Azərbaycan atalar sözləri/Ö: Redaktələr arasındakı fərq

Vikisitat saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 39: Sətir 39:
* Ölmüş inək südlü olar.
* Ölmüş inək südlü olar.
* Ölü dağı çəkilər, diri dağı çəkilməz.
* Ölü dağı çəkilər, diri dağı çəkilməz.
* Ölü dərdi dərd olmaz, haray dirinin dərdidir.
* Ölüdən pay umur.
* Ölüdən pay umur.
* Ölüm qaş ilə göz arasındadır.
* Ölüm qaş ilə göz arasındadır.

09:43, 25 avqust 2020 versiyası

  • Öküz altında buzov axtarır.
  • Öküz cırıldamaqdan boyunduruq cırıldayır.
  • Öküz dəvəcan olanda, dəvə dağcan olar.
  • Öküz öldü, ortaq ayrıldı.
  • Öküz ölər gönü qalar, igid ölər ünü qalar.
  • Öküz ölməyincə inəyə qiymət olmaz.
  • Öküzlüyə gön borc verərlər.
  • Öküzü buynuzundan, adamı sözündən tutarlar.
  • Öküzü durğuzub altından buzov istəməzlər.
  • Öküzü olana borc gön verərlər.
  • Öküzü ölənə yol göstərən çox olar.
  • Öküzün böyüyü pəyədə qalıbdır.
  • Öküzün cütə getməyəni ətlik adına satılar.
  • Öküzün qaşqasını döyərlər.
  • Öküzün qocalanı dana-buzova qoşular.
  • Öl mənim üçün, ölüm sənin üçün.
  • Öldü var, döndü yoxdur.
  • Öldürən ox, günahkar oxatan.
  • Öldürrəm deyəndən qorxma, ölləm deyəndən qorx.
  • Ölən canını qurtarır, vay qalanın halına.
  • Ölən görməyəcək, qalan görəcək.
  • Ölən ilə ölmək olmaz.
  • Ölən inək südlü olar.
  • Ölən kim, öldürən kim?
  • Ölən onlardan olsun, bel-kürək bizdən.
  • Ölən öldü, diriyə dirilik gərək.
  • Ölən öldü, vay dirinin halına.
  • Ölənin borcunu baqqal dirilərə yüklər.
  • Ölər, Koroğlu getməz bu yurddan.
  • Ölmə eşşəyim, ölmə, yazgələr yonca bitər.
  • Ölmək istəyirsən, köç Mazandarana.
  • Ölmək ölməkdir, xırıldamaq nə deməkdir?!
  • Ölmək var, dönmək yoxdur.
  • Ölməz, itməz Xədicə, görər nəvə-nəticə.
  • Ölmüş aslandan diri köpək yaxşıdır.
  • Ölmüş dəvənin dərisi bir eşşəyə yükdür.
  • Ölmüş eşşək axtarır ki, nalını çəksin.
  • Ölmüş inək südlü olar.
  • Ölü dağı çəkilər, diri dağı çəkilməz.
  • Ölü dərdi dərd olmaz, haray dirinin dərdidir.
  • Ölüdən pay umur.
  • Ölüm qaş ilə göz arasındadır.
  • Ölümdən başqa hər şeyə çarə var.
  • Ölümə çarə yoxdur.
  • Ölülər elə bilir, dirilər halva yeyir.
  • Ölünün dalınca danışmazlar.
  • Ölünün vəsiyyəti özü ilə gedər.
  • Ölürsə yer bəyənsin, qalırsa el bəyənsin.
  • Ölüsü olan bir gün ağlar, dəlisi olan hər gün.
  • Örtülü bazar dostluğu pozar.
  • Övlad ata-ananın ürəyidir.
  • Övlad bir turş almaya bənzər, yeyənin dişi qamaşar, yeməyənin könlü istər.
  • Övlad can yanğısıdır.
  • Övlad insanın məbədidir.
  • Övlad kivar, badamdır, nəvə məğzbadamdır.
  • Övlad könül meyvəsidir.
  • Övlad pəncərədən düşən işıqdır.
  • Övlad sərmayədir.
  • Övlad tapılar, ata-ana tapılmaz.
  • Övlad ya ataya oxşar, ya anaya.
  • Övladda atadan nişanə olmalıdır.
  • Övladda nəvə, dövlətdə dəvə.
  • Öyüdü anlayana verərlər.
  • Öz adını özgələrə qoyma.
  • Öz ağam, öz qulum.
  • Öz ağlını özgə ağlına vermə.
  • Öz anasını sevən, özgə anasını söyməz.
  • Öz anasını sevməyən, özgə anasını sevməz.
  • Öz arşını ilə ölçür.
  • Öz atının noxtasından yapış.
  • Öz bəxtindən küs.
  • Öz çörəyini özgə süfrəsində yemə.
  • Öz daş - tərəzisi ilə çəkir.
  • Öz evimin nökəriyəm, özgə evinin-ağası.
  • Öz evində öz başını bağlaya bilmir, özgə evində gəlin başı bağlayır.
  • Öz əlim, öz başım.
  • Öz gözündə tiri görmür, özgə gözündə qıl axtarır.
  • Öz ipini özü eşir.
  • Öz qədrini bilməyənin qədrini özgəsi də bilməz.
  • Öz quru çörəyim özgənin plovundan yaxşıdır.
  • Öz- özünü bəyənən ağam vay!...
  • Öz səsi özünə xoş gəlir.
  • Öz yağı öz başına.
  • Özgə ağzına baxan ac qalar.
  • Özgə atına minən tez düşər.
  • Özgə bağından gül dərməzlər.
  • Özgə buzovunu güdənin çatısı əlində qalar.
  • Özgə evində qonaqdan borc istəməzlər.
  • Özgə əli ilə ilan tutur.
  • Özgə əlində kömbə böyük görünər.
  • Özgə gözü yaxşı görər.
  • Özgə kisəsindən pul bağışlamazlar.
  • Özgə qapısını bağlı istəyənin öz qapısı bağlı qalar.
  • Özgə malına göz tikən malsız-davarsız qalar.
  • Özgə uşağından oğul olmaz.
  • Özgənin qarğası özgəyə qırğı görünər.
  • Özgənin sözünü özgəyə deməyə nə var?
  • Özgəyə bel bağlama.
  • Özgəyə it hürər, bizə Mazandaran çaqqalı.
  • Özgəyə quyu qazan özü düşər.
  • Özgəyə kömək et, sənə də kömək edərlər.
  • Özgəsinə göz qoyan özünkünü itirər.
  • Özü balaca, sözü böyük.
  • Özü bişirib, özü yeyir.
  • Özü danışar, özü də qulaq asar.
  • Özü deyir, özü də gülür.
  • Özü eşşək, tükü məxmər.
  • Özü etdi özünə, külü tökdü gözünə.
  • Özü ədalətli olanın qazıya ehtiyacı olmaz.
  • Özü əkir, özü də biçir.
  • Özü getdi, sözü qaldı.
  • Özü kəsir, özü də tikir.
  • Özü qazanmayan mal qədri bilməz.
  • Özü qoca olsa da, könlü cavandır.
  • Özü ölçür, özü biçir.
  • Özü öz ağasıdır.
  • Özü özünə eyləyənə çarə yoxdur.
  • Özü özünə eyləyəni el yığılsa eyləyə bilməz.
  • Özü özünə qəbir qazır.
  • Özü üçün əriştə kəsə bilmir, özgəyə umac ovur.
  • Özü üçün yatır, özgələrə yuxu görür.
  • Özü üçün yeyir, özgəsinə minnət qoyur.
  • Özü yazır, özü oxuyur.
  • Özü yeməz, özgəyə də verməz.
  • Özü yəhər qaşında, gözü ocaq başında.
  • Özü yıxılan ağlamaz.
  • Özü yıxılan özü də qalxar.
  • Özüm qoturam, keçim ki qotur deyil.
  • Özüm qürbətdəyəm, gözüm vətəndə.
  • Özüm öz ağamam.
  • Özüm özümə elədim, külü gözümə elədim.
  • Özümə yer eylərəm, gör sənə nə eylərəm.
  • Özümüz evdə, sözümüz çöllərdə.
  • Özün bilən yaxşıdır.
  • Özün fil olsan da qarışqanı yaddan çıxartma.
  • Özündən güclü ilə vuruşma.
  • Özündən qolu güclüyə rast gəlməmisən.
  • Özündən yuxarı baxanda, özündən aşağı da bax.
  • Özünə baxma, sözünə bax.
  • Özünə düşmən öz dostunu itirəndir.
  • Özünə hörmət qoymayan, özgəyə də hörmət qoymaz.
  • Özünə qıymadığını, özgəyə də qıyma.
  • Özünə umac ova bilmir, özgəyə əriştə kəsir.
  • Özünü alim istəyən, cahildən uzaq olar.
  • Özünü başqasına nərdivan eləmə.
  • Özünü tanımayan Allahını da tanımaz.
  • Özünün yavan çörəyi özgənin plovundan yaxşıdır.
  • Özünü yorulmuş bisən, yoldaşını ölmüş bil.