Azad: Redaktələr arasındakı fərq

Vikisitat saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 26: Sətir 26:
== İ ==
== İ ==
* İnsan insan kimi, insan olaraq azad olmağı bacarmırsa, onda qurd kimi, quş kimi azad sanar özünü. [[Əziz Nesin]]
* İnsan insan kimi, insan olaraq azad olmağı bacarmırsa, onda qurd kimi, quş kimi azad sanar özünü. [[Əziz Nesin]]
* İşlərin asan olar, olsan tamahdan azad,
Qənaətə başladın, ev-eşik oldu abad! [[Qabusnamə]]


== N ==
== N ==

18:12, 16 iyul 2020 versiyası



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A

  • Allah hamını azad yaradıb, təbiət heç kimi qul yaratmayıb. Alkimdamant
  • Arzularına sərhəd qoymayan insan azad ola bilməz. Epiktet
  • Azad insan hər cür qorxu və kədərdən azaddır. Konfutsi
  • Azad olmaq – özün kimi olmaq deməkdir. Jan Pol Sartr
  • Azad olmuş yox, azad edilmiş qul nə edəcəyini bilməz - ya keçmiş qulluğunun həsrətin çəkər, ya da yeni ağa axtarar. Əbülfəz Elçibəy

B

  • Başqalarının azadlığını əlindən alanların özlərinin azad olmağa haqqı yoxdur. Avraam Linkoln
  • Bəziləri Allahdan bir şey ümid edərək ibadət edərlər; bu tacirlərin ibadətidir. Bəziləri də qorxaraq ibadət edərlər; bu da kölələrin ibadətidir. Bəziləri isə Allaha şükr olaraq ibadət edərlər; bu da azad insanların ibadətidir; bax ən fəzilətli ibadət də məhz budur. İmam Hüseyn
  • Bu mübarizədə mənim ən yüksək məqsədim ittifaqın qorunması, köləliyin qorunmaması və ya məhv edilməsidir. Əgər mən hər hansı bir qulu azad etmədən ittifaqı xilas edə bilsəydim, mən bunu edərdim və əgər mən bütün qulları azad edib onu xilas edə bilsəydim, bunu edərdim, əgər mən bəzi qulları azad edib, bəzilərini isə azad edə bilməyib onu xilas edə bilsəydim, bunu edərdim. Köləlik məsələsində və rəngli irq üçün etdiyim hər şeyi ona görə edirəm ki, bunun ittifaqı qorumağa kömək edəcəyinə əminəm... Avraam Linkoln

D

  • Dünyada heç bir nemət həyatın əvəzi ola bilməz və onu hər cüzi şey üstündə və ədalət pərdəsi altında azad insanlardan almaq olmaz. Mirzə Fətəli Axundov
  • Dünyada insan düşüncəsi qədər azad olan heç nə yoxdur. Devid Yum
  • Dünyanı tərpətmək üçün Arximedin tələb etdiyi dayaq nöqtəsi - azad əməkdir. Maksim Qorki

Ə

  • Əgər bir millət azad olacaqsa: qürura, iradə gücünə, meydan oxumağa, nifrətə, nifrətə və yenə də nifrətə ehtiyac duyacaq. Adolf Hitler

H

  • Heç bir şey insanın təxəyyülü qədər azad deyil. Devid Yum
  • Heç kimi sevməmək səni məğlubedilməz edən böyük bir vergidir, heç kimi sevməməklə sən ən qorxulu ağrıdan azad olursan. Adolf Hitler
  • Həqiqi azad adam həmişə ölməyə hazır olan adamdır. Diogen

İ

  • İnsan insan kimi, insan olaraq azad olmağı bacarmırsa, onda qurd kimi, quş kimi azad sanar özünü. Əziz Nesin
  • İşlərin asan olar, olsan tamahdan azad,

Qənaətə başladın, ev-eşik oldu abad! Qabusnamə

N

  • Nə qədər ki, hamı azad deyil, heç kəs özünü tam azad saya bilməz. Nə qədər ki, hamı xoşbəxt deyil, heç kəs özünü tam xoşbəxt saya bilməz. Nə qədər ki, hamı əxlaqlı deyil, heç kəs özünü tam əxlaqlı saya bilməz. Henrix Mann

Y

  • Ya azad bir millət olaraq yaşayaq, ya da ölək. Avraam Linkoln
  • Yalnız şüurlu və azad əmək insanı xoşbəxt edə bilər. Konstantin Uşinski
  • Yarıya bölünmüş bir ev fırtınaya davam gətirə bilməz. Düşünürəm ki, yarısı qullardan, yarısı azad insanlardan ibarət olan ölkənin hökuməti də möhkəm ola bilməz. Avraam Linkoln
  • Yoxsulluq ayıb deyil, ayıb olan zəhmət hesabına yoxsulluqdan azad olmağa səy göstərməməkdir. Fukidid