Azərbaycan atalar sözləri/Ç: Redaktələr arasındakı fərq

Vikisitat saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 52: Sətir 52:
* Çörək baha olanda ölüm ucuz olar.
* Çörək baha olanda ölüm ucuz olar.
* Çörək basan ayağa düşər.
* Çörək basan ayağa düşər.
* Çörəyi at dəryaya, balıq bilməz, Xalıq bilər.
* Çörəyi ver çörəkçiyə, bir [[çörək]] də üstəlik.
* Çörəyi ver çörəkçiyə, bir [[çörək]] də üstəlik.



17:18, 22 avqust 2020 versiyası

  • Çağrılan yerə ərinmə, çağrılmayan yerdə görünmə.
  • Çağrılmamış qonaq süpürülməmiş yerdə oturar.
  • Çağırılmamış qonağı köpəklər qarşılar.
  • Çağırram – eldən ayıb, çağırmanam – it itdi.
  • Çax-çax edən nalçadır, iş bitirən axçadır.
  • Çaqqal güləndə toyuq qaqqıldar.
  • Çaqqal var gödən çıxarır, yenə ayaqları yalındır.
  • Çaqqal yuvasında toyuq qaqqıldayar.
  • Çaqqaldan çox çarıq aparan olmaz, qurdun adı bədnamdır.
  • Çaqqalın yuxusuna toyuq gələr.
  • Çala-çala çalağan olar.
  • Çalağan göydə dolanır, cücənin ürəyi bulanır.
  • Çalış ki, dostun olsun, düşman ocaq başında.
  • Çalışqan əl nəyə dəysə qızıl olar.
  • Çamura daş atma, üzünə sıçrar.
  • Çanaxda balın olsun, Yəməndən arı gələr.
  • Çapqınçı ol, insafı əldən vermə.
  • Çarəsiz dərdə Loğman da acizdir.
  • Çarığını əsirgəməyən patavasın da qoyar üstünə.
  • Çarvadara yol göstərməzlər.
  • Çay bir olar, çeşmə min.
  • Çay görməmiş çırmanır.
  • Çaya çatmamış çarığını çıxarma.
  • Çayın daşı, çölün quşu.
  • Çəkmə namərd minnətin, get qürbətdə dolan gəz.
  • Çəkişməsən bərkiməzsən.
  • Çətinliyə düşməyən rahatlığın qədrini bilməz.
  • Çıxan can geri dönməz.
  • Çıxmayan cana umud çoxdur.
  • Çirkin üzün gizlədər, göyçək budaqlar gəzər.
  • Çirkinim, gözlə, gedim gözəl axtarım,
Tapmadım gözəlimsən ki, gözəlim.
  • Çiy süd əmənə etibar yoxdur.
  • Çoban çox olanda qoyunu qurd yeyər.
  • Çoban köpəyi kimi nə yeyər, nə yedirdər.
  • Çobana vermə qızı, ya qoyun güddürər, ya quzu.
  • Çobanı özündən olanın qoyunu dişi doğar.
  • Çobanın könlü olsa, təkədən pendir tutar.
  • Çobanın yağı çox olanda çarığına sürtər.
  • Çobansız sürü yolu azar.
  • Çox aş ya qarın ağrıdar, ya baş.
  • Çox aşna tutan aşnasız qalar.
  • Çox bilən çox çəkər.
  • Çox bilib az danışmaq igidin ləngəridir.
  • Çox danışan çox yanılar.
  • Çox görən çox istər, az görənin yadına da düşməz.
  • Çox gülən çox da ağlar.
  • Çox hürən it tutmaz.
  • Çox istəyən azdan da olar.
  • Çörək açanı qılınc açmaz.
  • Çörək baha olanda ölüm ucuz olar.
  • Çörək basan ayağa düşər.
  • Çörəyi at dəryaya, balıq bilməz, Xalıq bilər.
  • Çörəyi ver çörəkçiyə, bir çörək də üstəlik.