Təcrübə: Redaktələr arasındakı fərq

Vikisitat saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 16: Sətir 16:
== İ ==
== İ ==
* İnsan həqiqətən sevəndə necə də əfəlləşir! Özünə əminlik necə də tez yoxa çıxır! Adam necə tənha olur; bütün tərifli təcrübə tüstü kimi havaya sovrulur və adam özünü inamsız hiss edir. [[Erix Mariya Remark]]
* İnsan həqiqətən sevəndə necə də əfəlləşir! Özünə əminlik necə də tez yoxa çıxır! Adam necə tənha olur; bütün tərifli təcrübə tüstü kimi havaya sovrulur və adam özünü inamsız hiss edir. [[Erix Mariya Remark]]
== M ==
* Məlumat təcrübəylə başlar, amma təcrübədən doğulmaz. [[İmmanuel Kant]]

== O ==
== O ==
* Odunçuya gücdən əvvəl təcrübə lazımdır. [[Homer ]]
* Odunçuya gücdən əvvəl təcrübə lazımdır. [[Homer ]]

09:20, 10 avqust 2020 versiyası



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


B

  • Biliyə üç yol aparır: ən asanı – təqlid, ən çətini – təcrübə, ən şərəflisi – düşüncədir. Konfutsi
  • Biznes aləmində iki növ mənfəət anlayışı mövcuddur: nağd və təcrübə, ilk növbədə təcrübə toplayın, nağd isə sonra özü gələcək. Harold Qenin
  • Bütün sahib olduğumuz məlumatın təcrübə ilə başladığına şübhə yoxdur. İmmanuel Kant

Ç

  • Çox təəssüf ki, biri təcrübə qazandıqca gəncliyini itirir. Vinsent van Qoq

E

  • Elm deyə, məntiq deyə, ağıl deyə bir şey var; təcrübə ilə təsdiqlənən düşüncə var. Bir də Kaliforniya deyə bir şey var. Edvard Abi
  • Elm sərkərdə,təcrübə isə onun əsgəridir. Leonardo da Vinçi
  • Evlilik üçün “dava etməyi bacarmaq lazımdır” deyirlər. Məndən soruşsanız, bu tamamilə müdrikliklə bağlı şeydir. Bərabər yaşayan insanlar mübahisə edə bilərlər, bu tamamilə təbii bir şeydir. Gənc olanda bu mübahisələr alovlanar, tərəfləri birləşdirən bir nöqtə tapmaq qeyri-mümkün olur. Qısası, iş cığırından çıxmağa yaxınlaşır. Ancaq yaşlandıqca başa düşürsən ki, bu mübahisə də bitəcək. Bəli, bir-birinizi başa düşmürsünüz, amma bu dünyanın sonu demək deyil. Məhz burda təcrübə öz sözünü deyir. Vudi Allen

H

  • Hakimiyyət yalnız o vaxt böyük nemət olur ki, onu əldə edən adama təbiət və tərbiyə alicənablıq, qüvvətli ruh, geniş ürək, dərin ağıl, böyük təcrübə vermişdir. Pol Anri Holbax

İ

  • İnsan həqiqətən sevəndə necə də əfəlləşir! Özünə əminlik necə də tez yoxa çıxır! Adam necə tənha olur; bütün tərifli təcrübə tüstü kimi havaya sovrulur və adam özünü inamsız hiss edir. Erix Mariya Remark

M

  • Məlumat təcrübəylə başlar, amma təcrübədən doğulmaz. İmmanuel Kant

O

  • Odunçuya gücdən əvvəl təcrübə lazımdır. Homer

S

  • Səhv etmənin tənqid olunacaq bir tərəfi yoxdur. Səhvlər həyatın bir hissəsidir və inkişaf üçün lazımlıdır. Bu belə söyləməyə bənzəyir, xoşbəxtlik doğru qərarlarla, doğru qərarlar təcrübə ilə və təcrübə səhv qərarla gəlir. Ancaq eyni səhvləri təkrar təkrar hər gün etməyin qəbul edilə bilən bir tərəfi yoxdur. Robin Şarma

Ş

  • Şəxsi təcrübə - həyatda ən xeyirli şeydir. Valter Skott

T

  • Təcrübə başqa şeylərə baxarkən qazandığınız şeydir. Federiko Fellini
  • Təcrübə bilikdən də üstündür.[1] İbn Sina
  • Təcrübə bir eynəkdir, onun sayəsində ikinci dəfə daha yaxşı ggörürük. Henrik İbsen
  • Təcrübə, bir insanın başından keçənlər deyil, başından keçənlərin buraxdığı izlərdir. Oldos Haksli
  • Təcrübə ən yaxşı müəllimmdir. Tacik atalar sözləri
  • Təcrübə insanın başına gələn şey deyil, o insanın o başına gələnlə nə etdiyidir. Oldos Haksli
  • Təcrübə insanın işinə həmişə yaraya bilməz. Çünki heç bir hadisə eyni formada iki dəfə təkrarlanmır. Uinston Çörçill
  • Təcrübə insanların öz səhvlərinə verdiyi addır. Oskar Uayld
  • Təcrübə məktəbində təhsil ödənişi yüksəkdir; amma ağılsızlara bir şeylər öyrədə bilən başqa məktəb də yoxdur (J. Svift)
  • Təcrübə, məktəblərin ən inkişaf etmişidir, o məktəbdə axmaqlar belə bir şeylər öyrənər. Bencamin Franklin
  • Təcrübə yüksəlişin qanadıdır. Cəfər Cabbarlı
  • Tibet dilində bir söz var: “Əzablardan güc yığmaq üçün istifadə etmək lazımdır.” Nə çətinlik olursa olsun, təcrübə nə qədər əzablı olursa olsun, ən böyük fəlakət ümidini itiməkdir. Tenzin Gyatso

Y

  • Yaxşı qərar təcrübənin nəticəsi, təcrübə isə pis qərarların bəhrəsidir. Uolter Riston
  • Yaşanaraq deyil, yaşayaraq təcrübə qazanılır, zaman insanları yox armudları yetişdirir. Peyami Safa

İstinadlar

  1. Ağla və qəlbə işıq saçan sözlər. Bakı, 2014