Georq Vilhelm Fridrix Hegel: Redaktələr arasındakı fərq

Vikisitat saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 85: Sətir 85:


{{Xarici istinadlar}}
{{Xarici istinadlar}}
== Xarici istinadlar ==

[[Kateqoriya:Almanlar]]
[[Kateqoriya:Almanlar]]
[[Kateqoriya:Filosoflar]]
[[Kateqoriya:Filosoflar]]

12:17, 26 iyul 2020 versiyası

Georq Vilhelm Fridrix Hegel
Doğum tarixi 27 avqust 1770
Doğum yeri Ştutqart
Vəfat tarixi 14 noyabr 1831
Vəfat yeri Berlin
Dəfn yeri Doroteenştadt qəbiristanlığı
Vikipediya məqaləsi

Georq Vilhelm Fridrix Hegel (alm. Georg Wilhelm Friedrich Hegel‎; 27 avqust 1770, Ştutqart — 14 noyabr 1831, Berlin) — alman filosofu, obyektiv idealist, klassik alman fəlsəfəsinin nümayəndəsi. Georq Vilhelm Fridrix Hegel tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A

  • Ana dilində danışmaq böyük mədəniyyətdir.
  • Ancaq böyük hədəflərin həyata keçməsindən sonra insan özündə böyük xarakter aşkar edir.

B

  • Bir insanın sənə nələr verə biləcəyi deyil, sənin üçün nələrdən imtina edəcəyi əhəmiyyətlidir.
  • Bütün ağıl-həqiqət, bütün həqiqət-ağıldır.

D

  • Dünyada ehtiraslı olmadan bacarılmış heç bir böyük şey yoxdur.
  • Dünya tarixi, azadlıq şüurluğunun inkişafından başqa bir şey deyil.

E

  • Eşqin həqiqi mahiyyəti ondan ibarətdir ki, özünü düşünməkdən əl çəkəsən, özünü başqa "mən"də tapasan.

Ə

  • Ən vəfalı dostumuz kölgəmizdir, amma unutma ki, o da yoldaşlıq etmək üçün günəşli havanı gözləyir.
  • Əxlaq - bu iradənin ağılıdır.
  • Əxlaq gözəllik libasında meydana çıxmalıdır.
  • Əxlaqsız münasibətlərdən uşağa qul kimi olan münasibət ən əxlaqsızıdır.
  • Əsl vicdan özündə olan və özün üçün xeyirli olan barədə hökm etmək ovqatıdır.

F

  • Fəlsəfə obyektlərin düşüncə ilə görülməsidir.
  • Fəlsəfənin cavabsız qoyduğu sualların səbəbi odur ki,onların qoyulma tərzi başqa cür olmalı idi.

H

  • Həqiqət - küfr kimi yaranır və yanlış fikir kimi ölür.
  • Həqiqətə qarşı cəsarət — fəlsəfə tədqiqatının birinci şərtidir.
  • Hər bir rəsm əsəri öz dövrünə, öz millətinə və öz mühitinə aiddir.
  • Həyat — bu sonsuz mükəmməlləşdirmədir. Özünü mükəmməl hesab etmək isə - özünü öldürməkdir.

X

  • Xoşbəxtliyin sirri-insanın "MƏN" dairəsindən çıxa bilmə bacarığındadır.

İ

  • İlk vaxtlar ana tərbiyəsi çox vacibdir çünki əxlaq uşaqda bir hiss kimi həkk olunmalıdır.
  • İnsan azadlıq üçün tərbiyə olunur.
  • İnsan biliyin sayəsində ölməzdir.Bilik, düşüncə - bu onun həyatının köküdür, onun əbədiliyidiri.
  • İnsan fikirləşmədən öz içində yaşayanları aşkar edə bilməz. [1]
  • İnsan öz əməllərinin tərənnümüdür.
  • İnsan özünün cənabı olmayınca,təbiətin cənabı olmayacaq.
  • İnsanların tarixdən aldıqları əsas dərs bundan ibarətdir ki, onlar ondan heç bir dərs ala bilmirlər.

M

  • Məhəbbətin həqiqi mahiyyəti ondan ibarətdir ki özünü düşünməkdən əl çəkəsən, özünü başqa "mən"də tapasan.
  • Mənim hərəkətimin mənəvi dəyərə malik olması üçün onunla mənim inamım bağlanmış olmalıdır.Cəzadan öncə qorxunun insanı hansısa hərəkətə təhrik etməsi və ya hansısa insanın gözündə yaxşı görünmək üçün gorülən hərəkətlər-əxlaqsızlıqdır.

N

  • Nitq - heyranedici güclü vasitədir.Ondan istifadə etmək üçün ağıllı olmaq lazımdır.

O

  • Oxumuş xalqların həqiqi cəsarəti vətən naminə özünü qurban vermə hazırlığından ibarətdir.

S

  • Sevginin həqiqi mahiyyəti ondan ibarətdir ki,özünü düşünməkdən əl çəkəsən,özünü başqa “mən”də tapasan,yenidən özünü tapasan və öz-özünə malik olasan.

T

  • Tanrı, insan və maddə deyə ayrım etmək mənasızdır. Universal cövhər, saf şüur olan ruhdur. Düşüncə pillələrini qət edən insan sonunda özünə dönər. Gerçək ruhun özü olduğunu kəşf edər. Əslində insan tanrı; tanrı da insandır.
  • Tarix ruhun zamana görə inkişafıdır, tarixin öz məqsədləri vardır, bu məqsəd-azadlığın inkişafı, vətəndaş cəmiyyətində vətəndaşın azadlığıdır.

V

  • Vicdan - yaxşı yolu işıqlandıran mənəvi çıraqdır amma nə vaxt ki, pislik edirlər, onu məhv edirlər.

Mənbə

  • Xəzinə, Bakı.1997

Vikianbarda Georq Vilhelm Fridrix Hegel ilə əlaqəli mediafayllar var.

Xarici istinadlar