Azərbaycan atalar sözləri/Elm, bilik və ağıl: Redaktələr arasındakı fərq

Vikisitat saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Yersiz
Teqlər: Vizual redaktor Mobil redaktə Mobil veb redaktə
Redaktənin izahı yoxdur
Teqlər: Vizual redaktor Mobil redaktə Mobil veb redaktə
Sətir 1: Sətir 1:
•Savadsız insan qanadşız quş kimidir


*[[Ağıl]] ağıldan üstün olar.
*[[Ağıl]] ağıldan üstün olar.

11:19, 20 aprel 2020 versiyası

•Savadsız insan qanadşız quş kimidir

  • Ağıl ağıldan üstün olar.
  • Ağıl yaşda olmaz, başda olar.
  • Ağıllı baş hər şeydən mənfəət götürər.
  • Ağıllı qəm yeyər, ağılsız qamçı.
  • Ağıllı fikir edincə, dəli Kürdən keçər.
  • Bacarıq ağılın nişanəsidir.
  • Baxmaqla öyrənmək olsa, it də qəssab olar.
  • Başı daşa dəyməyincə ağlı başına gəlməz.
  • Bilmədiyini biləndən soruş.
  • Bilməmək eyib deyil, soruşmamaq eyibdir.
  • Elm ağılın çırağıdır
  • Elmin gücü yıxar bürcü.
  • Ədəb bazarda satılmaz...
  • Göz görmək üçün, ağıl bilmək üçün.
  • Həcdən gələn mən, Məkkədən xəbər verən sən?
  • Hər oxuyan Molla Pənah olmaz.
  • Qafil yaşamaqdan ölmək yaxşıdır.
  • Qələm qılıncdan itidir.
  • Qələm əyri yonulsa da düz yazar.
  • Elmsiz adam qanatsız quş kimidir
  • Qələm yazanı qılınc poza bilməz.
  • Qüvvə hər şeyi, ağıl qüvvəni sındırar.
  • Savadsız adam kor kimidir.
  • Tənbəl deyər: "Bu gün oynaram, sabah oxuyaram". Çalışqan deyər: "Bu gün oxuyaram, sabah oynaram".