Yaxşı: Redaktələr arasındakı fərq
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur |
|||
Sətir 23: | Sətir 23: | ||
== Q == |
== Q == |
||
* Qısa fikirlər ona görə yaxşıdır ki, ciddi oxucunun özünü fikirləşməyə məcbur edir. [[Lev Tolstoy]] |
* Qısa fikirlər ona görə yaxşıdır ki, ciddi oxucunun özünü fikirləşməyə məcbur edir. [[Lev Tolstoy]] |
||
== M == |
== M == |
||
* Mədəmiz fikirlərimizə təsir etsə də, ən yaxşı mədəsi olanlar ən yaxşı mütəfəkkir olmurlar. [[Volter]] |
* Mədəmiz fikirlərimizə təsir etsə də, ən yaxşı mədəsi olanlar ən yaxşı mütəfəkkir olmurlar. [[Volter]] |
||
* Monarxiya, ən pis idarəetmə növlərinin ən yaxşısıdır. [[Volter]] |
* Monarxiya, ən pis idarəetmə növlərinin ən yaxşısıdır. [[Volter]] |
||
* Müharibənin pis, sülhün yaxşı olması insanlara o dərəcədə məlumdur ki, onlar salamlaşanda bir-birinə sülh, əmin-amanlıq arzulayırlar.[[Lev Tolstoy]] |
|||
== Ö == |
== Ö == |
||
* Özünü ruhlandırmağın ən yaxşı üsulu başqasına yaxşılıq etməkdir. [[Mark Tven]] |
* Özünü ruhlandırmağın ən yaxşı üsulu başqasına yaxşılıq etməkdir. [[Mark Tven]] |
19:04, 29 avqust 2020 tarixindəki versiya
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
- Adamlar qarşısında həyalı olmaq yaxşı hissdir-öz-özünün qarşısında həyalı olmaq daha yaxşıdır. Lev Tolstoy
- Aforizmlər, fəlsəfi fikirləri ifadə etməyin ən yaxşı formasıdır. Lev Tolstoy
- Allah böyük batalyonların yox, yaxşı atıcıların tərəfindədir. Volter
- Arzuda həqiqətdən yaxşı , həqiqətdə isə arzudan yaxşı tərəf var. Tam xoşbəxtlik hər ikisinin birləşməsindən ola bilərdi. Lev Tolstoy
D
- Dəlilər həmişə öz məqsədlərinə sağlam adamlardan daha yaxşı çatırlar. Çünki, dəlilər üçün heç bir əxlaqi maneə, ayıb, haqsızlıq, nə də qorxu yoxdur. Lev Tolstoy
Ə
- Əgər bir şey edirsənsə, onu yaxşı et. Əgər yaxşı etməyi bacarmırsansa, yaxud yaxşı etməyi istəmirsənsə, o halda heç nə etmə. Lev Tolstoy
- Ən yaxşı tərbiyə - yaxşı nümunədir. Lev Tolstoy
- Əlbəttə, mən deyə bilmərəm ki, hər şey başqa cür olsa, hər şey yaxşı olacaq, ancaq deyə bilərəm ki, hər şey yaxşı olsa, hər şey başqa cür olacaq. Qeorq Kristof Lixtenberq
F
- Fiziki iş nəinki zehni fəaliyyətin imkanlarını genişləndirir, onun üstünlüyünü yaxşılaşdırır, eləcə də onu mükafatlandırır. Lev Tolstoy
H
- Hər bir işdə az olan yaxşı, çox olan pisdən daha yaxşıdır. Kitablarda da belədir. Lev Tolstoy
- Hər şey üçün zəruri ədviyyat nədir? Əlbəttə ki, yaxşılıq. Yaxşılıq olmadan ən yaxşı keyfiyyətlərin heç bir qiyməti yoxdur. Ən pis qüsurlar onunla çox asanlıqla vidalaşır. Lev Tolstoy
X
- Xəyalda elə tərəf var ki, o, gerçəklikdən yaxşıdır; gerçəklikdə elə tərəf var ki, xəyaldan yaxşıdır. Tam xoşbəxtlik bunların ikisinin bir araya gətirilməsidir. Lev Tolstoy
- Xoşbəxtlik həmişə yaxşı əhval-ruhiyyəsi olan evə çox həvəslə daxil olur. Lev Tolstoy
İ
- İnsanlar qarşısında utanmaq yaxşı hissdir. Amma ən yaxşı hiss özü-özündən utanmaqdır. Lev Tolstoy
Q
- Qısa fikirlər ona görə yaxşıdır ki, ciddi oxucunun özünü fikirləşməyə məcbur edir. Lev Tolstoy
M
- Mədəmiz fikirlərimizə təsir etsə də, ən yaxşı mədəsi olanlar ən yaxşı mütəfəkkir olmurlar. Volter
- Monarxiya, ən pis idarəetmə növlərinin ən yaxşısıdır. Volter
- Müharibənin pis, sülhün yaxşı olması insanlara o dərəcədə məlumdur ki, onlar salamlaşanda bir-birinə sülh, əmin-amanlıq arzulayırlar.Lev Tolstoy
Ö
- Özünü ruhlandırmağın ən yaxşı üsulu başqasına yaxşılıq etməkdir. Mark Tven
Y
- Yaxşı bir ağaca sarılan kölgəsiz qalmaz. Miqel de Servantes
- Yaxşı ər - arvadın iki ruhu, bir iradəsi var. Miqel de Servantes
- Yaxşı əsərlər kimi, yaxşı xarakterlər də ilk tanışlıqdan yox, sonradan tanınar. Volter
- Yaxşı xəbər həmişə gecikir, pis xəbərlər isə tez yayılır. Volter
- Yaxşı kitabı ilk dəfə oxuyanda bizə elə gəlir ki, yeni dost qazanmışıq. Həmin kitabı təkrar oxumaq köhnə dostu yenidən görməkdir.[1] Volter
- Yaxşı yazan müəlliflərin əsərləri oxuyaraq yaxşı danışmağa öyrənirik. Volter
- Yatmayan fəlakətlərdən xilas olmaq üçün ən yaxşı dərman yuxudur. Miqel de Servantes
Z
- Zarafat o vaxt yaxşıdır ki onu isti-isti edirlər. Volter
İstinadlar
- ↑ Ziyəddin Məhərrəmov. "Bir bahar küləyi", Bakı, "Nurlan", 2012.