Hippokrat: Redaktələr arasındakı fərq

Vikisitat saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 29: Sətir 29:
* Gülüşlə müşayiət oluna sayıqlama ciddi sayıqlamadan daha az qorxuludur.
* Gülüşlə müşayiət oluna sayıqlama ciddi sayıqlamadan daha az qorxuludur.
== H ==
== H ==
* Harada paxıllıq varsa, orada böhtan da var.
* Həddindən artıq yemək yemək və ya ac qalmaq pisdir.
* Həddindən artıq yemək yemək və ya ac qalmaq pisdir.
* Həddindən artıq yuxu və yuxusuzluq pis əlamətdir.
* Həddindən artıq yuxu və yuxusuzluq pis əlamətdir.

17:45, 17 avqust 2020 versiyası

Magni Hippocratis medicorum omnium facile principis, opera omnia quae extant, 1657

Hippokrat - qədim yunan həkimi.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A

  • Avaralıq və heç nə etməmə əxlaqsızlığa və xəstəliyə səbəb olur. Ağılın bir şeyə can atması isə həyatı möhkəmləndirməyə yönəlmiş gümrahlıq gətirir.

B

  • Bədəninin hər hansı bir yerində ağrı hiss etməyənlərin ağlı xəstədir.
  • Bədənin müxtəlif yerlərində eyni zamanda baş vermiş iki ağrının daha güclüsü digərini zəiflədir.
  • Bizim qida maddələrimiz müalicəvi, dərman vasitələrimiz isə qida maddəsi olmalıdır.

Ç

  • Çox faydalı olsalar belə, tələsiklik və həddindən artıq hazırlıq nifrət ediləndir.

D

  • Dərmanın sağalda bilmədiyini dəmir sağaldır. Dəmirin sağalda bilmədiyini od sağaldır. Odun sağalda bilmədiyi şey isə sağalmaz sayılır.

E

  • Elə insanlar var ki, onlar öz sənətini incəsənət dedi-qodusunda da göstərə bilirlər.
  • Elmə olan məhəbbət insana olan məhəbbətdən ayrılmalıdır, buna görə də həkim təkcə təbabəti bilirsə, deməli, o, təbabəti bilmir.

Ə

  • Əgər yuxu əzabları yüngülləşdirirsə, xəstəlik ölümcül deyil.
  • Əks əkslə sağaldılır.
  • Ən güclü xəstəliklərdə ən güclü vasitələr lazımdır.

F

  • Fiziki cəhətdən zəif, qoca insanlar sadə işlərin öhdəsindən bu işə adət etməmiş möhkəm bədənli cavanlardan daha asan gəlirlər.

G

  • Gülüşlə müşayiət oluna sayıqlama ciddi sayıqlamadan daha az qorxuludur.

H

  • Harada paxıllıq varsa, orada böhtan da var.
  • Həddindən artıq yemək yemək və ya ac qalmaq pisdir.
  • Həddindən artıq yuxu və yuxusuzluq pis əlamətdir.
  • Həkim filosofdur. Çünki, müdriklə tibb arasında böyük bir fərq yoxdur.
  • Həkim xəstəliyi müalicə edir, təbiət isə sağaldır.
  • Həkim soyuqqanlı, xoşxasiyyət və insanpərvər olmalıdır. O, xəstə üçün ata, sağalmaqda olan insan üçün mühafizəçi, sağlam şəxs üçün dost olmalıdır. O, xəstənin sağalmağa olan ümidini hər an dəstəkləməlidir.
  • Hər cür xəstəlikdə ruh yüksəkliyini və yemək yemək zövqünü saxlamaq yaxşı, əksi isə pis əlamətdir.

X

  • Xəstə xəstəliyə qarşı mübarizəni həkimlə birlikdə aparmalıdır.
  • Xəstəliklərdə xeyir vermək və ya zərər verməmək kimi iki şeyə nail olmaq.
  • Xəstəyə zərər vermə.

K

  • Keyfiyyətcə yaxşı olmayan, amma xoş olan, keyfiyyətcə yaxşı ,amma xoşagəlməz olan içkini və qidanı seçmək daha faydalıdır.
  • Kim ki, işləmək qabiliyyətini, sağlamlığını, tam və sevincli həyatını qoruyub saxlamaq istəyirsə, gimnastikanı, fiziki çalışmaları, yerişi öz gündəlik həyatına daxil etməlidir.
  • Kim ki, tez-tez özünü istidə saxlayır, onda aşağıdakı zərəli nəticələr baş verir: əzələlərin zəifliyi, əsəblərin zəifliyi, ağlın kütlüyü, qanaxmalar, ürək getmələr. Bütün bunların nəticəsi də ölüm olur.

Q

  • Qadın ürəyi göydəki ulduzların sayı qədər yalanlar gizlədir.
  • Qocalar cavanlardan az xəstələnirlər. Amma əgər onlarda xroniki xəstəkilər olarsa, bu,onların ölümü ilə sona çatır.
  • Qocalar orucu çox asanlıqla tuturlar. Bu işdə böyüklər də əziyyət çəkmir, cavanlar isə çətinlik çəkirlər. Ən çətinlik çəkən isə uşaqlar olur. Uşaqların içində isə qarınqulu uşaqlar üçün bu daha çətin olur.
  • Qüvvətli ruh zəifləmiş bədəni xilas edir.

M

  • Mahudçular parçanı çırpıb tozdan təmizlədikləri kimi, gimnastika da orqanizmi təmizləyir.
  • Mən hər cür zərər verməkdən və ədalətsizlik etməkdən çəkinərək xəstələrin rejimini onların xeyrinə yönəldəcəyəm.
  • Müalicə vaxtı insan həyatı ilə bağlı, nə vaxtsa açıqlandığım, gördüyüm və eşitdiiyim şeylər barəsində susuram və belə şeyləri sirr hesab edirəm.

Ö

  • Ömür qısa, sənət yolu uzun, əlverişli fürsət tezkeçən, təcrübə aldadıcı, fikir çətindir. Ona görə də nəinki həkimin özü hər şeydən istifadə etməli, eləcə də xəstə, onu əhatə edənlər, bütün xarici amillər həkimin fəaliyyətinə kömək etməlidir.

P

  • Pəhriz vasitələrinin təsiri uzunsürən, dərman vasitələrinin təsiri isə tezkeçəndir.

S

  • Səbəbsiz yorğunluq xəstəlikdən xəbər verir.
  • Sərxoşluq, zəifliyin və uşaqların xəstəliyinin səbəbidir.

Ş

  • Şərab içmək aclığı yatırdır.

T

  • Təbabət – elmlərin şahzadəsi, ilahi peşə ideal, müd¬rik həkim isə ilahi varlıqdır.
  • Tibb bütün sənətlərdən ən nəcibidir.

Ü

  • Ümid səsi göyərçin çağırışıdır.

Z

  • Zərərli şeydən az yemək, faydalı şeydən çox yeməkdən daha yaxşıdır.