Azərbaycan atalar sözləri/Ç: Redaktələr arasındakı fərq
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur |
Redaktənin izahı yoxdur |
||
Sətir 54: | Sətir 54: | ||
* Çörəyi at dəryaya, balıq bilməz, Xalıq bilər. |
* Çörəyi at dəryaya, balıq bilməz, Xalıq bilər. |
||
* Çörəyi dizində olandan uzaq. |
* Çörəyi dizində olandan uzaq. |
||
* Çörəyi torpaqdan al, özgənin ağzından yox. |
|||
* Çörəyi ver çörəkçiyə, bir [[çörək]] də üstəlik. |
* Çörəyi ver çörəkçiyə, bir [[çörək]] də üstəlik. |
||
17:20, 22 avqust 2020 versiyası
- Çağrılan yerə ərinmə, çağrılmayan yerdə görünmə.
- Çağrılmamış qonaq süpürülməmiş yerdə oturar.
- Çağırılmamış qonağı köpəklər qarşılar.
- Çağırram – eldən ayıb, çağırmanam – it itdi.
- Çax-çax edən nalçadır, iş bitirən axçadır.
- Çaqqal güləndə toyuq qaqqıldar.
- Çaqqal var gödən çıxarır, yenə ayaqları yalındır.
- Çaqqal yuvasında toyuq qaqqıldayar.
- Çaqqaldan çox çarıq aparan olmaz, qurdun adı bədnamdır.
- Çaqqalın yuxusuna toyuq gələr.
- Çala-çala çalağan olar.
- Çalağan göydə dolanır, cücənin ürəyi bulanır.
- Çalış ki, dostun olsun, düşman ocaq başında.
- Çalışqan əl nəyə dəysə qızıl olar.
- Çamura daş atma, üzünə sıçrar.
- Çanaxda balın olsun, Yəməndən arı gələr.
- Çapqınçı ol, insafı əldən vermə.
- Çarəsiz dərdə Loğman da acizdir.
- Çarığını əsirgəməyən patavasın da qoyar üstünə.
- Çarvadara yol göstərməzlər.
- Çay bir olar, çeşmə min.
- Çay görməmiş çırmanır.
- Çaya çatmamış çarığını çıxarma.
- Çayın daşı, çölün quşu.
- Çəkmə namərd minnətin, get qürbətdə dolan gəz.
- Çəkişməsən bərkiməzsən.
- Çətinliyə düşməyən rahatlığın qədrini bilməz.
- Çıxan can geri dönməz.
- Çıxmayan cana umud çoxdur.
- Çirkin üzün gizlədər, göyçək budaqlar gəzər.
- Çirkinim, gözlə, gedim gözəl axtarım,
- Tapmadım gözəlimsən ki, gözəlim.
- Çiy süd əmənə etibar yoxdur.
- Çoban çox olanda qoyunu qurd yeyər.
- Çoban köpəyi kimi nə yeyər, nə yedirdər.
- Çobana vermə qızı, ya qoyun güddürər, ya quzu.
- Çobanı özündən olanın qoyunu dişi doğar.
- Çobanın könlü olsa, təkədən pendir tutar.
- Çobanın yağı çox olanda çarığına sürtər.
- Çobansız sürü yolu azar.
- Çox aş ya qarın ağrıdar, ya baş.
- Çox aşna tutan aşnasız qalar.
- Çox bilən çox çəkər.
- Çox bilib az danışmaq igidin ləngəridir.
- Çox danışan çox yanılar.
- Çox görən çox istər, az görənin yadına da düşməz.
- Çox gülən çox da ağlar.
- Çox hürən it tutmaz.
- Çox istəyən azdan da olar.
- Çörək açanı qılınc açmaz.
- Çörək baha olanda ölüm ucuz olar.
- Çörək basan ayağa düşər.
- Çörəyi at dəryaya, balıq bilməz, Xalıq bilər.
- Çörəyi dizində olandan uzaq.
- Çörəyi torpaqdan al, özgənin ağzından yox.
- Çörəyi ver çörəkçiyə, bir çörək də üstəlik.