomas Jefferson}}
[[Kateqoriya:ABŞ prezidentləri]]
[[Kateqoriya:ABŞ prezidentləri]]
[[Kateqoriya:1743-cü ildə doğulanlar]]
[[Kateqoriya:1743-cü ildə doğulanlar]]

06:23, 15 fevral 2020 versiyası

Tomas Cefferson
Doğum tarixi 13 aprel 1743-cü il
Doğum yeri Şeduell, Virqiniya koloniyası
Vəfat tarixi 4 iyul 1826-cı il
Vəfat yeri Şarlotsvill, Virqiniya ştatı
Dəfn yeri grave of Thomas Jefferson, Montiçello
Vikipediya məqaləsi

Tomas Ceferson (ing. Thomas Jefferson; 13 aprel 1743-cü il, Şeduell, Virqiniya koloniyası — 4 iyul 1826-cı il, Şarlotsvill, Virqiniya ştatı) - ABŞ-ın müstəqilliyi uğrunda gedən müharibənin görkəmli xadimi, İstiqlaliyyət Bəyannaməsinin müəlliflərindən biri, 1801-1809 ildə ABŞ-ın 3-cü prezidenti, görkəmli siyasi xadim, diplomat və maariflənmə dövrünün filosofu.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A

  • Allahın varlığını şübhə altına almaqdan qorxmayın. Çünki, əgər O varsa, ona kor qorxudan çox ağlın işığı xoş gələcəkdir.
  • Azadlıq ağacı zaman-zaman vətənpərvərlərin qanı ilə yuyulmalıdır.
  • Azadlığın qiyməti əbədi sayıqlıqdadır.
  • Azadlığını təhlükəsizliyinə dəyişən nə təhlükəsizlik, nə də azadlıq alır.

B

  • Bank müəssisələri döyüşə hazır olan qoşunlardan daha təhlükəlidir.
  • Bərabər hüquqlar-hamıya, xüsusi imtiyazlar-heç kəsə.
  • Bütün idarəetmə sənəti dürüst olmaq sənətindən ibarətdir.

C

  • Cadular sübh şəfəqin ilk əlamətlərindən dəhşətə gəldikləri kimi, müxtəlif təriqətlərin kahinləri də elmin nailiyyətlərindən, onları bəsləyən hiyləgər fəndlərin əldən çıxmasından qorxurlar.
  • Cəmiyyət üçün üsyan, təbiət üçün ildırımdan daha az faydalı deyil. Bu, hökumətin sağlamlığı üçün lazım olan dərmandır.
  • Cəmiyyətin etibarına malik olan insan özünə ictimai mülkiyyət kimi baxmalıdır.

D

  • Dövlət işində işləyən xalqın xidmətində olduğunu unutmamalıdır.
  • Dürüstlük hikmət kitabının birinci fəslidir.
  • Düzgünlük, həyat kitabının ilk bölməsidir.

Ə

  • Əgər Amerika xalqı nə vaxtsa banklara pul buraxılmasına nəzarət etməyi icazə versə, atalarının fəth etdikləri qitədə evsiz qalan övladlar oyanana qədər banklar və korporasiyalar insanların bütün mülkiyyətini əllərindən alacaq.
  • Əgər hər hansı bir dövlət yalnız xalqın hökmdarlarına həvalə edilmişdirsə, o dövlət deqradasiya edir. Yalnız xalqın özü hakimiyyətin və xalqın etibarlı qoruyucusudur.
  • Əgər hirslənmisənsə, bir şey deməmişdən qabaq fikrində ona qədər say, sonra danış, əgər bərk hirslənmisənsə, yüzə qədər say, bəlkə onda heç danışmağa da ehtiyac qalmasın.
  • Əgər insanlar nə yedikləri və hansı dərmanlar qəbul etmələri barədə qərarı dövlətə həvalə etsələr, onlar tezliklə zülmkarın zülm verdiyi insanların gününə düşəcəklər.
  • Əgər qəzetsiz hökumət, yaxud hökumətsiz qəzet seçməli olsaydım, tərəddüd etmədən ikincini seçərdim.
  • Əgər seçmək lazım gəlsəydi ki qəzetlərsiz hökumət olsun, ya hökumətsiz qəzetlər olsun, mən tərəddüd etmədən ikincini seçərdim.
  • Əksər insanlar əzab çəkməyin səbəbini aradan qaldırmaq üçün mübarizə aparmaqdan çox əzab çəkməyə meylidirlər.
  • Ən az idarə olunan dövlət, ən yaxşı dövlətdir.

F

  • Fərqli düşüncə vətənpərvərliyin ən yüksək formasıdır.

G

  • Gələcəyin xəyallarını keçmişin tarixindən daha çox sevirəm.

H

  • Harada azadlıq varsa, ora mənim vətənimdir.
  • Heç bir hökumət kəskin tənqidi rədd etməməlidir. Mətbuat azadlığı olan yerdə bu tənqid həmişə olacaqdır.
  • Heç bir şey başqalarından istənilən şəraitdə sakit və soyuqqanlı qalmaq qabiliyyəti qədər üstünlüyə malik olmur.
  • Heç bir şey oxumayan adam, qəzetlərdən başqa bir şey oxumayandan daha savadlıdır.
  • Heç vaxt bu gün edilə biləcək şeyi sabaha saxlama.
  • Heç vaxt ucuz şey almayın. Ucuz aldığınız şey sonda sizə çox baha başa gələcək.
  • Həqiqətdən qorxmayan insanın yalandan da qorxusu yoxdur.
  • Həmişə borcunuzu yerinə yetirməyə çalışın və bəşəriyyət uğursuz olduğunuz yerdə belə sizə haqq qazandıracaq.
  • Hər bir vəzifəli şəxs üçün ən çətin vəzifə lazımi adamı lazımi yerə təyin etməkdir.
  • Hər dəfə Tanrının ədalətli olduğunu xatırlayanda ölkəm üçün əsirəm.
  • Hüquqşünasın peşəsi hər şeyi şübhə altına almaq, heç nə ilə razılaşmamaq və uzun-uzadı danışmaqdan ibarətdir.

X

  • Xristian Allahı olduqca xoşagəlməz bir varlıqdır: qəddar, qisasçı, şıltaq və ədalətsiz.
  • Xristianlıq bəşəriyyətin üzləşdiyi ən pis sistemdir.
  • Xütbə sözlərimiz yox, həyatımız olmalıdır.

İ

  • İdarə etmək məharəti namuslu olmaq məharətindən ibarətdir.
  • İnsan həyatını və xoşbəxtliyini məhv etmək yox, qayğı göstərmək yaxşı bir hökumətin ilk və yeganə qanuni vəzifəsidir.
  • İnsanlar arasında təbii bir aristokratiyanın olması fikri ilə razıyam. Onun üçün təməl fəzilət və istedaddır.
  • İnsanların dözə biləcəyindən çox xeyirxahlıq etməyə çalışmayın.

K

  • Kitab oxumayan insan ölüdür.
  • Kitabsız yaşaya bilmərəm…
  • Kommersiyanın tamahkar ruhu üçün nə vətən, nə hisslər, nə də prinsiplər var.

Q

  • Qanunlar adi insanlar üçün yazılır, ona görə də onlar sağlam düşüncənin adi qaydalarına əsaslanmalıdır.
  • Qanunlar insan ruhunun tərəqqisi ilə yanaşı getməlidir.
  • Qəzetlərdə yeganə düzgün məlumatlar reklam elanlarında olur.
  • Qonşunun iyirmi dənə Tanrı var deməsi ya da heç bir tanrı yoxdur deməsi mənə bir zərər verməz. Nə mənim cibimə toxunar nə də qıçımı qırar.
  • Qorxaq insan dava-dalaşa cəsarətli insandan daha çox meyllidir.
  • Qürur aclıqdan, susuzluqdan və soyuqdan daha qiymətlidir.

M

  • Malik olmadığın pulu xərcləmə.
  • Mən başqalarının mənim üçün etdikləri şeylər üçün deyil, başqaları üçün etdiyim işlər üçün yadda qalmağı üstün tuturam.
  • Mən bəxti gətirməyə, taleyə çox möhkəm inanıram və mən əmin oldum ki, nə qədər çox işlədikcə, tale də üzümə bir o qədər çox gülümsəyir.
  • Mən əminəm ki, hər bir insanın ruhu digərinə yaxşılıq etdiyi zaman sevinir.
  • Mən əminəm ki, Rusiya (onun indiki monarxı sağ olduğu müddətdə) dünyanın bütün ölkələrindən bizə səmimi, dostcasına yerləşən ölkədir; onun xidmətləri bundan sonra da bizim üçün faydalı olacaq və biz ilk növbədə onun mövqeyini axtarmalıyıq... Arzu edərdim ki, bu cür hisslər bütün rus xalqında olsun.
  • Mən sərvətləri artdıqca dürüstlükləri də artan insanlar görmədim.
  • Mənasız ifadələri lağa qoymaq lazımdır. Məsələyə ağılla yanaşmalı, fikir dəqiq ifadə edilməlidir. Heç kim, heç vaxt Ata, Oğul, Müqəddəs Ruhdan ibarət Üçlüyün dəqiq bir tərifinə sahib olmamışdır. Bu, sadəcə olaraq, özlərini İsanın kahinləri adlandıran fırıldaqçıların cəfəngiyyatıdır.
  • Mənim bir qorxum var, o da ömrümün çox uzun sürəcəyi və cırıq bir xalça kimi daha heç nəyə yaramayacağı qorxusudur.
  • Mənim vətənim azadlıq olan yerdir.
  • Müvəffəqiyyətlərimiz etdiyimiz pis hərəkətlərdən daha çox düşmən qazandırar.

N

  • Nəzakət, xırda rahatlıqları qurban vermək vərdişidir.
  • Nəzakət, süni şəkildə yaradılmış yaxşı əhval-ruhiyyədir.

R

  • Reklamda qənaət, saatı dayandırıb vaxta qənaət etmək kimidir.

S

  • Sahib olmadan əvvəl pulu əsla xərcləmə.
  • Sənin öz ağlın göylərin sənə bəxş etdiyi yeganə orakuldur. Sən düzgünlüyə görə deyil, qərarın düzgünlüyünə görə məsuliyyət daşıyırsan.
  • Silahını kotana çevirən bunu etməyənin yerini şumlaycaq.
  • Siz kim olduğunuzu bilmək istəyirsiniz? Soruşmayın. Hərəkət edin! Hərəkət sizi təsvir və müəyyən edəcək.
  • Son xəbərlərə gəlincə, belə təəssürat yaranır ki, Avropa barbarları yenidən bir-birini məhv etməyə hazırlaşır. Rusiya-Türkiyə müharibəsi çalağanla ilanın mübarizəsini xatırladır: kiminsə məhv edilməsi nəticəsində dünyada bir dağıdıcı azalacaqdır. Göründüyü kimi, döyüşkənlik insan təbiətinin qanunu, kainat mexanizmindəki sürətli çoxalmanın yolunda bir maneədir. Quş həyətindəki xoruzlar bir-birini öldürürlər, ayılar, öküz və qoyunlar da eyni cür hərəkət edirlər, ilxıda at bütün gənc rəqiblərini öldürməyə çalışır və müəyyən müddət keçdikdən sonra onun özü gənc ayğırların qurbanı olur. Ümid edirəm ki, biz insanlar üçün kvakerlərin yolunun nə qədər faydalı olduğunu və ailəni dolandıranın həyatının döyüşçünün həyatından daha üstün olduğunu sübut edəcəyik. Təsəlli üçün o olar ki, dünyanın bir hissəsində ağılsızların məhv edilməsi digər hissələrində rifahın artmasına səbəb olur. Qoy bu, bizim qayğımız olsun və gəlin rusların buynuzdan, türklərin isə quyruqdan yapışdığı inəyi sağaq.
  • Stil məsələlərində axınla üz, prinsip məsələlərində isə qaya kimi möhkəm ol.

T

  • Təbiət qanunlarına zidd olan qanunları tətbiq etmək cinayətlər yaratmaq, sonra onları cəzalandırmaq deməkdir.
  • Təhsil qədər bir xalqın çiçəklənməsinə, güdrətli və xoşbəxt olmasına töhvə verə biləcək başqa heç nə ola bilməz.

Y

  • Yalnız baş verənlərdən daim xəbərdar olan xalq öz hökumətini seçmək hüququna malikdir.
  • Yalnız səhv hökumətin dəstəyinə ehtiyac duyur. Həqiqət özü özünü müdafiə edəcək.

Z

  • Zəif ağılların qul kimi itaət etdiyi qorxudan və yaltaq xurafatdan uzaq olun. Qoy ağıl sizə yol göstərsin, hər bir faktı, hər bir fikri ona etibar edin.

Xarici keçid

Vikianbarda Tomas Cefferson ilə əlaqəli mediafayllar var.