Jan Pol Sartr: Redaktələr arasındakı fərq

Vikisitat saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 36: Sətir 36:
* Var olmaq susamadan içmək kimi bir şeydir.
* Var olmaq susamadan içmək kimi bir şeydir.
* Varlığında, varlığın var olmasının söz mövzusu olduğu bir varlıq olaraq var olan bir varlığam.
* Varlığında, varlığın var olmasının söz mövzusu olduğu bir varlıq olaraq var olan bir varlığam.
== Y ==

* Yalnızlıq - düşündüklərinizin beyninizin divarlarına çırpılıb təkrar içəridə qalmasıdır...





13:08, 11 iyun 2020 versiyası

Jan Pol Sartr

Jan Pol Sartr - fransız yazıçısı və filosofu.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A

  • Azad olmaq – özün kimi olmaq deməkdir.

B

  • Birini sevməyə başlamaq başlı başına bir iş, bir cəhddir. Güc istər, ürək istər, korluq istər. Hətta başlanğıcda elə bir an vardır ki uçurumun üstündən sıçramaq istər; düşünməyə qalxsan aşa bilməzsən onu.
  • Biz ona görə qəhrəman rolu oynayırıq ki, qorxağıq, müqəddəs rolu oynamağımızın səbəbi odur ki, quduzuq. Biz ona görə qatil rolu oynayırıq ki, ətrafımızdakıları öldürmək istəyi ilə alışıb-yanırıq ("Kin" pyesi, 1953)

C

  • Cəhənnəm başqalarıdır.

D

  • Dostluq bir-biri haqqında hökm vermək deyil. Dostluq inanmaq deməkdir.
  • Döyüşü zənginlər çıxarar, yoxsullar ölər.

E

  • Eşq; iki insanın şüurlarını birləşdirmə səyidir. Boşuna bir səy, çünki insan öz şüuruna məhkumdur.

Ə

  • Əgər iş varsa, ifaçısı tapılacaq.
  • Ən böyük günah peşmanlıqdır.

H

  • Həyat üç hissədən ibarətdir: dünyanı dəyişdirəcəyini sandığın, dəyişməyəcəyini başa düşdüyün və dünyanın səni dəyişdirdiyinə əmin olduğun hissələrdən.

İ

  • İnsan azadlığa məhkumdur.
  • İnsan sahib olduqlarının cəmi deyil, lakin hələ reallaşdıra bilmədiklərinin cəmidir.
  • İnsan uğrunda ölümə getməyə belə hazır olacağı bir şey tapmadığı müddətcə insan deyildir.
  • İnsanın azadlığı, özünə edilənlərə qarşı etdiyi rəftarda gizlidir.
  • İşğal dövrünü fransızların yadına salmaq üçün ictimai parkda alman hərbi musiqisi konsertini təşkil etmək kifayətdir.

R

  • Ruhun gəncliyi əbədidir, əbədilik isə gənclik deməkdir.

V

  • Var olmaq susamadan içmək kimi bir şeydir.
  • Varlığında, varlığın var olmasının söz mövzusu olduğu bir varlıq olaraq var olan bir varlığam.

Y

  • Yalnızlıq - düşündüklərinizin beyninizin divarlarına çırpılıb təkrar içəridə qalmasıdır...


Vikianbarda Jan Pol Sartr ilə əlaqəli mediafayllar var.

Vikipediyada Jan Pol Sartr haqqında məqalə var.