Azərbaycan atalar sözləri/Ö: Redaktələr arasındakı fərq
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur |
Redaktənin izahı yoxdur |
||
Sətir 2: | Sətir 2: | ||
* Öküz altında buzov axtarır. |
* Öküz altında buzov axtarır. |
||
* Öküz cırıldamaqdan boyunduruq cırıldayır. |
* Öküz cırıldamaqdan boyunduruq cırıldayır. |
||
Öküz dəvəcan olanda, dəvə dağcan olar. |
|||
* Öküz öldü, ortaq ayrıldı. |
* Öküz öldü, ortaq ayrıldı. |
||
* Öküz ölər gönü qalar, igid ölər ünü qalar. |
* Öküz ölər gönü qalar, igid ölər ünü qalar. |
09:29, 25 avqust 2020 tarixindəki versiya
- Öküz altında buzov axtarır.
- Öküz cırıldamaqdan boyunduruq cırıldayır.
Öküz dəvəcan olanda, dəvə dağcan olar.
- Öküz öldü, ortaq ayrıldı.
- Öküz ölər gönü qalar, igid ölər ünü qalar.
- Öküz ölməyincə inəyə qiymət olmaz.
- Öküzü buynuzundan, adamı sözündən tutarlar.
- Öküzü olana borc gön verərlər.
- Öküzü ölənə yol göstərən çox olar.
- Öküzün böyüyü pəyədə qalıbdır.
- Öküzün qocalanı dana-buzova qoşular.
- Öldü var, döndü yoxdur.
- Ölən canını qurtarır, vay qalanın halına.
- Ölən görməyəcək, qalan görəcək.
- Ölən kim, öldürən kim?
- Ölən onlardan olsun, bel-kürək bizdən.
- Ölən öldü, diriyə dirilik gərək.
- Ölər, Koroğlu getməz bu yurddan.
- Ölmək istəyirsən, köç Mazandarana.
- Ölmək ölməkdir, xırıldamaq nə deməkdir.
- Ölmək var, dönmək yoxdur.
- Ölməz, itməz Xədicə, görər nəvə-nəticə.
- Ölmüş aslandan diri köpək yaxşıdır.
- Ölmüş dəvənin dərisi bir eşşəyə yükdür.
- Ölmüş eşşək axtarır ki, nalını çəksin.
- Ölüdən pay umur.
- Ölüm qaş ilə göz arasındadır.
- Ölümdən başqa hər şeyə çarə var.
- Ölümə çarə yoxdur.
- Ölülər elə bilir, dirilər halva yeyir.
- Ölünün dalınca danışmazlar.
- Ölünün vəsiyyəti özü ilə gedər.
- Ölürsə yer bəyənsin, qalırsa el bəyənsin.
- Ölüsü olan bir gün ağlar, dəlisi olan hər gün.
- Örtülü bazar dostluğu pozar.
- Övlad ata-ananın ürəyidir.
- Övlad bir turş almaya bənzər, yeyənin dişi qamaşar, yeməyənin könlü istər.
- Övlad can yanğısıdır.
- Övlad insanın məbədidir.
- Övlad kivar, badamdır, nəvə məğzbadamdır.
- Övlad könül meyvəsidir.
- Övlad pəncərədən düşən işıqdır.
- Övlad sərmayədir.
- Övlad tapılar, ata-ana tapılmaz.
- Övlad ya ataya oxşar, ya anaya.
- Övladda atadan nişanə olmalıdır.
- Övladda nəvə, dövlətdə dəvə.
- Öyüdü anlayana verərlər.
- Öz adını özgələrə qoyma.
- Öz ağam, öz qulum.
- Öz ağlını özgə ağlına vermə.
- Öz anasını sevən, özgə anasını söyməz.
- Öz anasını sevməyən, özgə anasını sevməz.
- Öz arşını ilə ölçür.
- Öz atının noxtasından yapış.
- Öz bəxtindən küs.
- Öz çörəyini özgə süfrəsində yemə.
- Öz daş - tərəzisi ilə çəkir.
- Öz evimin nökəriyəm, özgə evinin-ağası.
- Öz evində öz başını bağlaya bilmir, özgə evində gəlin başı bağlayır.
- Öz əlim, öz başım.
- Öz gözündə tiri görmür, özgə gözündə qıl axtarır.
- Öz ipini özü eşir.
- Öz qədrini bilməyənin qədrini özgəsi də bilməz.
- Öz quru çörəyim özgənin plovundan yaxşıdır.
- Öz- özünü bəyənən ağam vay!...
- Öz səsi özünə xoş gəlir.
- Öz yağı öz başına.
- Özgə ağzına baxan ac qalar.
- Özgə atına minən tez düşər.
- Özgə bağından gül dərməzlər.
- Özgə buzovunu güdənin çatısı əlində qalar.
- Özgə evində qonaqdan borc istəməzlər.
- Özgə əli ilə ilan tutur.
- Özgə əlində kömbə böyük görünər.
- Özgə gözü yaxşı görər.
- Özgə kisəsindən pul bağışlamazlar.
- Özgə qapısını bağlı istəyənin öz qapısı bağlı qalar.
- Özgə malına göz tikən malsız-davarsız qalar.
- Özgə uşağından oğul olmaz.
- Özgənin qarğası özgəyə qırğı görünər.
- Özgənin sözünü özgəyə deməyə nə var?
- Özgəyə bel bağlama.
- Özgəyə it hürər, bizə Mazandaran çaqqalı.
- Özgəyə quyu qazan özü düşər.
- Özgəyə kömək et, sənə də kömək edərlər.
- Özgəsinə göz qoyan özünkünü itirər.
- Özü balaca, sözü böyük.
- Özü bişirib, özü yeyir.
- Özü danışar, özü də qulaq asar.
- Özü deyir, özü də gülür.
- Özü eşşək, tükü məxmər.
- Özü etdi özünə, külü tökdü gözünə.
- Özü ədalətli olanın qazıya ehtiyacı olmaz.
- Özü əkir, özü də biçir.
- Özü getdi, sözü qaldı.
- Özü kəsir, özü də tikir.
- Özü qazanmayan mal qədri bilməz.
- Özü qoca olsa da, könlü cavandır.
- Özü ölçür, özü biçir.
- Özü öz ağasıdır.
- Özü özünə eyləyənə çarə yoxdur.
- Özü özünə eyləyəni el yığılsa eyləyə bilməz.
- Özü özünə qəbir qazır.
- Özü üçün əriştə kəsə bilmir, özgəyə umac ovur.
- Özü üçün yatır, özgələrə yuxu görür.
- Özü üçün yeyir, özgəsinə minnət qoyur.
- Özü yazır, özü oxuyur.
- Özü yeməz, özgəyə də verməz.
- Özü yəhər qaşında, gözü ocaq başında.
- Özü yıxılan ağlamaz.
- Özü yıxılan özü də qalxar.
- Özüm qoturam, keçim ki qotur deyil.
- Özüm qürbətdəyəm, gözüm vətəndə.
- Özüm öz ağamam.
- Özüm özümə elədim, külü gözümə elədim.
- Özümə yer eylərəm, gör sənə nə eylərəm.
- Özümüz evdə, sözümüz çöllərdə.
- Özün bilən yaxşıdır.
- Özün fil olsan da qarışqanı yaddan çıxartma.
- Özündən güclü ilə vuruşma.
- Özündən qolu güclüyə rast gəlməmisən.
- Özündən yuxarı baxanda, özündən aşağı da bax.
- Özünə baxma, sözünə bax.
- Özünə düşmən öz dostunu itirəndir.
- Özünə hörmət qoymayan, özgəyə də hörmət qoymaz.
- Özünə qıymadığını, özgəyə də qıyma.
- Özünə umac ova bilmir, özgəyə əriştə kəsir.
- Özünü alim istəyən, cahildən uzaq olar.
- Özünü başqasına nərdivan eləmə.
- Özünü tanımayan Allahını da tanımaz.
- Özünün yavan çörəyi özgənin plovundan yaxşıdır.
- Özünü yorulmuş bisən, yoldaşını ölmüş bil.